24.10.2015 / 08:00 xeber –
“Qurşağadək soyunaraq sinə vurmaq, zəncirlə və ya başqa alətlərlə qan çıxarmaq şəriətə uyğun deyil”
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə bağlı verdiyi fətvaya əsasən, bu gün Azərbaycanda Aşura günüdür.
Lent.az-ın məlumatına görə, fətvada bildirilir ki, Aşura mərasimləri məscid ərazilərində, ibadət ocaqlarında, habelə müvafiq icra qurumları tərəfindən müəyyən edilmiş xüsusi məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlər yalnız müvafiq dövlət qurumlarının icazəsi əsasında təşkil oluna bilər.
Təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmaqla Vətənimiz uğrunda şəhid olanların əziz xatirəsi də yad edilməlidir. Təziyə keçirilən məkanlarda nizam-intizam gözlənilməlidir. Qurşağadək soyunaraq sinə vurmaq, zəncirlə və ya başqa alətlərlə qan çıxarmaq şəriətə uyğun deyil və qınağa səbəb olur. Əzadarlar özlərinə və başqalarına xəsarət yetirməməlidirlər.
Qeyd edək ki, bu gün QMİ-nin təşəbbüsü ilə respublikamızın müxtəlif məscid və ziyarətgahlarında qanvermə aksiyası keçiriləcək.
Qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahlar aşağıdakılardır:
1. Yasamal rayonu Təzəpir məscidi;
2. Yasamal rayonu Hacı Soltanəli məscidi;
3. Səbail rayonu Bibi-Heybət məscidi;
4. Səbail rayonu İçərişəhər Cümə məscidi;
5. Suraxanı rayonu Qaraçuxur məscidi;
6. Xəzər rayonu “Mir Mövsüm ağa” məscidi;
7. Nizami rayonu Keşlə qəsəbə məscidi;
8. Sumqayıt şəhər “Cümə” məscidi;
9. Gəncə şəhər “İmamzadə” məscidi;
10. Mingəçevir şəhər “Heydər” məscidi;
11. Şəki şəhər “Cümə” məscidi;
12. Lənkəran şəhəri Böyükbazar məscidi;
13. Bərdə şəhər “Cümə” məscidi;
14. Nəsimi rayonu Əjdərbəy məscidi.
mənbə :
lent.az
Şərh yaz.