Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Kommunist arvadlarının xahişi, gizli tekyeler, İmamın ayaq basdığı yer – REPORTAJ

Kommunist arvadlarının xahişi, gizli təkyələr, İmamın ayaq basdığı yer - REPORTAJ

26/10/2015

11:36


26.10.2015 / 11:31 xeber –

Lənkəran camaatını bir ilin içində iki dəfə bir yerə toplanmış görmək mümkündür. Biri Axır çərşənbə günüdür, bir isə Aşura.

 

O gün isə Aşura idi.

 

Bu sətirləri küçəmizdən keçən izdihamın “Ya Hüseyn!” , “Hüseyn vay!” sədaları altında yazıram. Dözmürəm, pəncərədən boylanıb bir neçə şəkil və qısa video çəkməyə də cəhd edirəm. Qırmızı, qara, yaşıl bayraqların arasında üçrəngli Azərbaycan bayrağı da dalğalanır.

Şəhərdə bu sədalardan başqa bir səs duyulmur.

Hamı məscidlərə, İmam Hüseyn ziyarətinə gedib.

Hamı “Can sənə qurbandı bu gün, ya Hüseyn!” deyir.

 

Dünən səhərdən axşama kimi bizim binanın qadınları həyətdə ocaqlar qalayıb hədik bişirdilər. Həyətdəki qapıları açıq avtomobildən mərsiyə eşidilirdi. Elə şəhərin hər tərəfindən də olduğu kimi. Məscidlərdən, evlərdən, cib telefonlarından…

Son on gündə Lənkəranın demək olar ki, bütün taksilərində və dükanlarında da  mərsiyə oxutdurulub. Bu hal Məhərrəm ayının sonuna kimi davam edəcək.

Yeri gəlmişkən, Aşura günü ehsanı kimi Lənkəranın şəhər əhalisi hədik aşı bişirir, kənd əhalisi isə şirin südlü aş. Sarıköklü, darçınlı, şəkərli qatı sıyıq Aşuranın gecəsindən ta səhərinə kimi məscid-məscid, təkyə-təkyə dolaşıb “Hüseyn vay!” deyən adamlara səhər-səhər təklif olunur mütləq. Məscidə gedə bilməyənlər evlərində bişirirlər həmin gün bu aşı.

Uşaqkən nənəmlə getdiyim gizli təkyələr düşür yadıma. Hamı eyni cur salamlaşardi: "İmam savab versin!" Cavab bu cür idi: “Bahəmdigə!”

Gizli təkyələrdə adətən qadınlar toplaşardılar.  

Məscidlər ibadətə qapadılmışdı çünki.

Kənd məscidləri Sovet hökumətinin dövründə ya kitabxana, ya anbar, ya klub və s. kimi fəaliyyət göstərirdi. Məsələn, bizim kəndin məscidi kitabxana idi. Dünya və Sovet ədəbiyyatı nümunələri toplanmış nəhəng zalda stellajların arasında gəzişib, uşaq ədəbiyyatı bölməsini axtardıqca, kitab qoxusunu ciyərlərimə çəkməyi o qədər sevərdim ki. Və məhz uşaq ədəbiyyatı yığılmış stellajın yanında nəhəng qara minbər vardı, pillələri, hündür oturacağı, bəzəkli qoltuqları ilə olduqca ağır və zəhmli görünürdü. Biz uşaqlar nənələrimizin bizə danışdığı imam-peyğəmbər hədislərinin təsiri altında, qorxa-qorxa baxardıq ona. Elə bilərdik, nənələrimizin gözlədiyi on ikinci imamın taxtı-tacıdır ki var, biz görməsək də, O, ordadır, hər addımımızı görür, izləyir.

Bizim kəndin məscid-kitabxanasına hamı – kitabxanaçı qadınlar da, oxucular da ayaqqabılarını çöldə soyunaraq daxil olardılar. İçəri tərtəmiz həsirlərlə döşənmiş idi, yadımdadır. Mənim nənəm hər cümə günü canamazını götürüb, bir sini də halva-çörəklə məscid-kitabxanaya yollanardı, halva-çörəyi minbərin üstünə qoyaraq, namazını qılar, sonra gətirdiklərini ehsan paylayardı kitabxanaçılardan tutmuş, ta evədək rast gəldiyimiz hər kəsə.

 

Məsciddə tək-tük nüfuzlu qadınların xəlvəti namaz qılmaq ixtiyarı vardı, vəssalam. Adi vaxtların cümə namazlarından əlavə də Məhərrəm ayının ayinləri vardı ki, qadınlar həmin ayinləri yaşatmaq, yerinə yetirmək üçün evlərdə qurulmuş gizli təkyələrdə toplaşardılar. Məhərrəmliyin ilk günlərindəncə hər axşam balaca qız nəvələrini də yanlarına salıb kəndin gizli təkyəli evinə gedərdi nənələr. Həmin təkyələr adətən bir böyük zaldan, bir də zalın baş tərəfindəki kiçik otaqdan ibarət olurdu. Bu kiçik otaqda qara örtüklü masa, masanın üstündə imamları, Kərbəla müsibətini əks etdirən fotoşəkillər, su ilə dolu mis teşt, bir fincan olardı. Masanın böyründə divara söykədilmiş ələm durardı. Qadınlar niyyət edib ələmə yaylıqlarını bağlayardılar, kimi də yaylıqların ucuna pul nəziri düyünləyərdi. Teştdəki sudan içmək, alına çəkmək təbərrik dadmaq, imam əlindən su almaq sayılardı. Evlərindəki kommunist ərlərinin qorxusundan belə təkyələrə gedə bilməyən cavan qadınlar üçün həmin təbərrik sudan mütləq gizlicə pay gətirilərdi.

Gizli təkyələrdə bir neçə kəndin qadınları toplaşıb gah mərsiyə oxuyar, gah hədislər danışardılar. Gah da müxtəlif ən adi söhbət və xəbərləri paylaşardılar bir-birləriylə.

 

Tasua gecəsində təkyədə canlanma yaranardı. Qadınlar təkyənin mərsiyəxanına manatlar ötürər və ölmüş doğmaları üçün salavatlar, həyatda olan əzizləri üçün dualar oxutdurardılar. Bu gecəyə həm də “Dua edilən gecə” deyilərdi.

Aşura gecəsində bütün kəndlərdəki bütün gizli təkyələrdən əli ələmli kişilər və qadınlar çıxardılar aşkar halda küçələrə, “Hüseyn vay!” deyərək, yolları boyunca qarşılarına çıxan bütün təkyələrin həyətlərinə girər, həmin təkyənin ələmi ilə özlərində olan ələmi görüşdürər, birlikdə sinə döyər, zəncir vurar, “Hüseyn vay” deyərdilər. Belə gecələrdə bütün kitabxana, anbar, klub və s. kimi fəaliyyət göstərən məscidlərin həyətlərinə də mütləq girərdilər əliələmli dəstələr. “Ağa, salamunəleyk, şah, salamunəleyk!” deyə məscid həyətini ziyarət edər, sonra “Ağa xudahafiz, şah, xudahafiz!” deyə çıxıb Şeyx Zahid ziyarətgahına doğru gedərdilər. Aşura gecələrinin əsas ziyarətgahlarından biri məhz Şeyx Zahid türbəsi idi və bütün kəndlərin əzadarları məhz ora gedərdilər.

Aşura gecələrində əzadarlıq edənlərin dalınca nənələr dualar edərdilər ki, milislərə tuş gəlməsinlər. Amma belə gecələrdə həbs olunub on beş günlük iş alan kənd cavanları mütləq olurdu. Həbslər formal xarakter daşıyardı, həmişə kəndin ən xuliqan və tərbiyəsiz bir-iki adamını tutardılar ki, onları onsuz da heç kim ələmə yaxın qoymurdu. Aşura günü ehsanları üçün ərzaqları çox vaxt elə kolxoz sədrləri, sovxoz direktorları xəlvətcə göndərərdilər.

 

Bunlar mənim uşaqlıq xatirələrimdir. Sovet məktəblisiykən gördüklərim, anladıqlarım, xatırladıqlarım.

Bəs indi?

Bu günün Aşurasında Lənkəranda yenə də evlərdə qadınlar toplaşan təkyələr varmı, deyə aramağa başladım.

Sən demə, varmış və hətta az da deyilmiş.

Düzdür, indi onlar gizli deyil, tamamilə aşkar şəkildə fəaliyyət göstərir, amma yenə də fərqi və bənzərliyi görmək ümidi ilə bir neçəsini görmək üçün yollandım.

 

Bala Şürük kəndindəki Vəcihə xalanın evinə getdim. Buranı anam məsləhət gördü, dedi, hələ Sovetdən qabaq orada təkyə olub, ta indiyə kimi.

Vəcihə xalanın həyətində eyni zamanda üç təkyə vardı. Biri özünün yaşadığı balaca evdə, ikisi də oğlanlarının evlərində.

Maşınlar qapıda dayanır, qadınlar gəlib ziyarət edir, nəzirlərini qoyub, niyyətlərini edib başqa ziyarət ünvanlarına yollanırdılar.

– Yaşım neçədir, qəti yadımda deyil, nə bilim, bəlkə doxsana yaxındır, – deyir, – bəlkə də çox. Onu bilirəm ki, on üç yaşında ərə getmişəm. Çox gözəl olmuşam, ona görə.

Mənə cavanlıq fotosunu göstərir. Ağlamsınır: “ Gör indi nə günə qalmışam” deyir, məni qucaqlayır, xahiş edir tez-tez gedim ona dəyim.

Biləsuvardan qonaq gəlmiş qızı şəkil çəkmək üçün icazəni belə bəhanəylə alır:

– Səni qəzetə çıxaracaqlar, hamı görəcək, yardım edəcəklər sənə, bəxtin gətirib, – deyir və gülür.

Otağın küncündə eynən uşaqlıq xatirələrimdəki kimi qara örtüklü masa, su qabı, Ələm və imam şəkilləri görürəm.

– Bu ələmlər də qədimdir, – deyir, – oğlumun evindəki təkyə üçün verdiyim ələm isə Kərbəlada gətirilib. Hələ yüz ildən də çox vaxt bundan qabaq bu ocağın yiyəsi gətirib. Bir ələm, bir innab ağacı. Ağacdan bir bizim həyətdə var, bir sizdə, bir də Həzi Aslanovun ata həyətində. Kökü bizimkindən aparılanlardı, hər yerdə bitmir onlar.

 

– Bura uzaq-uzaq yerlərdən adamlar gəlirmiş, şəfa tapırlarmış, niyyətlərinə çatırlarmış. Taxçada qeybdən işıq yanırmış axşamlar, ceyranlar gəlib düzülürmüş qapıda, hamı görürmüş, hamısı da qeybdən tapılıb itirmiş, – deyir qızı.

Elə hey mənə maraqla baxan balaca qızlara baxıb özümü da o yaşda hiss edirəm bir anlıq, hələ sanki nənəm də yanımdaymış kimi.

Sağollaşıb çıxıram.

Kəndin başındakı qəbiristanlıq tərəfdə də adam sıxlığı görürəm.

Məhəllə qapısında kənd cavanlarını başına yığıb söhbətləşən ortayaşlı kişidən “orda da təkyəmi var?” soruşuram.

– “Əli ayağı”nı ziyarət eləyirlər, – deyir, – bütün kənd Aşuradadır.

– Bu uşaqlar niyə belə saqqallıdırlar hamısı, Məhərrəmliyə görə? – soruşuram.

– Yox e, pulları yoxdu dəlləyə getməyə avaraların, – gülür, – ülgüc almağa da yoxdu. Amma bax bu ikisi evlidi artıq, bu ikisi nişanlıdı, bu biri də bir ildir Rusiyada bir nənəylə evlənib, bir ildə uşaqları oldu, indi də on illik deportasiya eləyiblər, hamısı boş-bekar oturub dədələrinin çiyninə.

Cavanlar da gülürlər. Bircə ən gənci etirz edir: “Yox, nə pul, mən inanclıyam e.”

 

“Əli ayağı” deyilən yerə gedirəm.

Qəbiristanlığın içində, balaca bir daş daxmada qadınlar oturublar. Qəbirlərin arasıyla dəstə-dəstə qadınlar gəlirlər ziyarətə, hamısı qara örtüklü masanın üstündəki sudan içir, ələm yaylıqlarına pul bağlayır. Bu masanın üstündə iki daş da var, üzərlərində çökük ayaq izləri. Bu çökük izlərin içinə adamlar nəzir pulları qoyurlar.

– Bu daş çaydan peyda olub, – deyir ocağın yiyəsi Mirxanım xala, – Həzrət Əli buralara gələndə, çaydan keçirmiş, ayağını bu daşın üstünə qoyub keçəndə, izi qalıb. İmam Əli hardan keçsə, ayağının izi mütləq qalardı axı. Kaş gecə görəydin burda səhərədək nə qədər adam vardı, qızım, bu gecə də gələcəklər, istərsən, qal.

– İstərdim, amma getməliyəm, – deyib sağollaşıram.

Daxmadan çıxanda balaca bir qızın bir küncə qısılıb ağladığını görürəm.

– Nə olub? – soruşuram.

– Barmağımı arı sancdı, – deyir.

– Yu, gedər, – deyirlər ona qadınlar, – ağla, ağlamaq savabdı bu gün.

 

Mən qəbirlərin arasından birtəhər dar cığırı tapıb küçəyə çıxıram.

Küçələr adamla doludur bu gün.

Kəndlərdə də, rayon mərkəzində də hamı Aşuradadır.

Başqa təkyələr də var, çoxdur.

Şəkil çəkməyə icazə vermirlər.

Mən bildiyim qədərilə, Həzrət Əlinin böyük heykəli olan bir qadın təkyəsi də olmalıdır buralarda. Sahibəsi həyatını ibadətə və Əliyə həsr etmiş gözəl, savadlı, tərkidünya bir xanımdır. Amma tapa bilmədim onu, ünvanı dəqiq deyən olmadı.

Evə döndüm.

Çəkdiyim şəkilləri kompüterə köçürüncə, bu yazını hazırlayınca axşam düşdü.

Bu gecə Şami-qəriban gecəsidir.

İmamların şəhadətindən sonra onların doğmalarının zülmətdə əsir qalıb ağladıqları gecə.

Mən uşaq olanda getdiyim gizli təkyələrdə bu gecəyə “Vaveyla gecəsi” deyirdilər nənələr.

İşıqları söndürüb, qaranlıqda imamlar üçün hönkür-hönkür ağlayardılar…

 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles