Röya Kenan Doğulunu geride qoydu – 1 milyon


16.10.2015 / 11:19 xeber –

Röya “Kesin bilgi” adlı yeni mahnısına Türkiyədə klip çəkdirib. Lent.az-ın məlumatına görə, bir həftə öncə “Youtube”nin ən məşhur musiqi kanallarından olan  “Netd”də yayımlanan yeni işin baxış sayı 1 milyonu keçib. Röya qısa müddətdə Kenan Dogulu, Ferhad Göçer kimi məşhur ifaçıları geridə qoyub. Onun klipi digər türk ifaçılarından sonra internet istifadəçilərinin ixtiyarına buraxılsa da, türk həmkarları onu üstələyə bilməyiblər.

 

“Bu sevgi, bu hörmət, bu qayğıya görə çox sağ olun. Mən sizin üçün oxuyuram, ürəkdən və yorulmadan… Bundan sonra da belə olacaq. Hər kəsə sonsuz təşəkkürlər”- deyə Röya Lent.az-a deyib.

 

Xatırladaq ki, “Kesin bilgi”nin  söz və musiqisi Gülşənə, aranjemanı isə Ozan Çolakoğluya məxsusdur. Mahnıda Gülşənin də qısa ifası var. Klipin rejissoru Murad Küçükdür.

mənbə :
lent.az