“Milli Ön”ün qenimleri tutuldu

16:23 xeber – Goranboy rayonunda ödəmə terminalını oğurlayan şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinə rayon sakini İftixar Yusifova məxsus mağazadan içərisində 3036 manat olan “Milli Ön” ödəmə terminalını oğurlanması barədə şikayət daxil olub. Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri-Elşən Qurbanov, Vaqif Hüseynov və İlkin Şıxıyev tutulublar.

Aparılan araşdırmalar zamanı onların əvvəllər də məhkum olduqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Bir müddət əvvəl də paytaxtda Suzanna Şərifovaya məxsus mağazadan içərisində pul olan “E-manat” ödəmə terminalını, Lökbatan qəsəbəsinin ərazisində quraşdırılmış “Milli Ön” ödəmə terminalından pul talan edən şəxslər saxlanılmışdı.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərin-Qızıldaş qəsəbə sakinləri İlkin Mustafayev, Qurban Şəbiyev və Aqil Qasımov olduğu müəyyən edilmişdi. Onlar müxtəlif vaxtlarda Füzuli Sadıqova məxsus mağazadan tütün məmulatı və sərinləşdirici içki, habelə oradakı 2 ədəd “E-manat” ödəmə terminalından pul, Araz Məmmədova məxsus mağazadan pul, tütün məmulatı oğurlamaqda şübhəli bilinirdi.

mənbə :
anspress

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir