Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Yaxşı pensiya almağın yeni yolu – FOTO

Yaxşı pensiya almağın yeni yolu - FOTO

15/10/2015

00:15

00:15 xeber – Azərbaycanda sosial sığorta sistemi yeni yaranır və bu istiqamətdə real işlər görülür. Bu gün mühüm və əsas məqam ondan ibarətdir ki, sosial sığorta vergidən daha əhəmiyyətli, daha vacib görünür. Sosial sığortanın əsas funksiyası təqaüdə çıxanların pensiyasını təmin etməkdən ibarətdir. Məlumdur ki, bütün ölkələrdə pensiyaçılar var. Ona görə, hökumət, ümumiyyətlə, dövlət yeni imkanlar axtarır, humanist və vətəndaşlarını əsaslı təmin edəcək sosial siyasət həyata keçirir. Təbii ki, sosial siyasətin reallaşdırılması üçün qərar, realizə etmək üçün isə vəsait lazımdır. Bəs bu vəsait haradan əldə olunmalı, toplanmalıdır?

İqtisadçı alim Oqtay Haqverdiyev ANS PRESS-ə deyib ki, bizdə vətəndaşların pensiyasını ödəmək üçün dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna datasiya verilir. Amma bir çox inkişaf etmiş ölkələrdə büdcədən belə Fonda heç vaxt vəsait ayrılmır. İnkişaf etmiş ölkələrdə həm özəl fondlar var, yüzlərlə müəssisə, işəgötürən təşkilatlar mütləq o fonda qanunvericilikdə nəzərdə tutulan həcmdə vəsait ayırır. Azərbaycanda sosial sığorta haqqı 22 faizdir. Yəni işə götürən mənfəətdən, ümumi gəlirdən yox, əmək haqqı fondundakı vəsaitdən 22 faizini fonda köçürür. İnkişaf etmiş ölkələrdə həmin fondlara icazə verilir ki, onlar bank kimi orada toplanan vəsaiti dövriyyəyə buraxsın, kredit versin, faizdən gəlir götürsün və beləliklə, onlar dövlətdən və onun büdcəsindən asılı olmasınlar. Bizdə də bu sistem tədricən yaranacaq, onlar bank sistemi ilə əlaqəli olacaq və kredit verəcəklər. Bu sistem təkcə bizdə deyil, bütün MDB ölkələrində yoxdur. Xüsusilə Rusiyada, pensiyaçılara büdcədən ən böyük məbləğdə vəsait ayrılır. İndi onlar üçün ciddi problem yaranıb. Onlar bu problemdən, böhrandan necə çıxmağın yollarını axtarırlar. Amma Azərbaycanda bu problemlərin yaşanmaması üçün ölkə Prezidenti tərəfindən 2006-cı ildə mühüm tarixi qərar verildi və bu, sosial sığorta sisteminin tədbiqinə yol açdı. Dövlətin yükünü azaltmaq üçün bu son dərəcə mühüm qərardır. Çünki ölkədə ilbəil pensiyaçıların sayı artır, uzunömürülülk artır. Belə olan halda vəziyyət dəyişir.


Oqtay Haqverdiyev- iqtisadçı alim

Sovet vaxtı insan pensiyaya çıxdıqdan sonra maksimum 5-10 il yaşayırdı və sonra dünyasını dəyişirdi. Amma indi insanlarımız pensiyaya çıxdıqdan 15, 20, hətta 30 il yaşayırlar. Bu, çox müsbət amildir. Ancaq onlara bu illərdə daim pensiya verilməlidir. Ona görə də büdcədən ayırmalar çoxalır. Məhz bu yükü azaltmaq üçün yeni sitem təqdirəlayiqdir.

Sosial sığortanın vergidən daha əhəmiyyətli və vacib olmasını göstərən digər mühüm, əsas məqam ondan ibarətdir ki, hazırda Azərbaycanda 1,3 milyon pensiyaçı var. Bunlara hər ay büdcədən pensiya verilməlidir. Onlara pul yoxdur demək mümkün deyil. Amma vergi belədir ki, verginin ödənməməsinə görə kimsə cərimlənəcək. Amma pensiyaçının pulunu verməmək mümkün deyil, o, yaşamalıdr. Ona görə bunun əhəmiyyəti vergidən daha üstündür. Vergi sisteminin öz qanunları var. Vergini verməsək belə dünya dağılan deyil. Amma pensiyaları, müavinətləri, digər social xərcləri vermək əsas şərtdir. Ona görə, sosial sığortanın vergidən nə qədər önəmli olduğu danılmazdır. Bu, vergidən daha vacib məsələdir.

Ümumiyyətlə, bu gün vətəndaşlar arasında belə bir təsəvvür var ki, sosial sığorta, sosial ödəniş elə vergi deməkdir. Amma reallıqda sosial sığorta ilə vergi hər ikisi məcburi öhdəlik olsa belə sosial sığorta fəlsəfəsi vergi fəlsəfəsindən fərqlənir. Əvvəla, vergi dövlətin maliyyə resurslarına olan ehtiyacın formalaşması üçün, eləcə də sahibkarlar tərəfindən iqtisadi fəaliyyətə görə ödənilən məcburi ödənişlərdir. Vergilərdə əsas məqsəd cari maliyyə ilində dövlətin maliyyə ehtiyatlarını qarşılamaq üçün vəsaitlərə malik olmasıdır.

Müstəqil ekspert Vüqar Bayramovun fikrincə, vergidən fərqli olaraq sosial sığorta vətəndaşın, yəni həmin sığortanı ödəyən şəxsin gələcəkdə pensiyaya çıxan zaman öz sosial vəziyyətini təmin ediılməsi üçün həyata keçirilən ödənişdir. Yəni praktiki olaraq, sosial sığorta vətəndaşın dövlətə verdiyi borc kimi qiymətləndirilməlidir. Vətəndaş sığortanı ödəyir, həmin ödənişlər pensiyaya çıxanda ona imkan verir ki, daha çox pensiya almaq imkanına malik olsun. Yəni praktiki olaraq, daha çox sosial ödəniş daha böyük məbləğdə pensiya əldə edilməsi deməkdir.

Mövcid qanunvericilikdə sosial sığorta məbləğinin 50 faizi fərdin şəxsi hesabına yığılır, 50 faizi cari məqsədlər üçün istifadə olunur. Amma yeni pensiya Konsepsiyasında pensiyaların baza hissəsinin ləğv edilməsi və buna uyğun olaraq, ödənilən vəsaitin 100 faiz fərdi hesaba yığılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, vətəndaş ödəniş edən zaman nə ödəyibsə həmin vəsaiti tam şəkildə pensiya yaşına çatanda almaq imkanına malik olcaq. Sosial ödənişlər vətəndaşın sığorta yastığıdır. Vətəndaş nə qədər çox sosial sığorta ödəyirsə, onun sığorta yastığı o qədər böyük və rahat olur. Bu sığorta yastığı ona imkan verir ki, o, pensiya yaşına çatanda həmin yastıqdan istifadə edib, sosial təminatını daha yaxşı həyata keçirə bilsin.

Sosial sığortalar, ayırmalar məcburi olsa da belə, bu, vətəndaşın özünün sosila təminatını təmin etmək üçün həyata keçirilən ödənişlərdir. Bu imkan verir ki, vətəndaşlar öz sosial təminatını, xüsusən əmək qabiliyyəti nisbətən zəif olan dövrdə pensiya yaşına çatanda təmin edə bilsinlər.


Vüqar Bayramov – iqtisadçı ekspert

İndiki qaydalara əsasən, əmək haqqı fondunun 22 faizi, vətəndaş, işçi isə öz əmək haqqından 3 faiz ödəniş edir. Daha yaxşı olardı ki, sahibkar bu ödənişləri işə götürdüyü işçi arasında proporsional şəkildə bölüşdürülməsini həyata keçirsin. Belə olan halda sosial ödənişlərdə neqativ halların qarşısını almaq mümkün olacaq.

Prezident İlham Əliyevin 31 may 2005-ci il tarixli «Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında» imzaladığı fərmanda həm vergi, həm də sosial sığorta sistemində ödənişlərin həyata keçirilməsinə nəzarətin gücləndirilməsi ilə əlaqədar mühüm müddəalar öz əksini tapıb. Burada əsas istiqamətlərdən biri fiziki şəxslərin əmək müqaviləsi olmadan işə götürülməsinə nəzarətlə bağlıdır.

Əlbəttə, çox vacibdir ki, işçilər işləyən zaman əmək müqaviləsinin bağlanmasında maraqlı olmalıdırlar. Çünki əmək müqaviləsinin bağlanması sosial ödənişlərin həyata keçirilməsi və vətəndaşın gələcəkdə pensiya alması təmin edilməsi deməkdir. Bu baxımdan, əmək müqaviləsinin bağlanması birmənalı şəkildə təkcə dövlətin maraqlarına deyil, eləcə də və daha çox işçinin öz maraqlarına uyğun olaraq atılan bir addımdır. Ona görə, hər bir işçi çalışmalıdır ki, işlədiyi yerdə əmək müqaviləsi bağlasın, orada real əmək haqqı tam əks olunsun. Çünki əmək müqaviləsi sosial ödəniş üçün bazadır, sosial ödənişin həyata keçirilməsi isə pensiya yaşında daha yüksək təqaüd üçün maliyə bazası formalaşdırır.


Dövlət Sosial Müdafiə Fondu

Bu gün ölkədə fərdi sosial sığorta olunanların sayı artır. İlin əvvəli ilə müqayisədə DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 0,59 faiz artıb. Bununla da Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 milyon 993 min 735 nəfərə yüksəlib. Maraqlıdır ki, fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Sosial sığorta ödənişlərinə marağın artması birmənalı şəkildə vətəndaşın özünə xeyirdir. Çünki bu ödənişlərdən qazanan vətəndaşdır. Ödəniş edilir, işçinin pensiya yaşı tamam olanda, əmək qabiliyyəti nisbətən zəifləyəndə bu gün ödədiyi vəsaitin bəhrəsini görəcək. İndi ödədiyi vəsait dövlət tərəfindən işçinin özünə pensiya formasında qaytarılacaq.

Bu sahədəki yeniliklərə gəlincə, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevin dediyi kimi, Azərbaycanda sığorta pensiya sistemini tədqiq edən avropalı ekspertlərlə birgə əldə olunan nəticələr əsasında çərçivə planı hazırlanıb. Bu planda ölkədə könüllü sosial sığortalanmanın və özəl pensiya fondlarının fəaliyyəti ilə bağlı ilkin təkliflər yer alıb. Tezliklə yekun variant seçiləcək və qanunvericilikdə əksini tapacaq və fərdi hesablara əsaslanan sistem qurulacaq. Bunlar isə real bank hesabları olacaq. Buraya yatırılan hesablar maliyə bazarına daxil edilərək artırılacaq. Gələn gəlirlər isə gələcəkdə vətəndaşın pensiya təminatına yönəldiləcək. Azərbaycanda bəzi risklərlə üzləşməmək üçün sosial sığortalanmanın könüllü variantını seçib. Vətəndaşların bu sistemdə könüllü iştirakını təmin etmək üçün bu məqsədlə qanunvericilikdə həvəsləndirmə elementləri üstünlük veriləcək.


Elman Mehdiyev – DSMF sədri

Onu da diqqətə çatdıraq ki, Azərbaycanda vergi və sosial sığorta yığımları artır. Bu ilin birinci rübündə Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi, eləcə də Dövlət Sosial Müdafiə Fondu tərəfindən yığılmış məcburi sosial sığorta haqlarının məbləği əhəmiyyətli dərəcədə artıb. Fondun xərcləri isə hesabat dövründə 606,4 milyon manat təşkil edib. Beləliklə, son illər ərzində ilk dəfə olaraq Sosial Müdafiə Fondunun gəlirləri xərclərini təxminən 80 milyon manat üstələməklə böyük həcmdə profisit yaranıb.

Həm vergilərin, həm də sosial sığorta haqlarının ödənilməsində könüllü əməletmə səviyyəsi yüksəlir. Yanvar-fevral aylarında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə sosial sığorta daxilolmalarının həcmi 12,7% artıb. Statistik məlumatlardan vergi sistemində və sosial müdafiə sahəsində qeyri-dövlət sektorunun xüsusi çəkisinin artmasını görmək olar. Son illər dövlət büdcəsinə ödənilən vergilərin çəkisində qeyri-dövlət sektorunun xüsusi çəkisi daha çox artıb. Bununla yanaşı, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların strukturunda da özəl sektorun payı əhəmiyyətli dərəcədə yüksəlməyə başlayıb. Bu ilin ilk rübündə məcburi dövlət sosial sığorta haqlarının 59,1%-i qeyri-büdcə sektorunun payına düşür və həmin sektor üzrə toplanan sığorta haqlarının məbləği 12,2% artıb. Bu faktor özəl sektorun iqtisadiyyatda çəkisinin daha da artmasının göstərici kimi də səciyyələndirilə bilər.

Məlum olduğu kimi, Prezident İlham Əliyev respublikamızın «Strateji İnkişaf Planı»nın hazırlanması ilə bağlı müvafiq dövlət orqanlarına təkliflər hazırlamağı tapşırıb. Bu strateji sənədin əsas hədəfləri qeyri-neft sektorunun inkişafına əsaslanan, tamamilə liberal iqtisadiyyatın yaradılmasından ibarət olacaq. Məhz bu mənada, sosial sığorta və vergi sistemində yeni inkişaf meyarlarının tətbiq olunması, ödənişlərin həcminin daha da yüksəldilməsi başlıca vəzifələrdən hesab olunur.


İlham Əliyev – Azərbaycan prezidenti

Hazırda sığorta-pensiya sistemi 3 qanun – “Sosial sığorta haqqında”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “Əmək pensiyaları haqqında”, eləcə də dövlət sosial yardım sistemi isə ayrıca 2 qanun – “Dövlət sosial müavinətləri haqqında” və “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunlar əsasında fəaliyyət göstərir.

Ümumiyyətlə, dünya praktikası belədir ki, pensiyanın sığorta hissəsi mütləq olmalıdır. Sığorta hissəsi onu göstərir ki, bu faəliyyətin arxasında dövlət durur. Yəni nə olursa olsun, pensiyanın baza hissə olmaya bilər, amma sığorta hissəsi mütləq olmalıdır. Dövlət mütləq bunu sığortalamaqla insanlara inam və təminat verir. Ancaq xarici ölkələrdə təkcə dövlətin adından yox, həm də özəl sektorun adından sığortalanır. Hələlik bizdə belə deyil, dövlət, büdcə bu məsələdə iştirak edir. Ona görə də pensiyanın sığorta hissəsi mütləq olmalıdır. Bu rəqəm çox azdır. 1,3 milyon pensiyaçı və digər kateqoriyadan olanları da toplasaq cəmi 1,5 milyona kimi insana büdcədən pensiya müavinəti verilir. Sığorta olunanların sayının artması ildənilə artmalıdır. Bizim qanunlarda belə nəzərdə tutulur. Bu, həm demoqrafik vəziyyətdən asılıdır, həm də ümumiyyətlə, qanunların təkmilləşdirilməsindən asılıdır. Yəni ildənilə, imkan olduqca gərək bu prosesi uzadasan, həm də artırasan.


Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə 242,4 mln. manat sığorta haqqı toplanıb

Bir sözlə, bu, çox vacib məsələdir. Çünki bir çoxları müəssilər tərəfindən sığortaya ayrılan pullara başqa cür baxır, yerinə yetirmirlər. DSMF-nin dediyinə görə, ümumi yığım 60 faizdən o yana keçmir. Amma lazımdır ki, 100 faiz yığılsın. Bunu bütün müəssisələr yerinə yetirmir. Buna o qədər əhəmiyyət vermirlər, çünki, köhnə müəssisələrin çoxu ölü vəziyyətdədir. Ona görə bu məsələyə dövlət tərəfindən göz yumulur ki, heç olmasa 60 faizi versinlər.

Pensiyalarla bağlı yenilik
Yeni pensiya ümidi ilə yaşayanlar
Pensiyada yeni sistem

mənbə :
anspress




Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles