Azadliq.az
Azərbaycan Xəbərləri








Azadliq » Xeberler» Xeber

14 il evvel dehşetli cinayet töreden qaynata-gelin barede HƏBS qerarı

14 il əvvəl dəhşətli cinayət törədən qaynata-gəlin barədə HƏBS qərarı

16/10/2015

13:08


16.10.2015 / 13:04 xeber –

Azərbaycanda 14 il əvvəl qətl törətməkdə təqsirləndirilən qayınata və gəlin barəsində həbs qətimkan tədbiri seçilib.

 

APA-nın məlumatına görə, Quba rayon Məhkəməsinin qərarı ilə Həsən Əliyev və onun gəlini Yeganə Ərəbova barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin qərarla razılaşmayan H. Əliyev isə apellyasiya şikayəti verib. Onun şikayətinə yaxın günlərdə baxılacaq.

 

Qeyd edək ki, Quba rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Quba rayon sakini, 1976-cı il təvəllüdlü Ərəbova Yeganə Mayıl qızı və onun qayınatası Həsən Əliyev tutulub.

 

Aparılan araşdırmalar zamanı məlum olub ki, onlar 2001-ci ildə Əliyev Elman Həsən oğlunu qətlə yetirərək, doğrayıb yaşadıqları evin həyətindəki ayaqyolu quyusuna atıblar.

 

 Qeyd edək ki, Elman Əliyev Həsən Əliyevin oğlu, Yeganə Ərəbovanın isə həyat yoldaşı olub.

 

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

mənbə :
lent.az


Copyright © 2018. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website