Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

Senuber İsgenderli: "Üreyim deyir, get heyetde kendirbaz oyna" – QIZQIZA 

Sənubər İsgəndərli: "Ürəyim deyir, get həyətdə kəndirbaz oyna" - QIZQIZA 

25/10/2015

10:02


25.10.2015 / 10:00 xeber –

“Haradansa kəsərəm, amma idman zalından kəsmərəm”

 

Mədəniyyət və İncəsənət Universitetini bitirib, yenicə teatrda işə başlamışdım ki, rəfiqəm, mərhum Xumar Cəfərli qadınlar üçün “Xanım” jurnalını yaratdı. Bir rubrikada gənc aktrisa sevdiyi həmkarları ilə görüşüb, söhbətləşib, yazı hazırlamalı idi. Diktofonsuz -filansız…

 

İlk söhbət üçün Sənubər İsgəndərlini seçdim. Onu sevirdim. Bu sevginin səbəbini isə illər sonra, onun ad günü ərəfəsində Lent.az-ın “Qızqıza”sında açıqlamaq varmış qismətdə:

 

– Siz mənim ilk müsahibim olmusunuz.

 

– Müsahibəmizi xatırlayıram. Amma ilk müsahib olduğumu bilmirdim. Neçənci il idi?

 

– 2000-ci il, fevral…

 

– Ooo, 15 il keçib… 15 ilə Vüsalə yazıçı olub, maşallah! Arada oxuyuram, “Əsir düşərgəsi”ndən çox təsirlənirəm…

 

Məşədi İbad demiş, nahaq “Əsir düşərgəsi”ndən söz saldıq… “Əsir düşərgəsi”ndən sonra xanımları “Qızqıza” söhbətə razı salmaq çətin olurdu. Onu bitirməmiş, “İnternat dramı”na başladım, bundan sonra isə, ümumiyyətlə, xanımlar mənimlə görüşməkdən imtina etdilər. Kimə zəng etsəm, hər iki layihə haqda təəssüratlarını bölüşür, xoş sözlər deyir, söhbətdən isə qaçırdılar. Səbəbini bilirəm, qadınlar illah da müsahibədə qlamur görünməyi sevirlər, girov və valideyn himayəsindən məhrum olan insanların həyat hekayəsini yazan birinə müsahibə vermək onların bu obrazlarını dağıdacaq deyə, ehtiyatlanırlar. Qınamıram, imic illərlə qazanılan nəsnədir.

 

Allahdan, bu dəfəki həmsöhbətimin belə xofu yoxdur. Onu elə buna görə sevirəm.

 

Bilmirəm nə qədər həqiqətdir, xalq artisti Vaqif Əsədovdan eşitmişəm ki, sevimlim Həsənağa Turabov Azərbaycan ədəbiyyatında ən maraqlı kişi obrazlarından biri olan – Molla Abbası (“Dəli yığıncağı” tamaşasında) oynamaqdan imtina edib. Səbəb – əsərdə Molla Abbas qardaşı Fazilə deyir: “Dadaş, әgәr oynamağıma razı deyilsәn, izin ver mayallaq aşım” və mayallaq aşır…

 

Yaşıdları arasında tanıdığım yeganə aktrisadır ki, rol üçün heç bir yasağı yoxdur. Rejissorların arzusudur, plastilindir. İstədiyin formaya düşəcək. “Əsir düşərgəsi”ndən yayınmağa çalışıram:

 

– İlk müsahibim olduğunuza görə demək olar ki, bütün müsahibələrinizi izləyirəm. Həmkarlarım həmişə sizinlə söhbətə gözəlliyinizdən danışmaqla başlayırlar. Bunu sizə qarşı ədalətsizlik hesab edirəm…

 

– (Ah çəkir…) Vüsalə, inan allaha ki, verilişə çağırırlar, mövzunu soruşuram: gözəllik, moda. Soruşuram, axı sənətdən nə vaxt danışacağıq? Onları da başa düşürəm, reytinq məsələsi… Sənətlə maraqlanan yoxdur… Sonra kənardan özümə baxanda deyirəm, “Sənubər, kənardan nə qədər bəsit görünürsən”. Eyni suallara verilən cavablar dəyişmir axı. Axırda nifrət edirəm. Gəlmirəm deyirəm, inciyirlər…

 

– Mən də gözəllikdən danışacam. Amma sizi mənim gözümdə gözəl göstərən cəhətlərinizdən. Yaşadığım dövrdə Azərbaycan teatrında gördüyüm yeganə aktrisalardansınız ki, bir-iki baş rola görə “diqtə etmirsiz”. Məsələn, zamanında biz gənclərə elə xoş idi ki, siz “Ekperimental Tamaşalar Festivalı”na qatılmışdınız… Hətta xalq artistlərindən biri haqqınızda dedi ki, “Sənubər Gertruda oynayan aktrisadır, gərək gedib uşaq-muşağa qoşulmayaydı. Bunu eləməməliydi”.

 

– Deyirdilər, özüm də eşidirdim… (Gülür) Bu gün də ekperimental tamaşalar festivalı keçirilsin, yenə də qatılaram. Tək festival yox, nə eksperimentallar olur-olsun, sevə-sevə iştirak edərəm. Belə şeylər mənə ləzzət edir. Özümü yoxlayıram ki, mən bunu da bacarıram.

 

– Dəyişilmək adamı formada saxlayır. Ülviyyə Könül film çəkəndə siz kastinq direktoru idiniz…

 

– Həm də aktyorlarla iş üzrə rejissor. Orada da sınağım idi. Mənə qəribə gəldi ki, görəsən aktyorlara nəsə izah edə bilərəmmi. Özümdən yaşlı sənətkarlara heç nə demirdim, təklikdə Ülviyyəyə pıçıldayırdım. Rejissor kimi onun qarışmaq ixtiyarı var. Amma cavanlara yaxınlaşıb, astaca deyirdim ki, nəyi necə etmək lazımdır…

 

– Eyni işi “Qaynana” serialında da davam etdirdiniz…

 

– Elə “Qaynana” serialına da “Vəkil hanı?” filmindən sonra dəvət aldım. Filmə baxıb, təklif etdilər ki, aktyorlarla da siz işləyin. Orda da həmən qaydada işləyirdim. Yaşlı sənətkarlarla o məsafəni həmişə saxlayırdım.

 

– Qısası, sizi həmişə hərəkət edən, dəyişən görürəm. Köhnə rollarının kölgəsində nostaljı yaşayan aktrisa deyilsiniz. İlk görüşümüzdən yadımdadır, dediniz ki, filmlər çəkilmir, ona görə kliplər çəkdirib, ürəyimin qurdunu öldürürəm. Sabah filmlər çəkilməyə başlasın və mən bu işi qatlayıb bir kənara qoyacağam. Qoydunuz da…

 

– İstəyirdim, nə iləsə ortaya bir şey çıxardam… Cəhd edirdim…

 

– Bax, o cəhdlər sizi mənim gözümdə gözəl elədi…

 

– Aaahhh! Bax, deməli həqiqətən gözələm! Vüsalə, ilk dəfə məni gözəl olduğuma inandırdın. (Gülür)

 

– Həmkarlarımı maraqlandıran gözəlliyi qorumaq üçün daima mezoterapiya, pilinq edirik. Bu boş dayanmamaq, nəsə etmək cəhdləri də sənətkarı formada saxlayır, gözəl edir.

 

– Bilirsiz, yadıma nəyi saldız… Axı mən rəhmətlik Hüseynağa Atakişiyevlə işləmişəm və onu özümə sənətdə müəllim sayıram.

 

– Onun məktəbi də fəaliyyətinizdə daima özünü göstərir…

 

– Daima! Başqa cür ola da bilməz! Hüseynağa müəllim sözə çox xəsis idi. Bizsə gənc idik, nə oynasaq, ağzına baxardıq ki, görək nə deyəcək… Ömründə heç nə deməzdi. Adam qalırdı çək-çevir edə-edə ki, ay allah, görəsən necə oynadım… Hərdən söhbətlərindən başa düşürdük ki, bu sözü deyəsən mənə atırdı, bu qədər.

 

Şekspirin “Yay gecəsində yuxu” tamaşasında Yelenanı oynayırdım. İlk dəfə mənə dedi ki, proqramı bura gətir. Gətirdim, orda yazdı ki, “Sənubər, sən indi başladın gözəlləşməyə”. Allah, bu mənim üçün dünya idi! Hesab edin ki, elə o günü xalq artisti adını də aldım, əməkdar artist adını da. Çünki sənətkar mənə dedi ki, sən artıq aktrisa kimi formalaşırsan. Görün neçənci illərin sözünü danışıram. Ona qədər bir neçə rol oynamışdım və düşünürdüm ki, nə isə bacarıram. Demə, hələ indi bacarmışam. Həmən “gözəlləşmə” sözündən sonra bir az rahatlaşdım… İndi sizin bənzətmə onu yadıma saldı…

 

– “Yaşlı xanımın gəlişi”ndə o gözəllik özəlliklə diqqətimi çəkdi. Bizim teatrda nadir hallardan biridir ki, heyətdə tək qadın obrazı, baş rol, zəngin xanım və hər çıxışına bir bahalı paltar geyinmir…

 

– Onu mən prinsipial olaraq etmədim. Elə obraz idi ki, dəyişsə də, yeri var idi, əsaslandıra bilərdi. Milyonçu idi, başqa-başqa günlər idi. Təklif də olundu, dedim mən o qadını içimlə dəyişəcəm. Qadın hər çıxışında əynini yox, özünü dəyişəcək. Şükür Allaha, hardasa razı qaldım.

 

– Əla tamaşa idi. Son illər “Azdrama”nın səhnəsində baxdığım tamaşalar içində ikisi yadımda qalıb. “Qatil” və “Yaşlı xanımın gəlişi”. Həm də səhnə üçün uğurlu formanı saxlamağınızı sevirəm. Bunu xüsusi gözəllik adlandırmıram. Səhnədə olan, işinin məsuliyyətini dərk edən aktrisa hər dəqiqə formada olmalıdır. Sənətin inkişaf etdiyi bütün cəmiyyətlərdə aktrisa daima formada olur. Qreta Qarbo deyirdi ki, yeni rol xoşbəxtlik kimidir, hər gün qapını döyə bilər və sən…

 

– …həmişə onun üçün hazır vəziyyətdə olmalısan! Bilirəm ki, səhnədə mənə plastika lazımdır. Haradansa kəsərəm, amma idman zalından kəsmərəm. O mənə mütləqdir ki, formada qalım. Ağzımı nə üçünsə bağlayaram ki, artıq kilolar olmasın. Çünki səhnədə bu, çox mane olur. Bir ara məndə olmuşdu…

 

– Heç xatırlamıram…

 

– Çox yox, həmişə elə 5-6 kilo ilə dava edirəm. (Gülür) Amma özümü çox narahat hiss edirdim…

 

– Unutmuram, heç bir aktyorun cəsarət etmədiyi bir şeyi etdiniz, gəlib Pantomima teatrında oynadınız…

 

– Pantomima-da da, Yuğ-da da oynamışam. “Kimdir müqəssir?” tamaşasını Hüseynağa müəllimin teatrında da oynamışdım. Ürəyim gedirdi o tamaşa üçün…

 

– Və bütün bunlarla yanaşı, Sənubər İsgəndərli deyəndə yaddaşımda “Şah Edip”dəki icraçı ilə “Burla Xatun”dakı Burla Xatun canlanır. Hər iki tamaşaya təkrar-təkrar baxmışam. Özəlliklə də, “Burla Xatun” mənim üçün bütün yaradıcılığınızın üstündədir.

 

– Hə… Sevdiyim rollarımdan ibarət siyahı hazırlasam, “Şah Edip”lə “Burla Xatun”u başdan yazaram.

 

– Təpədən-dırnağa gözəllik idi. Xatırlayıram, tamaşadan sonra rejissor Vaqif Əsədov dedi ki, “Sənubər böyükdür, çünki heç kim uşaqlara qoşulub o tozlu pərdələrin altına girməzdi…”

 

– Bu gün də girərəm, Vüsalə. “Burla Xatun” kimi tamaşa olsun, tozun da altına girərəm, çirkin də. Mən ömrümdə səhnədə çirkli görünməkdən qorxmamışam.

 

– Bizim aktrisalar “səhnə gözəlliyi sevir” sözünü çox vaxt yanlış anlayırlar. Səhnədə ancaq çirkin görünməkdən qorxmayan aktrisa gözəl görünə bilər.

 

– “21:15 qatarı” tamaşası olanda xəbər edəcəm, ona da baxın. “Yaşlı xanımın gəlişi”ni üç ildir oynayıram. Tamaşaçı da çox gəlirdi “Yaşlı xanımın gəlişi”nə…

 

– Sonra tamaşaçıdan şikayət edirlər. Nəhayət ki, “tarix dərsi” ilə teatrın fərqini ayırmaq lazımdır. Səhnədən nə qədər ədəbiyyat dinləməliyik, mətni teatra çevirmək lazımdır. Tamaşa olarsa, tamaşaçı həmişə tapılacaq. Guya sovet vaxtı 7 milyonun hamısı teatra gəlirdi?

 

– Hər halda, bundan çox gəlirdi…  Amma 9 milyonluq ölkənin beş yüz yerlik tamaşa salonunu dolduracaq tamaşaçısı həmişə var.

 

– Doğru! Həm də əvvəllər tamaşaçının alternativi yox idi.

 

– Düzdür. Bir də əlçatmazlıq və simanı qorumaq! Bunların olmaması aktyoru çox hörmətdən salır. Bədbəxtçilik ondadır ki, bizim sənət asılı sənətdir. Rejissordan, dramaturqdan, direktordan asılısan. Rol verməsələr, özün-özünə rol verə bilməyəcəksən. Bu asılılıqda şərəf və ləyaqəti qoruyub saxlamaq çətin olur. Qürurla gəzməyi bacardın, bir az da istedad varsa, nə olsun sənətin asılıdır, olacaqsan sənətkar! Çox belə misallar çəkə bilərəm. Bu sədd sürüşkəndir, ona görə də çox vaxt simalar itir. Aktyor ikiüzlüyə, minüzlüyə çevrilir. Bir az simasız olur, bir az şəxsiyyətsiz… Olur elələri də… Asılılıq insanı dəyişir. Buna yalvarım, onu razı salım, o birinə xoş gəlim ki, mənə rol versin, ad versin və bir gün görür ki, onun sənəti də artıq hörmətdən düşüb…

 

– Rol verilsə də, tamaşaçı üçün maraqsızdır. Çünki tamaşaçı onun bütün “üzlərini” görüb…

 

– Sovet dövründə bir televiziya kanalı var idi deyə, sənətkara sima saxlamaq çox asan idi. İnanın, o vaxtı bundan da çox biabırçılıqlar olub. İndi bizim üzümüzə vururlar ki, iki xalq artisti dalaşdı… Bəli, xoşagəlməz situasiyadır. Amma bundan betərləri olub. Sadəcə binanın içində qalıb. Kimsə bayıra çıxartmazdı. O vaxt sima saxlamaq asan olub deyə bu gün korifey deyən kimi hamı çalışır dünyasını dəyişənlərin adını çəkməyə. Bu gün yaşayıb yaradanın adını çəkmirlər. Amma vallah, bu gün ləyaqətini qoruya bilən, özünə hörməti itirməyən sənətkar varsa, ona halal olsun!

 

– Axı Sənubər İsgəndərliyə rol verməməyin səbəbi nə ola bilər?

 

– Hər direktorun öz sevimlisi olur. Yeni gələn rejissorlar məni tanımırdı. Başqa ölkələrdən rejissor dəvət edirlər axı, rolu da direktor bölürdü. Elə bütün narazılıqlar da ordan başladı.

 

– Olmaz ki, o tamaşalar bir ay gec qoyulsun, amma rejissor əvvəlcə gəlib teatrın repertuarındakı tamaşalara baxsın, truppanı tanısın? Bizdə guya teatrın səviyyəsini qaldırmaq üçün xaricdən rejissor dəvət edirlər, o da gəlib tanımadığı kollektivlə direktorun rol bölgüsü əsasında tələsik bir tamaşa quraşdırıb gedir. Hətta belə yanaşma olduğu halda adam düşünür ki, bu rejissor heç əmək də sərf eləmir, elə öz ölkəsindəki hansısa bir tamaşasının səhnə həllini bu əsərə töküb, qayıdır. Sonucda, biz yüksək sənət yaratmaq ümidi ilə vəsait xərcləyirik, rejissor isə bu işə “xaltura” kimi baxır… Düzgün yanaşma deyil axı…

 

– Mənim aləmimdə rejissor tamaşa qoymaq istəyirsə, gəlib tamaşalara baxmalı, aktyorları tanımalıdır. Rejissor o adama deyərəm. Yoxsa, bir ay ərzində tələsik tamaşa hazırlayıb çıxır gedir, tamaşanın taleyi artıq ona maraqlı deyil, tamaşa qalır üzü üstə.

 

– Bu eksperiment lazım idi Azərbaycan teatrına?

 

– Dəyişmək lazımdır. Amma köhnəni qəfil silib, yenini quracağam demək düz deyil. Sən köhnənin bazasında yenini qur, lazımsız olan nə varsa, özü sıradan çıxacaq….

 

– Bu sualı başqa aktrisaya vermərəm. Bilirəm ki, deyəcək, mən bütün rollarımı yaratmışam. Sizin obyektivliyinizə güvənirəm. Geriyə baxanda rolların hansı “proval” idi deyirsiniz?

 

– Təbii ki, bu uzun illər ərzində uğursuzluqlar da olub. Onsuz maraqsız olardı. (Gülür) Əgər teatra canlı orqanizm deyiriksə, deməli, onun “xəstə” və “xoşbəxt” anları olur. Məsələn, “Ədirnə fəthi” tamaşamız var idi, kənardan özümə baxıb demişəm ki, “provaldır”…

 

– Tamaşa özü maraqsız idi, darıxırdın.

 

– Özümdən heç xoşum gəlməmişdi, tamaşadan da… Bir də, Bəxtiyar Vahabzadənin bir tamaşası var idi, “Cəzasız günah”. Həkimlərdən idi…

 

– Xatırladım, Ramiz Novruzla oynayırdınız. Darıxdırıcı tamaşa idi. Bir sözlə, pyesin oxunuşu idi, ədəbiyyat idi. İçində teatr elementləri yox idi. Ona görə də darıxırdım. Sizi içində teatr olmayan tamaşada görə bilmirəm.

 

– Ümumilikdə götürəndə isə, mən çox xoşbəxt aktrisayam. Azərbaycanda demək olar ki, ən sevilən, sayılıb seçilən bütün rejissorlarla işləmişəm. Bundan gözəl nə ola bilər?

 

– İndi nə arzulayırsınız, serial, kino, teatr, necə bir iş?

 

– Kino, ya teatr, fərq etməz, amma hadisəyə çevriləcək bir iş istəyirəm. Mənim rolumla olmasa da belə, orada mənim kiçik bir epizodum olsun. Biz bacarırıq, istəyirəm sübutunu verək. Amma ilk öncə can sağlığı istəyirəm! Bilmirəm ömrümə nə qədər qalıb. Belə şeylərə bir az müdrik baxıram. Adamın ağzından vururlar ki, nə danışırsan… Amma nə ömrüm qalıbsa, qoy mənim orada lap cüzi əməyim olsun, amma iş özü dəyərli olsun. Hamı desin ki, bu sənətdə olmağa dəyərdi.

 

– Guya axırda ad gününüzü təbrik edəcəkdim, görün söhbəti hara aparıb çıxartdınız…

 

– (Gülür) Bilirəm, bu dünyadan doyub gedəcəyəm. Hərdən zarafatla deyirəm ki, ölməyə dəyər, dünyaya təzədən cavan gələcəksən. (Gülür) Bunu mütləq deyim, xəstə aktyoru efirdə köməksiz halda göstərməyin çox əleyhinəyəm. Qızıma möhkəm-möhkəm tapşırmışam, nə badə, anan düşdü, bir adamı içəri buraxmırsan. Demişəm! Həyatdır, Allah hamımızı dünyadan ayaqlarımızın üstündə aparsın. Amma ehtiyatı tutmaq lazımdır. Qəti! Olmaz! O aktyor insanın gözündə miskin olur! O vaxt mən Hamlet Qurbanovun kadrlarına baxanda bir ay özümə gələ bilmədim. Nəyə lazım idi onu göstərmək? Gərək ətrafı qoymayaydı. Yaddaşlardakı obrazı dəyişmək olmaz!

 

– Razıyam! Ad günü öncəsi rəqəmlər qorxulu gəlir?

 

– Çooox! Hətta on il öncə o rəqəmi deyəndə elə bilirdim başqa adam haqqında danışıram…

 

– Ruhun yaşı yoxdur!

 

– Yoxdur! Ürəyim deyir, get həyətdə kəndirbaz oyna! (Gülür)

 

mənbə :
lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles