Azadliq.az
Azərbaycan Xəbərləri








Azadliq » Xeberler» Xeber

İlin en qeddar cinayetini töreden qızla bağlı qerar verildi

İlin ən qəddar cinayətini törədən qızla bağlı qərar verildi

15/10/2015

15:05

15:00 xeber – Bacısının başını kəsən qızın məhkəməsi qapalı olacaq.

Azadlıq.az xəbər verir ki, anspress-in virtualaz.org-a istinadən verdiyi məlumata görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il ilin ən qəddar cinayətini törətməklə yadda qalan Pərvanə Nuriyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Prosesə hakim Eldar İsmayılov sədrlik edib.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Zərərçəkmiş Etibar Nuriyev məhkəmə baxışının qapalı keçirilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili Rafiq Quliyev zərərçəkənin fikrini dəstəkləyib və məhkəmənin qapalı keçirilməsini xahiş edib.

Bundan sonra hakimlər müşavirəyə yollanıb. Müşavirədən sonra məhkəmə prosesinin qapalı keçirilməsi ilə bağlı qərar qəbul edib. Hakim məhkəmənin qərarını elan edəndə Pərvanə Nuriyevanın qətli anlaqsız vəziyyətdə törətdiyini vurğulayıb.

Bundan sonra məhkəmə baxışı oktyabrın 20-nə təyin olunub.


Pərvanə Nuriyeva- bacısının başını kəsən qız

Pərvanə Nuriyevanın cinayət işi üzrə istintaq oktyabr ayının 9-u yekunlaşmış və cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim Eldar İsmayılovun icraatına verilmişdi.

Qətl hadisəsi ötən il oktyabrın 22-də Xətai rayonu, Xudu Məmmədov küçəsi, 18, bina 1 “a”, mənzil 39-da baş verib. 20 yaşlı Günel Nuriyevanın başını bacısı Pərvanə Nuriyeva kəsmişdi. Hadisədən bir gün sonra isə polislər onun özünü şübhəli apardığını görərək dindirmişdilər. İlkin dindirilmə zamanı qız öz bacısını öldürdüyünü boynuna almasa da daha sonra etiraf etmişdi.

mənbə :
anspress


Copyright © 2018. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website