11:20 xeber – Biləsuvarda 24 yaşlı qız intihara cəhd edib.
Biləsuvar Mərkəzi Rayon Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, şəhər sakini, 1991-ci il təvəllüdlü Ramilə Hüsü qızı Rüstəmova intihar məsqədi ilə sirkə turşusu içib. Ailə üzvləri hadisəni bilib və qızı dərhal rayon xəstəxanasına çatdırıblar. Ramilə Rüstəmovaya dərhal həkimlər tərəfindən lazımı tibbi yardım göstərilib.
Hazırda vəziyyəti orta-ağır olaraq qalır.
Faktla bağlı Biləsuvar Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.
Oktyabr ayının 19-da Samux rayonunda da intihara cəhd hadisəsi baş verib.
Rayonun İnstitut qəsəbəsi, Tağıyev küçəsində yaşayan 1988-ci il təvəllüdlü Günel Sakit qızı Qəmbərova yaşadığı evdə siçan dərmanı içib. Onu ailə üzvlərinin köməyi ilə dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıblar. Ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti normallaşmışdı.
mənbə :
anspress
Şərh yaz.