06:42 xeber – Türkiyədə İstanbul, Sakarya və Konya olmaqla ümumilikdə 5 şəhərdə anti-terror əməliyyatları keçirilib. Azadlıq.az xəbər verir ki, anspress-in yerli bürosunun Türkiyə Daxili İşlər Nazirliyinin Mətbuat Mərkəzindən əldə etdiyi məlumata görə, Konya şəhərində keçirilən əməliyyatlar zamanı 25 İŞİD terrorçusu Terrorla Mübarizə şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu şəhərdə böyük miqyaslı terror aktı törətməyə hazırlaşan terrorçuların arasında 2 nəfər azərbaycanlı da olub. Hələlik şəxsiyyətləri məxfi saxlanılan azərbaycanlı terrorçular bəzi hüquqi proseslərdən sonra Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil veriləcəklər.
Ötən gecə Türkiyədə bu istiqamətdə 6 saata yaxın davam edən anti-terror əməliyyatları zamanı 97 nəfər Terrorla Mübarizə şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.
Bu il oktyabr ayının 10-da Türkiyənin paytaxtı Ankarada 102 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra başladılan istintaqda izlər bu hadisədə İŞİD terror qruplaşmasının əli olduğunu göstərirdi. Hazırda Türkiyə Daxili İşlər Nazirliyi Terrorla Mübarizə şöbəsi əməkdaşlarının İŞİD qruplaşmasına qarşı əməliyyatları davam edir.
mənbə :
anspress
Şərh yaz.