14:02 xeber – Oktyabrın 23-də Braziliyanın San Paulo şəhərində keçirilən 39-cu Beynəlxalq Monstra film festivalında nümayiş edilən kinorejissor Vahid Mustafa Yevin Azərbaycanın müstəqillik tarixinin qanlı səhifəsi olan 20 Yanvar hadisələrindən bəhs edən “Qanlı Yanvar” filmi mükafatlandırlıb.
Film postsovet məkanındakı həqiqətlərin çatdırılmasına görə diplomla təltif edilib.
“Qanlı Yanvar” filmi Azərbaycanı bu festivalda təmsil edən ilk filmdir. Noyabrın 4-nə kimi davam edəcək festival çərçivəsində film 5 dəfə nümayiş olunacaq.
Azərbaycanın Braziliyadakı səfiri ilə yanaşı, Braziliyanın bir sıra dövlət rəsmilərinin də qatıldığı təqdimatdan sonra film böyük maraqla qarşılanıb. Azərbaycanın festivalda təmsil olunması mərasim iştirakçılarının ölkəmiz haqqında daha çox məlumat əldə etmələrinə xidmət edəcək.
Festivalda təqdim edilən diplom
“Qanlı Yanvar” filminin fraqmenti
39-cu “Monstra” – San-Paolo festivalı kinorejissor Vahid Mustafa Yevin tarixi sənədlər əsasında ekranlaşdırdığı “Qanlı Yanvar” filminin iştirak etdiyi ikinci beynəlxalq festivaldır.
Bundan əvvəl “Qanlı Yanvar” filmi dünyanın üç ən nüfuzlu festivalından birində – Kanadada, Monreal film festivalında nümayiş olunub. Monrealda film festivalın xüsusi diplomuna da layiq görülüb.
“Qanlı yanvar” filmində hadisələr sovet ordusunun törətdiyi faciə fonunda cərəyan edir. Rejisor 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə baş verənləri azərbaycanlı Nərimanovlar ailəsinin gözü ilə göstərir. İki qardaş – kommunist Nəcəf və inqilabçı Mehdi əks düşüncəyə sahibdirlər. Onlar inandıqları uğrunda ölüm-dirim mübarizəsinə başlayıblar.
mənbə :
anspress
Şərh yaz.