11:15 xeber – Oğuzda ağır yol qəzası baş verib. Sürücü hadisə yerində dünyasını dəyişib.
Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, qəza Qaraməryəm-İsmayıllı-Şəki magistral yolu, Oğuz rayonunun Sincan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Şəki sakini 1975-ci il təvəllüdlü İlqar İlyas oğlu İlyaslı idarə etdiyi 90-KR-371 dövlət nömrə nişanlı “CHERY” markalı avtomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirərək avtomobili yolun kənarındakı ağaca çırpıb.
Dərhal hadisə yerinə təcili tibbi yardım avtomobili çağırılsa da həkimlər əraziyə gələnə qədər sürücü xəsarətlərinin ağırlığından avtomobildə dünyasını dəyişib. Hadisə vaxtı sürücü avtomobildə tək olduğu üçün ilkin ehtimal o, sükan arxasında yuxulayıb və qəza da elə bu zaman baş verib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsi tərəfindən araşdırmalar aparılır.
Bir müddət əvvəl də Oğuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oğuz rayonu Dəymədərə kəndi ərazisindən keçən hissəsində qeydə alınan hadisə zamanı Şəki şəhər sakini, 1976-cı il təvəllüdlü Elşən Nəsib oğlu Mustafayev idarə etdiyi “VAZ ” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb.
Hadisə nəticəsində “qapalı kəllə beyin zədəsi” alan Elşən Mustafayev Oğuz Mərkəzi Rayon Xəstəxanasına gətirilsə də orada dünyasını dəyişib.
mənbə :
anspress
Şərh yaz.