02:24 xeber – Bakının Ziya Bünyadov prosopektində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Qəzanı törədən polis əməkdaşı olub. Nəsimi Rayon Polis İdarəsi Post Patrul Xidməti bölüyünün polis serjantı, 1979-cu il təvəllüdlü Müşfiq Eminov idarə etdiyi “Mercedes E-200” markalı, 90 ZD 769 dövlət nömrə nişanlı avtomobillə piyadanı vurub.
Piyada Bakı sakini, 1991-ci il təvəllüdlü Murad Abıyev olub.
Ağır yaralanan piyada 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilib. M.Abıyevə tibbi yardım göstərsələr də onun həyatını xilas etmək mümkün olmayıb. / müsavat.com
Azərbaycanda baş verən avtoqəza və piyadaların vurulmasından görüntülər
ANS PRESS xatırladır ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda bu ilin 8 ayında piyadanın vurulması ilə bağlı 635 yol qəzası baş verib.
Onun sözlərinə görə, bu qəzalar nəticəsində 225 piyada ölüb, 454-ü yaralanıb.
Yanvarın 1-dən avqustun 7-dək Bakıda 68 min piyada cərimə olunub.
Bölmə rəisi bildirib ki, piyadaların avtomobillərlə vurulması hallarına qarşı mübarizə tədbirləri ilə əlaqədar piyada keçidləri yaxınlığında reydlər keçirilib, nəticədə 68 min piyadaya qarşı İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinin tələbinə uyğun protokol tərtib edilərək 20 manat cərimə edilib.
Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə piyadaların vurulması halları azalıb.
Vaiqf Əsədov – Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi
“Ümumilikdə Bakının inzibati ərazisindəki yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə onların bütün göstəriciləri aşağı düşüb. Piyada vurma ilə nəticələnən qəzalar 52 faizdən 51 faizə enib. Bu da piyadaların cərimələnməsi ilə əlaqəlidir. Piyadaların cərimələnməsi yol qəzaları hadisələinin sayının aşağı düşməsinə təsir edir”, – o deyib.
Qeyd edək ki, 68 min piyada İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinin tələbinə uyğun protokol tərtib edilərək 20 manat cərimə edilib, bu da 1 360 000 manat deməkdir.
mənbə :
anspress
Şərh yaz.