“Qarabağ” temsilçileri Avropa çempionatında

18:56 xeber – Futboltennis üzrə Avropa çempionatı keçiriləcək.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, çempionatda Azərbaycanın futboltennis üzrə milli komandası da ilk dəfə iştirak edəcək.

Moskvanın “Qarabağ” futzal komandasının 4 üzvü: Elnur Vəliyev , Emin Əhmədli, Nihat Abdullayev və Azad Rəhimov Azərbaycanın futboltennis üzrə milli komandasına dəvət alıblar. Onlar bu turnirdə yığmanın şərəfini qoruyacaqlar. Azərbaycan yığması ilk dəfə Avropa Çempionatında çıxış edəcək. Avropa Çempionatı Rumıniyanın Targovista şəhərində noyabr ayının 18-dən 22-dək keçiriləcək.

Futboltennis və ya tennisbol idmanda komanda oyunudur. Bu oyunu ölçüləri voleybol meydançasına yaxın meydançada tennis torundan futbol topunu keçirməklə oynayırlar. Futboltennis 1920-ci illərdə Çexiyada yaranıb.


“Qarabağ Moskva” klubu

Rusiyada azərbaycanlıların yaratdığı “Qarabağ Moskva” klubu futzal üzrə Moskva birinciliyində çıхış edir. Komandaın rəhbəri və məşqçisi Elnur Vəliyev həmçinin oyunçu kimi çıxış edir. Azərbaycanı təmsil edən komanda 2013-cü il yanvarın 10-da Moskvada yaşayan həmvətənlərimiz tərəfindən yaradılıb. Kollektiv əsasən Moskvada yaşayan gənclərdən və tələbələrdən ibarətdir. Elnur Vəliyev Moskvada Rusiya Futbol İttifaqının təşkil etdiyi C kateqoriyalı məşqçi kurslarında iştirak edərək, kursun yekununda imtahan nəticəsində C kateqoriyalı lisenziya alıb.

mənbə :
anspress

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir