14:55 xeber – Mayli Sayrus çılpaq konsert verəcəq.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bir çox kliplərində çılpaq çəkilən amerikalı aktrisa və müğənni Mayli Sayrus çılpaq konsert verməyi planlaşdırır. Akrtisanın planları haqda “Flaming Lips” qrupunun solisti Ueyn Koyn bildirib. Aktrisa ilə solistin səhnədə bir neçə dəfə birlikdə çıxışları olub. Ueyn “İnstaqram” hesabında şəkil paylaşaraq status yazıb:
“Ah, lənət şehtana! Mayli Sayrus konsert etməyi planlaşdırır, həmin konsertdə özü, biz və tamaşaçılar tamamilə çılpaq olacağıq. Hamının üstündən süd axacaq (ya da hansısa südə oxşayan maye). Konsert zamanı “Milky Milky Milk” mahnısına klip də çəkiləcək. “
Ueyn Koynun “İnstaqram”da paylaşdığı şəkil
Konsertin təfərüratları hələlik bu qədərdir. Artıq Mayli Sayrus “Wrecking Ball” mahnısın klipində tam çılpaq çəkilib. Lakin ondan fərqli olaraq çəkiliş qrupunun heç bir üzvü soyunmamışdı.
“Wrecking Ball” klipi
Mayli Sayrusun “We Can’t Stop”mahnısı 16 ölkədə birinci olub və “YouTubedə” 24 saat içərisində 10.7 milyon dəfə izlənilərək Castin Biberin rekordunu qırıb.
Onun “Wrecking Ball”ı mahnısı da “YouTube” da 24 saat içərisində 19.2 milyon adam tərəfindən izlənilərək “One Direction” qrupunun rekordunu da qırmağı bacarıb.
Bir dəfə nişanlı olub. 2009-ci ildə “Axırıncı mahnı” filmindəki rol yoldaşı Liam Hemsvortla 3 il görüşdükdən sonra nişanlanıb. Lakin 2013-ci ildə ayrılıblar.
Müğənni bisseksual olduğunu etiraf edib. O, Stella Maksvella adlı modellə görüşdüyünü açıqlayıb.
mənbə :
anspress
Sorry, comments for this entry are closed at this time.