Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

Sefir: "Bakıda Fransa komandasının fite basılması meni şoka saldı”

Səfir: "Bakıda Fransa komandasının fitə basılması məni şoka saldı”

26/10/2015

16:40


26.10.2015 / 16:35 xeber –

Fransanın Azərbaycanda səlahiyyət müddəti başa çatmış səfiri Paskal Mönyenin APA-ya müsahibəsi

 

– Artıq Azərbaycanda diplomatik missiyanız başa çatıb. Azərbaycanda səfir olduğunuz müddətdə ən böyük uğurlarınız nə olub?

 

– Mən etmək istədiyimə nail olduğumu düşünürəm. Zənnimcə, ölkələrimiz arasında qarşılıqlı anlaşmanı dəyişməyə nail ola bilmişəm. Düşünürəm ki, Fransa və Azərbaycan bir-birini dost və strateji tərəfdaş olaraq görürlər. Azərbaycana 2012-ci ilin mayında gəlmişəm və bura gələnlərin əksəriyyəti kimi, ölkənin iqtisadi inkişafı, artımı, əhalinin istəkliliyi, eləcə də gənc insanların daha da irəliləmək üçün təhsillərini artırmaq həvəslərinə heyran qalmışam. Çox dinamik ölkə ilə rastlaşdım. Dəyişən məsələlərə toxunmaq istəyirəm. Belə ki, 2012-ci ildə FİFA U-17 Qadınlararası Dünya Çempionatının finalına baxmağa getmişdim. Prezident İlham Əliyev və Mişel Platini də orada idilər. Finalda Şimali Koreya ilə qarşılaşan Fransa komandası qalib gəldi. Lakin hər dəfə şok olduğum hadisə ondan ibarət idi ki, şimali koreyalılar qola yaxınlaşanda stadiondakı tamaşaçılardan alqış səsləri eşidilirdi. Fransa komandasında eyni situasiya olanda isə fit səsləri gəlirdi. Bu, mənə qəribə təsir bağışlayırdı. Bunun niyə belə olması məni maraqlandırdı. Niyə belə hiss bəslədikləri barədə soruşdum. Və mənə Fransanın Minsk Qrupunda ədalətsiz mövqe tutması, Ermənistana meylli olması, Azərbaycana kifayət qədər hörmətlə yanaşmaması düşüncəsinin hakim olduğunu səbəb göstərdilər. Lakin bu, həqiqət deyildi. Ona görə də belə qərara gəldik ki, bunun həqiqət olmadığını insanlara göstərək.

 

Mən münasibətlərimizin xüsusi səviyyədə intensivləşdirilməsi istiqamətində fəal çalışdım. Fəaliyyətə başladığım müddətdən prezidentlərimiz ildə azı iki dəfə görüşüblər. Prezident Fransua Olland iki dəfə Bakıya gəlib. İlham Əliyev də iki dəfə Parisdə olub. Və onlar beynəlxalq konfranslar çərçivəsində də görüşüblər. Bu, çox mühüm məsələdir. Əminəm ki, hazırda ölkələrimiz arasında qarşılıqlı etimad var. Mən, həmçinin, şirkətlərimiz arasındakı əlaqələri inkişaf etdirməyə çalışdım. Çünki konkret addımlar atmadan strateji tərəfdaş olduğunu deyə bilməzsən. Biz yüksək texnologiyalar, kosmik, peyk, nəqliyyat-qatarlar, metro və digər sahələrdə seçilən fransız şirkətlərini cəlb etdik. İnsanlar arasında da güclü münasibətlər qurmağa nail olduq. Təhsil sahəsində fəal əməkdaşlıq edirik. Bilirsiniz ki, Azərbaycanda fransız məktəbi fəaliyyət göstərir. Və hər iki prezidentin iradəsinə uyğun olaraq Fransa-Azərbaycan Universitetinin yaradılmasını planlaşdırırıq. Beləliklə, qeyd etdiklərimin əsas nailiyyətlər olduğunu düşünürəm. Düşüncənin dəyişməsi münasibətlərin də dəyişməsidir. Mən bura gələndə münasibətlər pis deyildi.

 

– Bəlkə, münasibətlərdə bir az sərinləşmə var idi?

 

– Bəlkə də bir az elə idi. Çünki həmin vaxtı Fransa parlamentində erməni soyqırımını inkar edənlərin cəzalandırılması ilə bağlı müzakirələr aparılırdı. Bu isə Türkiyə və Azərbaycanda etirazlara səbəb oldu. Qanun Fransa Konstitusiya Məhkəməsi tərəfindən anti-Konstitusion elan edildi, ona görə də bu qanun artıq kənara qoyulmuş bir layihədir. Bu məsələyə burada belə həssas münasibəti anlayıram. Əsas diqqət yetirdiyim məsələ Azərbaycan və Ermənistana eyni dərəcədə dost olduğumuzu izah etməyə çalışmaq oldu. Biz Minsk Qrupunda həmsədrlərdən biriyik. Ermənistanla yaxşı münasibətlərimiz var. Çünki Fransada yüz minlərlə erməni yaşayır, onlar bizim cəmiyyətin bir parçasıdır. Bizim prezidentimiz soyqırımın ildönümünü qeyd etmək üçün Ermənistana getmişdi. Lakin bu, o demək deyil ki, biz Türkiyəni sevmirik. İyul ayında Bakıda ticarət əlaqələri, iqtisadi sahədə əməkdaşlığın inkişafını nəzərdə tutan Franko-Türk-Azərbaycan seminarı təşkil etmişdim. Biz Azərbaycanla bir çox sahələrdə əlaqələri inkişaf etdirmişik. Düşünürəm ki, hər iki ölkə ilə onların narahatlıqlarını nəzərə alaraq və güzəştə nail olmalarına yardım edərək dost ola bilərik. Hazırda hamı cəbhə xəttində baş verən gərginlik hallarına görə narahatdır. Dünyada kifayət qədər qeyri-stabillik var. Biz isə regionda yenidən gərginliyin artmasını arzulamırıq. Bildiyimiz kimi, həmsədrlər gələn həftə Azərbaycana gələcəklər. Burada hakimiyyət nümayəndələri ilə danışıqlar aparılacaq. Ən vacib məsələ dialoqun yenidən bərpa olunmasıdır. Münaqişə uzun müddətdir davam etdiyi üçün Azərbaycanın məyusluğunu anlayıram. Əsas məsələ odur ki, müharibə olmasın. Lakin buna baxmayaraq, hər iki tərəfdən ölüm hallarını tez-tez eşidirik. Bacardığımız qədər gərginliyin azaldılmasına çalışırıq. Düşünürəm ki, hər iki ölkə və liderlər başa düşürlər ki, hazırkı vəziyyət onların marağında deyil. Çünki Ermənistan nöqteyi-nəzərindən regionun iqtisadi inteqrasiyasında iştirak etməmək respublikanın əhalisinə də fayda vəd etmir. Zənnimcə, onlar da bunun fərqindədirlər. Əgər irəliyə doğru inkişaf istəyiriksə, hərəkət etmək lazımdır. Ümid edirik ki, ABŞ, Rusiya və Fransanın köməyi ilə hər iki lider irəliyə doğru addım ataraq qarşılıqlı güzəştə razı olacaqlar. Bu, bizim arzumuzdur.  

 

– Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağın Ermənistanın ayrılmaz tərkib hissəsi olması barədə bəyanat verib. Buna münasibətiniz?

 

– Düşünürəm ki, başqa ölkənin prezidentinin fikrini şərh etmək Fransa səfirinin vəzifəsinə aid deyil. Mövqeyimiz budur ki, biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Minsk Qrupunun həmsədr ölkəsi kimi biz çalışırıq ki, bu uzunmüddətli münaqişə həllini tapsın. Bizim bu barədə mövqeyimiz dəyişməzdir. 

 

– ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağmünaqişəsinin həllinə nail olmaq üçün hansı addımları atmalıdırlar?

 

– Onlar 20 ildən çoxdur ki, bunun üçün çalışırlar. Əlbəttə, onlar hər zaman eyni insanlar olmayıblar. Bütün dövrlərdə çalışan yalnız Anjey Kaspşik olub. Zənnimcə, hər iki tərəf kompromis elementlərini bilir. Məsələ bəzi ərazilərdən qoşunların çıxarılması və Dağlıq Qarabağın statusu ilə bağlıdır. Çətin olan məsələ hər iki tərəf üçün qaneedici yol xəritəsi tapmaq və onu həyata keçirməkdir. Düşünürəm ki, Minsk Qrupunun əsas rolu yol xəritəsinin həyata keçirilməsi üçün şərait yaradılmasıdır. 2014-cü ilin oktyabrında Fransada keçirilən sammitdən sonra bizim ümidlərimiz artmışdı. Çünki hər iki prezident onlar üçün qəbuledilən sayılan yol xəritəsi ilə bağlı razılaşdılar, lakin gərginlik yenə artdı. Gərginlik olduğu halda isə yol xəritəsini həyata keçirmək mümkün olmur. Ən vacib məqam etimad yaratmaqdır. Beləliklə, Minsk Qrupunun rolu kompromis elementlərini bir araya gətirməkdir. Ümid edirəm ki, onlar buna müvəffəq olacaqlar.

 

– ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfəri başlayıb. Sizcə, bu səfər danışıqlar prosesini irəli apara bilərmi?

 

– Münaqişə və gərginlik olanda ən pis hal danışıqlar aparmamaqdır. Əgər danışıqlar aparılmasa, istənilən hərəkət yanlış anlaşıla bilər. Ona görə düşünürəm ki, cəbhə xəttində və təmas xəttində vəziyyət nə olursa olsun, həmsədrlərin gəlib insanlarla görüşməsi, dialoqu bərpa etməyə çalışması müsbət haldır. Lakin nəticədə onlar vasitəçilərdir, hər iki tərəfi dinləyərək qarşılıqlı güzəştə hazırlayırlar. Nəticə isə tərəflərdən asılıdır. Biz etimad quruculuğu barəsində ideyalar səsləndirmişik, Qırmızı Xaç Komitəsinin rolunu vurğulamışıq, çünki münaqişə nəticəsində insanların yaxınlarından xəbər almaları vacibdir. Bundan başqa, bizim prezident tərəfindən konkret təkliflər səsləndirilib. Bizim prezident onun üzərində çox çalışıb. Ona görə bundan sonrakı proses tərəflərdən asılıdır. Onlar yol xəritəsi üzrə razılığa gəlməlidirlər. Biz qərarverici deyilik. Həmsədrlər institutu Ermənistan və Azərbaycana sanksiya tətbiq edə bilməz. Minsk Qrupu peşəkar diplomatlardan ibarətdir. Son nəticədə isə qərarı tərəflər qəbul edəcək.

 

– 2015-ci il üçün Azərbaycan-Fransa ikitərəfli münasibətlərini necə qiymətləndirirsiniz?

 

– Düşünürəm ki, irəliləyən istiqamət üzrə inkişaf edir. İkitərəfli münasibətlər üzrə rəqəmlərə baxdığımız zaman enmələr və qalxmalar görə bilərik. Deməliyəm ki, ötən ilin dekabrına kimi iqtisadi əlaqələrdə güclü artım mövcud idi. Ölkələrimiz arasında qarşılıqlı ticarət o qədər də yüksək deyil, 1,5 – 1,7 milyard avro arasında dəyişir. Biz Azərbaycan neftinin əsas alıcılarındanıq. Biz “Şahdəniz” yatağından hasil olunacaq qazın da ən iri alıcısı olacağıq. Beləliklə, enerji sahəsində əməkdaşlığımız yaxşı inkişaf edir.  Bundan başqa, əsasən nəqliyyat, təyyarə ixracı sahəsində əlaqələrimiz normal inkişaf edir. Azərbaycana 2 “Airbus” satmışıq. Metro, qatarların ixracı sahəsində əməkdaşlığımız var. Belə ki, Azərbaycana 50 lokomotiv göndərilməsi barədə razılığa gəlmişik. Lakin neft böhranından sonra Azərbaycan iri infrastruktur layihələrini dondurmaq qərarına gəldi. Halbuki metro sahəsinə kifayət qədər maliyyə yatırılmışdı. Bu yaxınlarda oxudum ki, prezident İlham Əliyev metro infrastrukturunun inkişafının mühüm əhəmiyyətə malik olduğu barədə fikir bildirib, büdcədən buna vəsait ayrılacağı deyilir. Ona görə də bu sahənin canlanacağını düşünürəm. Bu, mənim təəssüf hissi keçirdiyim məqam olmuşdu, çünki prezidentin ilk səfəri zamanı memorandumlar imzalanmışdı və çox intensiv əməkdaşlıq mövcud idi. Sizin metro Fransa metrosuna bənzəyəcək. Bilirsiniz ki, Fransa yeraltı nəqliyyatına görə çox məşhurdur. Əminəm ki, bu sahədə əməkdaşlıq yenə davam edəcək. Ola bilər, büdcə çatışmazlığı səbəbindən bir az zəifləyib, lakin davam edəcək. 

 

– İlin sonunadək Fransadan yüksək səviyyəli rəsmilərin Azərbaycana gəlişi gözlənilirmi?

 

– Oktyabrın 27-də yeni səfir Aurelia Bouchez gələcək. O, bura gələcəyi üçün çox həvəslidir, hazırlıqlıdır. Əvvəl Avropa İttifaqının Qazaxıstandakı səfiri vəzifəsində çalışıb. Biz onunla yaxşı dostuq. Düşünürəm ki, o, bizim münasibətlərimizi daha da irəliyə aparmaqdan məmnun olacaq. Ola bilsin, prezident İlham Əliyev noyabrda Fransaya səfər etsin. Bildiyimiz kimi, Fransa “COP 21” sammitinə ev sahibliyi edəcək. Bu, iqlim dəyişikliyi barədə çox önəmli konfransdır. Prezident İlham Əliyevə də dəvət göndərilib və bir qayda olaraq İlham Əliyev Fransaya səfər etdikdə prezidentlər arasında görüş olur. Biz bütün dünya liderlərini, eləcə də qeyri-hökumət təşkilatlarını dəvət etmişik. Çünki düşünürük ki, əgər iqlim dəyişikliyi ilə mübarizədə uğur qazanmaq istəyirsənsə, sivil cəmiyyət bu məsələdə birləşməli, insanlar davranışlarını dəyişməlidirlər. Misal üçün, Azərbaycanda biz enerji səmərəliliyi barədə hakimiyyət nümayəndələri və şirkətlərlə danışıqlar aparırıq. Eyni zamanda, tullantıların idarə edilməsi məsələsində də əməkdaşlığı davam etdiririk. Azərbaycan buna kifayət qədər açıq olan ölkədir. Bu, yaxşı istiqamətdir. Noyabrın sonlarında – ayın 26-27-də Fransanın ərazi vahidləri və şəhərlər üzrə məsul şəxsi Andre Valininin Azərbaycana səfəri gözlənilir. Artıq iki ildir ki, biz şəhərlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmişik. Bu, Parisdəki həmkarım Elçin Əmirbəyov və mənim dəstəyim sayəsində mümkün olub. Beləliklə, hər iki tərəfdən müxtəlif şəhərlər arasında münasibətlər qurulub. Misal üçün, Şəki ilə Kolmar şəhərləri arasında güclü münasibətlər mövcuddur. Kolmar şəhəri fransız dilində oxuyan uşaqlar üçün kitablar təklif edib. Eyni zamanda, Muze ilə məşhur dağ xizək turizm zonası olan Qusar arasında güclü əlaqələr mövcuddur. Bununla yanaşı, Gəncə və Burqundiya arasında dostluq əlaqələri qurulub. Bordo Universitetinin rektoru Azərbaycanda olmuşdu. Bu sahədə bizim münasibətlərimiz çox güclüdür. Və biz onları konkret struktura salmaq istəyirik. Beləliklə, şəhər rəhbərlərinin səfərlərinə şərait yaratdıqca, təhsil, mədəniyyət, iqtisadi əlaqələr də genişlənir. 

 

– Azərbaycan və Avropa İttifaqı arasındakı hazırkı münasibətlər Fransa-Azərbaycan münasibətlərinə necə təsir göstərə bilər?

 

– Maraqlı sualdır. Fransa Avropa İttifaqının tərkib hissədir və ittifaq daxilində mühüm rol oynayır. Avropa İttifaqı institutları mürəkkəb quruluşa malikdirlər. Avropa parlamentlərinə seçilən üzvlər öz düşüncələrini dilə gətirirlər. Hökumətlərin parlamentlər üzərində o qədər də “rıçaqları” yoxdur. Bu, Fransada da baş verir, belə ki, parlament üzvləri özləri təşəbbüs qəbul edirlər. Bu isə onların hüququ və azadlığıdır. Bəzən onların təşəbbüsləri Azərbaycanı razı salmaya bilər. Çünki onlardan bəziləri Dağlıq Qarabağa səfərlər edir. Lakin bu təşəbbüslər bizim hökumətin mövqeyini əks etdirmir. Avropa Parlamenti qətnamə qəbul edib və bu, Avropa İttifaqı ilə Azərbaycan arasında böhran yaradıb. Lakin hesab edirəm ki, Avropa İttifaqı və Azərbaycanın marağında olan məsələ stabil və artan inkişafa olan maraqdır. Fransa olaraq bizim istəklərimizAvropa İttifaqının istəkləri ilə üst-üstə düşür. Hər ikimizi  stabil və çiçəklənən Azərbaycan görmək istəyirik. Azərbaycan qədim ənənələri olan ölkədir və çətin qonşuluqda yerləşir. Biz Azərbaycanın müstəqilliyini və çiçəklənməsini dəstəkləyirik. 

 

– Yəni bu məsələ Fransa-Azərbaycan münasibətlərinə təsir etməyəcək? 

 

– Avropa İttifaqı-Azərbaycan münasibətlərinin əsasında duran çətinliklər hamıya yaxşı məlumdur. Sizin nöqteyi-nəzərinizdən, Avropa İttifaqıAzərbaycanın ərazi bütövlüyünü yetəri qədər dəstəkləmir. Biz tərəfdən isə düşünürük ki, Azərbaycan iqtisadi idarəetmə, korrupsiyaya qarşı mübarizə, ifadə azadlığı sahəsində daha sürətli inkişafa nail olmalıdır. Ona görə də zənnimcə, hər iki tərəf bu məsələlər ətrafında görüşməli və həll yolu tapmalıdırlar. Prezident Əliyevin korrupsiyaya qarşı mübarizəni prioritet saydığı və bu sahədə “ASAN xidmət” nümunəsində uğurların olmasından məlumatlıyam. Biz də təlimlər formasında dəstək göstərməyə davam edirik. Düşünürəm ki, bu, çox müsbət istiqamətdir və korrupsiyaya qarşı mübarizədə uğur qazanılacağına əminəm. 

 

– Diplomatiya sahəsində gələcək planlarınız nədir?

 

– Gələcək planlarım deyəndə ilk olaraq Parisə qayıdıb bir az məzuniyyət götürmək istəyirəm. Çünki çox intensiv işlədiyim üçün yorğunam. Fransada səfirlər üçün yenidən səfir kimi fəaliyyəti davam etdirmək üçün müraciət edə biləcəyimiz bir prosedur mövcuddur. Mən də yeni səfir vəzifəsi üçün müraciət edəcəyəm. Hansı ölkə olacağını indidən demək çətindir, çünki proses kifayət qədər mürəkkəbdir. Belə ki, öncə bu barədə arzunu çatdırırsan, nazirlik hər hansı post üçün namizədləri seçir, hökumət tərəfindən qərar verilir, daha sonra isə qarşı ölkənin razılığını almaq lazım olur. Dediyim kimi, kifayət qədər uzun prosesdir. Bir neçə ay vaxt ala bilər. Nə qədər təmkinli olsan, arzuladığın vəzifəyə getmək üçün daha çox şansın olar.

mənbə :
lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles