Azadliq.az
Azərbaycan Xəbərləri








Azadliq » Xeberler» Xeber

Bakı-Quba yolunda iki maşın toqquşdu: 1 ölü

Bakı-Quba yolunda iki maşın toqquşdu: 1 ölü

17/10/2015

19:48


17.10.2015 / 19:34 xeber –

Bakı-Quba yolunun 40-cı km-də yol-nəqliyyat  hadisəsi baş verib.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bu barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, “Fiat” markalı minik avtomobili “Ford” markalı yük avtomobili ilə toqquşub. Nəticədə “Fiat” markalı minik avtomobilində olan sərnişin hadisə yerində vəfat edib. Şəxsiyyəti məlum olmayan sərnişinin cəsədi xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 18:05-də başa çatıb. 

mənbə :
lent.az


Copyright © 2018. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website