Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

Günel Seferova: “Menim platformamı seçici yazacaq” – MÜSAHİBƏ

Günel Səfərova: “Mənim platformamı seçici yazacaq” - MÜSAHİBƏ

21/10/2015

12:36


21.10.2015 / 12:31 xeber –

 

 

“125-lər” Siyasi Klubunun sədr müavini, 21 saylı Nəsimi seçki dairəsindən deputatlığa namizəd Günel Səfərovanın Lent.az-a müsahibəsi.

 

 

– Günel xanım, artıq parlament seçkilərinə 10 gün qalıb. Ölkədə seçkiqabağı mühiti necə qiymətləndirirsiniz?

 

– Mən parlament seçkilərində “125-lər” siyasi klubunu təmsil edirəm. Klubda sədr müavini və idarə heyətinin üzvüyəm. Biz seçkiqabağı hazırlıq prosesinə iki ildir başlamışdıq. Bura həm seçki mühitini qiymətləndirmək daxil idi, eyni zamanda hər kəs öz dairəsinin qiymətləndirməsini aparırdı. Ona görə də biz seçki mühitinin necə olacağını aylar öncədən təxmin edirdik. Fikrimcə, seçkiqabağı təbliğat-təşviqat kampaniyası çox sönük keçirilir. Seçki əhval-ruhiyyəsi hiss olunmur. Seçki əhval-ruhiyyəsi daha çox sosial şəbəkələrdə hiss olunur. Sanki sosial şəbəkələr üzərində və yaxud “online” millət vəkili seçirik. Düzdür, bu sahədə mənim də komandam ən aktivlərdən biridir. Amma ümumilikdə bunun da səbəbləri var. Təbliğat-təşviqat üçün ayrılmış vasitələri çox daraltdılar. Məsələn, pulsuz efir vaxtı olmadı. Çünki heç bir partiyanın 61-dən çox namizədi qeydə alınmadı. Yalnız YAP namizədləri oldu, onlar da imtina etdilər. Bu, 2010-cu ildə də olmuşdu. Amma yenə də pulsuz efir vaxtı verilmişdi. Həmçinin, təbliğat üçün yerlər  məhdudlaşdırıldı. Məsələn, əhali ilə görüşə bilmək üçün konkret yerlər müəyyənləşib. Buna görə də biz strategiyamızı “qapı-qapı” proqramı əsasında qurduq.

 

– Seçkilərə ilk dəfə qatılsanız da, yəqin ki, ictimai-siyasi prosesləri hər zaman müşahidə etmisiniz. Bundan əvvəlki seçkilərlə hazırkı seçkiləri müqayisə edəndə seçki mühiti,  əhali və namizədlər arasında seçki ab-havasında fərq varmı?

 

– Mən bir çox qeyri-hökumət və gənclər təşkilatlarının qurucularındanam. Siyasi mühiti hər zaman qiymətləndirmişəm. Çünki ictimai-siyasi sahədə olub siyasətdən uzaq olmaq mümkün deyil. 2013-cü ildən qərar vermişəm ki, aktiv siyasətlə məşğul olacam. Ümumiyyətlə, 1998-ci ildə prezident seçkilərində müşahidəçiliyimi, 2005-ci ili çıxmaq şərti ilə bütün mərhələlərdə davam etdirmişəm. Ya beynəlxalq müşahidəçi, ya vəkil, ya da yerli müşahidəçi olmuşam. Bir sözlə, seçkiləri izləmişəm. Hər il seçkilərə daha az insan gəlir. Məsələn, mənim dairəmin seçki iştirakçı faizi 22,1-dir. Görün, seçki iştirakçılığı nə dərəcədə aşağıdı?! Ötən parlament seçkilərində namizəd olan dostlarım var, onlar seçki prosesinin 2010-cu ildə daha qaynar olduğunu deyir. Seçki mühiti getdikcə zəifləyir. Şəhərə çıxanda seçki ab-havası ən azından plakatlardan, şəkillərdən, hansısa bir təbliğat materiallarından hiss olunmur.

 

– Namizəd olmaq üçün 21 saylı Nəsimi seçki dairəsini seçmisiniz. Sizi o dairəyə çəkən nə idi? Oradakı hazırkı deputatın fəaliyyətsizliyimi, seçilmə şansının sizin fikrinizcə az olmasımı, yoxsa sizi hansısa başqa faktlar oraya yönəltdi?

 

– Mən istədim, enerjimi tam verə biləcəyim yer olsun, hər gün insanlarla ünsiyyətdə olum. Buna görə də daha çox Bakı rayonlarının birindən namzidəliyimi verməyi düşündüm. Araşdırma apardım, nəticədə  sosial layihələrə ən çox ehtiyacı olan yer kimi 21-ci dairəni seçdim. Bu dairənin yerləşdiyi ərazi sosial problemlərin daha çox olduğu yerdir. Orada iş görməyə daha çox ehtiyac var. Həm də mən hər zaman fikirləşirdim ki, öz layihələrimi o yerlərə salım. Burada demək olar ki, universitet yoxdur, təkcə Azərbaycan Universitetidir, o da həmin əraziyə düşmür, gəncləri çox da aktiv deyil. Düzdür, çətin dairədir. Amma orada araşdırma aparıb gəlmişəm. Ancaq düşünmədim, 21-ci dairədə millət vəkilliyinə namizəd zəifdir, gedim oradan namizədliyimi verim ki, şansım olsun. Çünki dairənin hazırkı deputatı oradan namizəd olmur. Aytən Mustafayeva indi Yasamaldan namizəd olub. Mənim dairəmdə 5 namizəd var, yəni 4 rəqibim var. Əsasən ikisini tanıyıram – YAP-ın namizədi Məlahət İbrahimqızı və Tural Abbaslını.

 

– Yəqin ki, Məlahət xanımın son illərdəki fəaliyyətini izləmisiniz. Onun parlamentdəki fəaliyyətini necə qiymətləndirirsiniz?

 

– Mən onun haqqında neqativ heç nə söyləmək istəmirəm. Amma pozitiv nümunələrim də yoxdur. İki il bundan əvvəl öz dairəmizdə 600 nəfər sakinlə araşdırma apardıq, sosial sorğu keçirdik. O sorğu nəticəsində gördük ki, təxmini 11 nəfər öz millət vəkilini tanıyır, deyirdi, bir xanımdır. Adını xatırlayanlar da olmuşdu. Qalanları isə ümumiyyətlə millət vəkillərinin kim olduğunu bilmirdi.

 

– Sosial şəbəkələrin seçki kampaniyasındakı təsiri nə qədər effektlidir? Ümumiyyətlə, 21 saylı Nəsimi dairəsində yaşayan seçicilərin sosial şəbəkə istifadəçiləri olma faizi yüksəkdirmi? Bu barədə sosial sorğu aparmısınızmı?

 

– Bu gün sosial şəbəkə yeganə vasitədir ki, biz özümüzü orada heç bir məhdudiyyət olmadan, rahat, maneəsiz təbliğ edirik. Biz harada göstərməliyik özümüzü? Şəklimizi səhər asırıq məktəbdə ayrılmış xüsusi yerlərə, axşam cırılır. Həmin o şəkli səhər bir də asırıq. Şəklimizi mağazalara asırıq, gəlib həmin mağaza sahiblərinə təzyiqlər edilir ki, çıxardılsın. İmza kampaniyasında qapı-qapı getməkdən başqa, mənim qərargahıma gəlib imza verən çox sayda insan var idi. Çünki mən kampaniyaya öncədən başlamışdım. Qrupum, komandam, gənclərdən ibarət böyük bir işçi heyətim var idi. Bu insanlar öz işlərini görürdülər. Sadəcə, bu gün sosial şəbəkədə bunun göstərilməsi odur ki, alternativ variantlar uyğun deyil. Məsələn, efir vaxtının saniyəsinin 20-50 manat olması mənim düşüncəmə ziddir. Mən o məbləğə kifayət qədər sosial layihələr icra edərdim. Bir çox insanların həyatını xilas etmək olardı. Səhiyyə problemi olan insanlar var ki, cüzi məbləğlə həyatda qala bilərlər. Təhsil problemi, qidalanmaq problemi olan insanlar var. Bizim ailələrə dəstək layihəsi onu icra edərdi. QHT-lərlə mən onu işləyərdim. Niyə mən o qədər pulu özümün piarına verim? Mən onsuz da insanlarla birə-bir işləyərək özümü piar edirəm. Bu baxımdan sosial şəbəkələrə alternativ yoxdur. Alternativimiz olsa, orda da fəal olarıq.

 

– Seçki kampaniyası başlamazdan əvvəl “125-lər” siyasi klubu iddialı bəyanatlar səsləndirirdi. Klubun seçkidə iştirak səviyyəsi o iddialarla uyğun gəlirmi?

 

– Biz 70-dən çox namizəd irəli sürmüşdük. Lakin cəmi 17 namizədimiz qeydə alınıb. Namizədliyi qeydə alınmayan insanların içində əhali ilə işləyən, populyar, ictimai-siyasi fərqlənən insanlarımız var. Müxtəlif səbəblərdən qeydiyyata alınmadılar. İmza vərəqlərində problemləri çıxdı və s. Açıq deyim ki, mən birə-bir bu hadisələrin iştirakçısı olmadığıma görə bunun düz, ya səhv olduğunu demirəm. Amma mən bilirəm ki, qərəzli münasibət olan bəzi hallar var idi. Çünki elə insan var ki, həmin o ərazidən,  o yerdəndir, yəni onun 450 nəfəri yoxdurmu ki, gəlsin imza versin? Biz bunu sənədlərlə araşdıracağıq. İndi vaxtımız olmadığına görə baxmamışıq. Biz bu prosesə əvvəlcədən hazırlaşdığımıza görə hamımızın bir dəstək bazamız var. O dəstək bazası işləyir və dediyimiz sadəcə piar, reklam, səs küy deyil. Bu, özünü yəqin ki, əməldə də göstərir. Öz  adımdan danışıram, mən “125-lər” siyasi klubunun üzvü olaraq real iş görürəm, real görüşlər keçirirəm. Yəni bu, yalnız piara, səsə-küyə əsaslanan bir şey deyil. Mən piar üzərində çox işləməmişəm. Zamanında daha çox insana yatırım etmişəm, bütün kapitalım insanlara olub. Kapital deyərkən, pul yatırmaqdan söhbət getmir. Onun təhsilinə, təşkilatlanmasına, cəmiyyətə töhfə verməsi üçün  hansı işləri görə bilməsindən gedir. Mənim bu gün uğurlu nümunələrim var, 20 yaşlarında mənə yaxınlaşıb nə edə biləcəklərini soruşurlar. “125-lər”də də adını sadaladığım insanların hər birinin özünün çox güclü dəstək bazası var. Məsələn, İlhamiyyə xanım efirdən çox tanınmış insandır. Ona çox hörmət edirlər, sevirlər. Mənimsə iki işim var, həm özümü tanıtmalıyam, həm də təbliğatımı aparmalıyam. Amma bu insanlar artıq tanınır. Sadəcə burada hansı platformadan söhbət gedir, onu müzakirə etmək olar. Düzdür, seçicilərim, QHT sektoru, “Facebook” istifadəçiləri, yəni bəlli bir sahə tanıyır. Amma bu gün Günel Səfərova desəniz, orta statistik azərbaycanlı az tanıyır. Bunu da mən millət vəkillərinin çoxundan daha çox və əməlimə görə tanınıram. Hansısa televiziyaya çıxıb dediyim fikrə görə yox.

 

– Seçki kampaniyanızda iştirak edən gəncləri ətrafınıza necə cəlb etmisiniz?

 

– Mən gənclər sektorundan gəlirəm, gənclər təşkilatları yaratmışam, gənclərlə işləmişəm, xeyli yetirmələrim var. Sonra beynəlxalq təşkilatlarda işləyərkən bir çox qeyri-hökumət təşkilatlarında ekspert qismində təlimlərə dəvət ediblər və mənim qarşıma bu layihələr böyük auditoriyalar verib. Orada tutaq ki, 180 iştirakçı var idisə, mən 150 gənci qazanırdım. Kimisi kitab çap etmək, kimisi bizneslə məşğul olmaq, kimisi icitimai sahədə fəal olmaq, kimisi özünü hansısa sahədə tapmaq istəyirdi. Mən bunların hər birinə uyğun müəyyən təkliflər, tövsiyələr verirdim, yönləndirirdim. 5 il uşaq evlərindən çıxan gənclərin şəbəkəsini idarə etmişəm – SOS Uşaq Kəndləri. Bu sahə Azərbaycanda işlənməmiş sahə idi. Biz başlayanda bu sahədə heç bir layihə yox idi. 18 yaşına çatan gənclər uşaq evi ilə sağollaşırdı. Mənim şəbəkəmin uşaqları var idi, biz onlara gənclərin güvən şəbəkəsi deyirdik, həmin şəbəkənin uşaqlarını parklardan, yarımtikili binalardan toplamışıq. Onların hazırda 30-dan çoxu mənim komandamdadır. Mən onlara böyük bir bacı kimiyəm, yol göstərənəm. Bizim mənəvi bağımız var. 1997-ci ildə mənim ilk layihəm internat evləri ilə olub. O vaxt oynatdığım balaca uşaqlar indi böyüyüblər, gənc kimi qarşıma çıxıblar və mən yenə də onlardan qopmayaraq, onlarla müxtəlif sosial layihələr edirəm. Gənclər mənə çox inanırlar, əgər bunu Günel deyirsə o bunu edəcək, bizim həyatımızın daha da yaxşılaşması üçün çalışacaq. Çünki onlar o əziyyəti görüblər. Onlar görüblər ki, mən gecə-gündüz yatmamışam, bir sənəd hazırlamışam, bir problemləri çıxanda gecə zəng edəcəkləri nömrə mənim nömrəm olub. Onlar görüb ki, mən heç vaxt özümə görə xahiş etmədiyim insanlardan onlar üçün xahiş etmişəm. Azərbaycan vətəndaşı olması mənə kifayət edib ki, o gənclərə bacardığım köməyi edim.

 

– Parlamentə seçiləcəyiniz təqdirdə indi orada olmayan nəyi qatacağınızı düşünürsünüz?

 

– İndi olmayan fəallığı. İndi Milli Məclisdə fəallıq yoxdur. Mən millət vəkillərinin əksəriyyətini şəxsən tanıyıram. Millət vəkillərinin səlahiyyətləri var: qanun yaratmaq və əhalinin qarşılaşdığı problemləri aidiyyatı qurumlara çatdırmaq. Biz əhalinin hər problemində yanında olmalıyıq. Demək olmaz ki, sənin suyun gəlmir, bu mənim problemim deyil, mən gedirəm qanun yazam. Xeyr. Sən bunu aidiyyatı quruma çatdırmalısan və bunu həll etməlisən. Çünki sən o millətin səsi ilə seçilmisən. Qanunların müzakirəsində mənim həm hüquqşünas olmağım, həm də əhali ilə real işləməyim kömək olacaq ki, biz daha real, praktikada işləyən qanunlar yazaq. Yoxsa qanun yazıb atmayaq, deyək ki, bunun qaydalarını müəyyən etmək mümkün deyil, praktikada işləmir. Bu gün Azərbaycanda bu sahədə irəliləyişlər var. Demək olmaz ki, hər şey pisdir, bərbaddır. Sadəcə hələ də bizim hüquq sistemimiz postsovet hüquq sisteminə istinad edir. Buna görə də yeni innovativ qanunlar gətirmək lazımdır. Qanunlar nə vaxt yaranır? Münasibətlər meydana çıxanda. Yeni münasibətlər meydana çıxır, bunu tənzimləyən yeni qanunlar olmalıdır. Mən platforma yazmayan yeganə namizədəm. Çünki mənim platformamı seçici yazacaq. Mən bunu təbliğ edirəm. Yoxsa standart “təhsildə bunu edəcəm”, “səhiyyədə bunu edəcəm”, onu edəcəm demirəm. Dairəmdə hansı problemlər varsa, o məsələyə uyğun parlamentdə məsələ qaldıracam, bununla bağlı qanunda olan boşluqların aradan qaldırılmasına çalışacam, yeni münasibətlər varsa, onu tənzimləyən qanunun yaradılmasına çalışacam. Mən Avropa və Amerika institutları ilə işləmişəm. Xaricdə təmsilçilik də bu baxımdan mənə asan olacaq. Çünki xarici təmsilçiliyi tanıyıram, tanımaqdan başqa bilirəm, necə müraciət etmək lazımdır, hansı məsələni necə qaldırmaq lazımdır. Azərbaycanı təmsil edəndə bizim harada boşluqlarımız var onu görmüşəm. Çünki bir çox tədbirlərdə iştirak etmişəm. Dil biliklərim çox yaxşıdır. Təhsilim və s. bunun hamısı ona icazə verir ki, mən həm də Azərbaycanı xaricdə çox yaxşı təmsil edim. Mənim əsas silahlarım bu hissədə sosial layihələri gözəl bilməyim, xaricdə təmsilçiliyim və beynəlxalq əlaqələrimdir. Bir də şəbəkəm. Günel Səfərova gedib hər hansı problemi tək həll etməyəcək. Bunun üçün mənim komandam, qrupum var ki, ərazimdə işləsin və seçicilər məmnun qalsın. Azərbaycanda onsuz da sosial problemlər nəticəsində aqressiv bir cəmiyyət formalaşır. Mənim vəzifəm cəmiyyətə pozitiv mesajlar verməkdir ki, biz bütün problemləri birgə həll edə bilərik. İnsanlar sosial problemlər içərisində boğulurlar. Mən başa düşürəm, hamının krediti var, manat və dolların bir- birinə yaxşı olmayan münasibətindən hamımız ziyan çəkmişik. Amma bunu da həll edəcək yollar lazımdır. Buradan əslində seçicilərimə çağırış etmək istəyirəm: seçimlərində ehtiyatlı davransınlar və mütləq səsverməyə getsinlər, öz  namizədlərinə səs versinlər. Çünki 2016-cı il Azərbaycan üçün həssas bir ildir. 2016-cı ildə millət vəkilləri içərisində mən yaxşı hüquqşünaslar, iqtisadçılar görmək istəyirəm ki, bu iqtisadi problemlərdən bizi çıxara bilsinlər. Yaxşı hüquqşünaslar olsun ki, qanunları yaxşı formalaşdırsınlar, əhali ilə işləməyi bacaran insanlar olsun.

 

– Orta statistik seçicinin gözündə formalaşan bir deputat imici var: deputat yol çəkər, park düzəldər, yas yeri tikdirər və s. Sizin dairədə bu imic necədir? Bu imici dağıtmaq üçün namizəd olduğunuz dairədə və yaxud ictimai-siyasi fəaliyyətinizdə nələr etmisiniz, nələr edirsiniz?

 

– İctimai-siyasi fəaliyyətim zamanı mən əvvəldən millət vəkilinin səlahiyyətləri haqqında təlimlər keçirdim. Amma hazırda rastlaşdığım və yəqin ki, bütün namizədlərin rastlaşdığı bir sual var: “Sən bizə yol çəkəcəksən, su çəkəcəksən, suyum, qazım gəlmir?!” Yəni bunlar çox haqlı səbəblərdir. Əhalimizin suyu da gəlməlidir, qazı da. 2015-ci ildə bunun müzakirə olunması bir az da utancvericidir. Mən seçicilərimə dediyim sözü deyirəm: su probleminiz varsa, yanınızdayam, mən su çəkən deyiləm, mən heç onun mexanizmini, su necə çəkilir, su hardan gəlir, bilmirəm. Amma sizin yanınızdayam. Hansı aidiyyatı strukturlar varsa, mübarizə aparıb bu problemi həll edəcəyik. Bugünədək millət vəkili olmadan çox saylı problemlər həll etmişik. Yol probleminiz varsa, bunu birgə həll edəcəyik. Bu fikrin yaranmasına səbəb də elə millət vəkilləridir. Əhalinin səsini alsın deyə yol çəkiblər, müəyyən ərzaq yardımları ediblər. Bəli, mən yenə deyirəm: sosial problemlər əhəmiyyətli problemlərdir və mənim təcrübəm elə bu sahədən gəlir. Onsuz da mənim fəaliyyətim o imici dağıdacaq. Mənim kimi düşünən namizədlərin parlamentdə təmsil olunması o imici dağıdacaq.

 

– Azərbaycanda qadınların ictimai-siyasi aktivliyini necə qiymətləndirirsiniz? Parlamentə seçiləcəyiniz təqdirdə həmcinlərinizlə bağlı planlaşdırdığınız qanun layihəsi və s. varmı?

 

– Azərbaycanda məişət zorakılığı haqqında qanununun qəbulunun lobbiçiliyini aparan insanlardan biriyəm. Bu sahədə çoxlu təlimlər keçmişik. Həm BMT xətti ilə, həm də müxtəlif layihələr. Sonunda məişət zorakılığı haqqında qanunun qəbul olundu. Düzdür, onun işləmə mexanizmində bu və ya digər obyektiv və subyektiv problemlər var. Çünki   sığınacaq mərkəzləri yoxdur və s. Bu, həm bir az büdcəyə bağlıdır, həm də QHT-lərin fəaliyyəti bir az məhdudlaşdırıldı. Bizdə qanunda heç yerdə problem yoxdur. Əslində pozitiv ayrı-seçkilik qadınlardadır. Məsələn, analıq məzuniyyəti verilir, atalıq yox. Belə misallar çoxdur. Amma reallıqda isə məsələ tamamilə başqa cürdür. Mən həm Günel Səfərova olaraq, həm də  qadın olaraq özünütəsdiq mübarizəsi aparıram. Seçkilərə qatılmaq qərarına gələndə də müzakirə etdiyim tərəflərdən bir də ailəm olub. Çünki mənim iki övladım var, işimin həcmi böyüyüb. Onlar ictimai-siyasi bir ananın uşaqlarıdır. Həyat yoldaşım da bu sahədə çox böyük dəstəkçimdir.

Azərbaycan qadını hərtərəfli varlıqdır. Çünki Azərbaycan qadını anadır, həyat yoldaşıdır, çalışan bir insandır. Həm də öz varlığını sübut etmək istəyən mübariz bir varlıqdır. Azərbaycan qadını çox böyük işlər görüb. Ola bilər ki, pafoslu səslənsin. Düşünürəm ki, bu gün Azərbaycan qadınının çox yaxşı nümunələri var. Məncə, hakimiyyət də bunun fərqindədir. Hakimiyyət də bunu istəyir ki, Azərbaycanda müsbət qadın nümunələri önə çıxsın. Mənim anam evdar qadın olub, heç vaxt işləməyib, amma 4 nəfər çox faydalı vətəndaş yetişdirib. Azərbaycan qadınının yükü bir az çoxdur. Həmişə mənim təlimlərimin iştirakçıları deyir ki, siz pozitiv ayrı-seçkilik edirsiniz, qızları çox istəyirsiniz. Mənim qrupumda kifayət qədər oğlan var. Lakin aktiv xanımlar daha çoxdur. Yetişdirməm, uğuruna çox sevindiyim xanımlar da, oğlanlar da çoxdur. Elə uğurlu hekayəti olan gənc qızlar var ki, onlar kənd şəraitindən çıxıblar, mübarizə aparıblar, təhsil alıblar, sonra xaricə gedib təhsil alıblar, çox yaxşı strukturlarda təmsil olunurlar. Baxın, Azərbaycan qadını nə qədər mübarizə aparmalıdır?! Mən parlamentdə seçiləcəyim təqdirdə, düşünürəm ki, bu sahədə xeyli iş görəcəm. Xüsusilə qızların təhsil səviyyəsinin artırılması ilə bağlı müxtəlif layihələr həyata keçirmək istəyirəm. Çünki regionlara gedəndə qızların təhsildən uzaqlaşdırılması halları olduğunu görürəm. Xüsusilə qadınların iqtisadi asılılığının aradan qaldırılması üçün müxtəlif layihələr etmək lazımdır. Məişət zorakılığı baş alıb gedir. Qadın cinayətləri, qadına qarşı zorakılıq və s.

 

– Bayaq dediniz ki, namizəd olduğunuz dairədə əhalinin seçkidə iştirak göstəricisi 22 faizdir. Bu payı artırmaq üçün seçicilərə hansı mesajı vermək istəyirsiniz?

 

– Seçicilərimin çoxu deyirdi ki, seçilən seçilib mən niyə əziyyət çəkib seçkiyə gedirəm. Belə bir düşüncə var. Mən seçiciləri həm inandırmalıyam ki, bu belə deyil, həm də inandırmalıyam ki, gəlib mənə səs versinlər. Burada da bir neçə işi bir yerdə aparmaq məcburiyyətindəyəm. Əhalinin seçkiyə inamı qırılıb. Əhali seçkiyə gəlmək istəmir. Mən onlara ayrıca həm emosional danışığımla, həm hüquqşünaslığıma əsaslanaraq komandamla birgə inandırırıq ki, siz gəlin, bülletenlərinizi istifadə edin, öz hüququnuzdan istifadə edin. Qalan məsələ nə sizin ixtiyarınızdadır, nə də bizim. Çünki saxtakarlığı edən tərəf mən deyiləm, seçici deyil. Saxtakarlığı edən tərəf bunun məsuliyyətini daşısın. Sizin hüququnuz səs verməkdir. Əvvəl-axır bu cəmiyyətdə seçki mədəniyyəti yaranmalıdır, seçim mədəniyyəti olmalıdır. Bizim seçimimizdə mədəni baxımdan problem var. Hər şeyi ata-ana seçir. Bizim yerimizə həyat yoldaşı seçirlər. Yəni seçimimizi etməyə çətinlik çəkirik. Seçməməyi sanki uşaqlıqdan öyrənirik. Sanki bizdən sonra gələn nəsil daha seçici, daha aydındır. Onların seçimi var. Çünki biz də tərbiyəni o cür veririk ki, sizin seçiminiz olsun. Seçici 21-ci dairəyə gəlib, Günel Səfərovaya səs versə və Günel Səfərova millət vəkili olsa həm dövlətə, həm hakimiyyətə, həm də seçkinin nəticələrinə seçicinin inamı qayıdacaq. Çünki bunu bu gün mənim seçicim deyir. Bu, inamı qaytarmaq üçün bu bir şansdır.

 

 

 

 

mənbə :
lent.az














Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles