12:38 xeber – Tehranda İranın Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə kamança ustası, xalq artisti Habil Əliyevin anım mərasimi keçirilib.
ANS PRESS xəbər verır ki, İranın hər bir şəhərindən ustadın adını çəkib gələnlər, onu bir daha yad ediblər. Zal tamaşaçı ilə dolu olduğundan, kaman səsini dinləmək istəyənlərin əksəriyyəti dəhlizdə belə toplaşıblar. Habil Əliyevin nəvəsi Əli Əmirəliyev, ustadın İranda böyük bir izdihamla anılmasının onda qürur hissi yaratdığını dedi:” Mən musiqiçi deyiləm və mənim musiqi haqqında hansısa bir fikir bildirməyim düzgün deyil. Sadəcə olaraq Habil Əliyevin nəvəsi olaraq və onun musiqisi ilə böyüdüyüm üçün mən burada tanınmış kaman ifaçılarının ifalarında Habil tərzini hiss etdim və bu çox xoş bir hiss yaratdı.”
Habil Əliyevin həyat və fəaliyyətindən bəhs edən Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov isə bildirib ki, sənətkar öz kaman dilini, kaman musiqisini beynəlxalq dilə çevirib. Mərasimdə İranın tanınan müğənnisi Vədud Muəzenin Habil Əliyevin xatirəsinə həsr olunan ifası böyük maraqla qarşılanıb.
Vədud Muəzen ANS PRESS-ə bildirib ki, Habil Əliyev dünyanın və Şərqin böyük kaman ustasıdı:”İranın ən yaxşı kaman ifaçıları bura yıgışdılar və hər kəs öz ifasını ancaq Habilə həsr etdil. Habil Əliyev əbədi olaraq İranda onu sevənlərin yaddaşında qalacaq.”
mənbə :
anspress
Sorry, comments for this entry are closed at this time.