Aygün Kazımova:”Redd olun menim memleketimden” ( FOTO)

17:00 xeber – Aygün Kazımova Natavan Həbibin öz instaqram səhifəsində paylaşdığı statusuna cavab verdi.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Natavan Həbibi sosial şəbəkədə xalq artistinə ünvanlandığı iddia olunan atmacalı statusa Aygün Kazımovanın cavabı özünü çox gözlətməyib. Xalq artistinin “İnstaqram” hesabında yazdığı status müğənninin həddindən artıq qəzəbləndiyini göstərir.

“Canlarım günaydın! Azərbaycanımızın qanunları, hər bir Azərbaycan vətandaşı üçün qanundur!!! Elə mən özüm başda olmaqla!!! Mənə savadsız deyənin özü isə savadsızın yekəsidir! Gedin qanunları yaxşı-yaxşı öyrənin !!! 30 il heç 30 saniyə belə olmadı, hayastan siyasəti aparma mənim vətənimdə!!!! Rədd olun mənim məmləkətimdən!!! Rədd ol!!!”

Xalq artisti daha sonra “İnstaqram” hesabında alov üstündə qızaran erməni bayrağına sarılan donuz şəkili paylaşıb.


Aygün Kazımovanın “İstaqram” hesabındaki paylaşdığı şəkil.

Natavan Həbibi sosial şəbəkədə xalq artistinə ünvanlandığı iddia olunan status bu cür idi :

“Eşitdim ki, hələ ki qanunun qüvvəyə minməməsindən istifadə edərək ölkədən tez-bazar uçan var. Amma unutmaq lazım deyil ki, hər gedişin bir dönüşü var. Bu, heç kimdə fikir çaşqınlığı yaratmasın. Çünki nə qanun dəyişər, nə də sizin Natavan. İstəyirsən Afrikaya get, istəyirsən Marsa. Yenə də hər bir Azərbaycan vətəndaşı Azərbaycan qanunlarına tabedir”.

Natavan Həbibi xalq artistini onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuzuna xələl gətirilməsi iddiası ilə məhkəməyə vermişdi. Məhkəmənin qərarına görə, xalq artisti Natavan Həbibinin erməni olması barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməlidir.

Xalq artisti isə dediyi sözü təkzib etdiyini bildirib, lakin üzr istəməyib. Aygün Kazımovanın Natavan Həbibidən üzr istəməyəcəyi təqdirdə isə, onun ölkədən kənara çıxa bilməməsi haqqında məhkəmə qərarı qəbul olunub.


Natavan Həbibi-müğənni

Həmçinin oxuyun: Kazımovaya meydan oxudular :”İstəyirsən Afrikaya get, istəyirsən Marsa” (FOTO)

mənbə :
anspress