04:06 xeber – İsmayıllı rayonu, Gəraybəyli kəndində ölümlə nəticələnən ağır yol-qəza hadisəsi baş verib. Azadlıq.az xəbər verir ki, anspress-in FHN mətbuat mərkəzinə istinadən verdiyi məlumata görə, “Mercedes”markalı minik maşını kənd ərazisində qəzaya uğrayıb. Nəticədə “Mercedes” markalı minik avtomobili tamamilə yanıb.
Qəza nəticəsində avtomobilin sürücüsü 1948-ci il təvəllüdlü İsmayılov Vaqif Tofiq oğlu və 1976-cı il təvəllüdlü İsmayılov Məhəmməd Vaqif oğlu aldıqları müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat ediblər. Dİgər sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.
V.İsmayılov və M.İsmayılovun cəsədləri, həmçinin xəsarət alan vətəndaş yanğınsöndürən-xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil veriliblər.
Yanğın və xilasetmə işləri saat 19:40-da yanğınsöndürən-xilasedicilər tərəfindən başa çatıb.
mənbə :
anspress
Şərh yaz.