13:56 xeber – Bakı-Sumqayıt elektrik qatarı hücuma məruz qalıb.
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 19 oktyabr 2015-ci ildə saat 18.00 radələrində Bakıdan Sumqayıta hərəkət edən elektrik qatarı 2636-cı km-dən (Xırdalan- 10-cu blok post mənzilində) keçərkən iki naməlum şəxs kustar üsulla hazırlanmış daşatanla qatarı daşa basıblar.
Ərazidə xidmət edən Daxili İşlər Nazirliyinin nəqliyyatda baş polis idarəsinin baş sumqayıt xətt polis bölməsinin əməkdaşları elektrik qatarının pəncərələrini daşlayanları saxlayaraq, bölmənin cinayət-axtarış qrupuna məlumat veriblər.
Araşdırma zamanı məlum olub ki, saxlananlar Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsindəki 147 №-li Texniki Peşə Məktəbinin həyətində yaşayanlar – İmişli rayonunda anadan olan, Sumqayıt şəhər 42 №-li orta məktəbin VII sinif şagirdi Laçın Bilal oğlu Vəlizadə və Göyçay rayonunun İncə kəndində anadan olan Əmiraslan Kamil oğlu Məlikovdur.
Saxlanılanlar Nəqliyyatda Baş Polis İdarəsinin Baş Sumqayıt xətt polis bölməsinin cinayət-axtarış qrupunun əməkdaşları tərəfindən dindirilərkən, hadisəni törətdiklərini, məqsədlərinin elektrik qatarının pəncərə şüşələrini sındırmaq olduğunu etiraf ediblər.
Xoşbəxtlikdən sərnişinlərə və elektrik qatarına ziyan dəyməyib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Hadisəni törədən şəxslər
Bakı-Sumqayıt sürət qatarı sentyabr ayının 12-də saat 16:00-da Sumqayıt istiqamətində hərəkətə başlayıb. Hazırda həmin qatarlar Keşlə, Biləcəri, Xırdalan, Güzdək stansiyalarından keçməklə Sumqayıta və əks istiqamətə hərəkət edir. “Stadler Rail Group” şirkəti tərəfindən istehsal olunan qatarların ümumi sərnişin tutumu 919 nəfərdir. Hər bir qatarda 396 oturacaq var, onlardan da 84-ü biznes-klasdır.
Oktyabr ayının 9-da isə xəttə Latviyanın paytaxtı Riqada istehsal edilmiş bir qatar da xəttə buraxılıb. Həmin qatara 4 vaqon qoşulub ki, hər vaqonun da sərnişin tutumu təxminən 70 nəfərə yaxındır. Ancaq bu qatarlar bir sıra xususiyyətlərinə görə “Stadler Group”un qatarlarından geri qalır. Belə ki, xəttə yeni buraxılan qatarların hər vaqonunda 12 ədəd üç, 16 ədəd iki nəfərlik oturacaqlar var. Təzə qatarlarda “Wi-fi” və “business-class” yerlər yoxdur.
Xəttə buraxılan Latviya istehsalı yeni qatarlar
mənbə :
anspress
Sorry, comments for this entry are closed at this time.