Azadliq.az
Azərbaycan Xəbərləri








Azadliq » Xeberler» Xeber

İran Suriya danışıqlarına devet aldı

İran Suriya danışıqlarına dəvət aldı

28/10/2015

00:48


28.10.2015 / 00:44 xeber –

Rəsmi Tehran Suriyadakı böhranın nizamlanmasına dair bu həftə keçiriləcək yeni çoxtərəfli görüşdə iştirak etmək üçün dəvət alıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Associated Press” məlumat yayıb.

 

Agentliyin məlumatına görə, Suriya üzrə yeni beynəlxalq məsləhətləşməni oktyabrın 29-da Vyanada keçirmək planlaşdırılıb. İran dəvətə hələlik heç bir cavab verməyib. Görüşdə Rusiya, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İordaniya, BƏƏ-nin  XİN rəhbərlərinin iştirak edəcəyi gözlənilir.    

 

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Con Kirbi bir müddət sonra İranın görüşə dəvət almasını təsdiqləyib.   

 

“Mən İranı bizim tərəfdaş adlandırmazdım, lakin o dəvət alıb”, deyə Kirbi bildirib. “Dəvəti qəbul edib-etməmək onların öz işləridir”, deyə o qeyd edib.  

mənbə :
lent.az


Copyright © 2018. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website