23.10.2015 / 06:26 xeber –
8 saylı Binəqədi birinci Seçki Dairəsindən deputatlığa namizəd Azay Quliyev oktyabrın 23-də dairə ərazisindəki Ə.Naxçıvani küçəsinin seçiciləri ilə görüş keçirib. Azay Quliyevin seçki qərargahının mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, sözügedən ünvanda Azay Quliyevin seçicilərlə görüşü oktyabrın 15-də olmuşdu. Deputatlığa namizədin eyni ünvanda təkrar görüşünün keçirilməsi sakinlərin təşəbbüsü və dəvəti ilə baş tutub.
Diskussiya şəraitində keçən görüşdə seçicilər yaşadıqları ərazidə onları narahat edən bir sıra məsələləri deputatlığa namizədin nəzərinə çatdırıblar.
Deputatlığa namizəd Azay Quliyev son illərdə ölkə prezidentinin tapşırıqları əsasında Binəqədi rayonunda əhalinin rahatlığının təmin olunması üçün irimiqyaslı yenidənqurma və abadlaşdırma işləri görüldüyünü qeyd edərək, bildirib ki, seçicilərin dəstəyi ilə deputat seçildikdən sonra o da, millət vəkili kimi bu prosesə öz səlahiyyətləri çərçivəsində dəstək verəcək: “Ümid edirəm ki, sizin burada səsləndirdiyiniz məsələlərin həllinə biz birlikdə nail ola bilərik”.
Kampaniya çərçivəsində seçicilərlə görüşlərə daha çox əhəmiyyət verdiyi üçün Azay Quliyevə təşəkkür edən sakinlər 1 noyabrda yekdilliklə ona səs verəcəklərini bildiriblər.
Oktyabrın 23-də deputatlığa namizəd Azay Quliyev dairədə yaşayan gənc seçicilərlə görüş keçirəcək.
mənbə :
lent.az
Sorry, comments for this entry are closed at this time.