Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

Günel Seferova: “Seçicilerime birce ved veririem” – NAMİZƏDİN BİR GÜNÜ

Günel Səfərova: “Seçicilərimə bircə vəd veririəm” - NAMİZƏDİN BİR GÜNÜ

29/10/2015

15:52


29.10.2015 / 15:49 xeber –

Parlament seçkilərinə sayılı günlər qalmış “125-lər” Siyasi Klubunun sədr müavini, 21 saylı Nəsimi seçki dairəsindən deputatlığa namizəd Günel Səfərovanın seçki qərargahındayıq. 30-a yaxın könüllü çay süfrəsi ətrafında toplaşıb. Bu gün görəcəkləri işləri müzakirə edirlər. Müzakirəyə mane olmamaq üçün gözləyirik. Son təlimatları da alıb könüllülər Günel Səfərovanın adı yazılmış gödəkcələri də geyinib əraziyə çıxırlar.

 

 

Biz isə Günel xanımla söhbətləşirik. Deyir, onun təbliğat və təşviqat kampaniyasında 300-ə yaxın könüllü çalışır.

 

 

– Ərazimdə 305 bina var. Cavad xan, Hüseyn Seyidzadə küçəsində bir az zəif işləmişik. Ola bilər ki, bir məhəllədə altı bina var, biz onlardan dördünün qapısını döymüşük. Bayaq elə könüllülərlə onları müəyyənləşdirdik. Hazırda könüllülər həmin binalarda təbliğat aparmağa getdilər. Bizim könüllülər bukletləri qapıya qoyub getmirlər. Heç kəsin kampaniyasına qarışmaq niyyətim yoxdur. Amma bunu qeyd etmək istəyirəm ki, qapıya buklet qoymaq o qədər də effektli deyil. Bizim könüllülərimiz bəzi namizədlərin yerlərdə atılmış broşur və təqvimlərini toplayıb təkrar qapılara qoyublar. Biz istəyirik ki, döydüyümüz qapı üzümüzə açılsın. Qapı açıldısa, artıq içəri girmək şansımız var. Seçicinin fikrini dəyişmək mümkündür. İçəri girdinsə, seçici sənindir. Bukletin evə keçməyi namizədin evi keçməyi deməkdir. Ən azından bukletin arxasında yazılan namizəd haqqındakı qısa məlumatı oxuyacaqlar. Mənim haqqımda yazılanları oxuyan seçici yüz faiz mənə səs verəcək. Bizim könüllülər getdikləri evlərə mənim əlaqə nömrəmi verirlər. Bukletdə mənim telefon nömrəm yazılmayıb. Lakin biz əlavə kağızlar çap eləmişik. Orda mənim əlaqə nömrəm yazılıb. Onu təqvimlə birgə seçicilərə paylayırıq. Onlar birbaşa mənimlə əlaqə saxlaya bilirlər. Bu da seçicilərdə inam yaradır. Artıq çoxsaylı zənglər də gəlir. İnsan zəng edir, mənimlə danışır, maraqlanırlar. Millət vəkili özü elə vasitəçidir. Onunla seçiciləri arasında əlavə bir vasitəçinin olmamalıdır. Mən belə düşünürəm.

 

 

Söhbət edə-edə hazırlaşırıq. 21 saylı Nəsimi seçki dairəsindən deputatlığa namizəd Günel Səfərovanın “Kanal 13”-ə dəvət ediblər. 14:00-da kanalda olmalıdır. Bu görüşdə ona yoldaşlıq edirik.

 

Qeyri-Hökumət Təşkilatının Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində hazırlanan verilişdə seçki ərəfəsində vəziyyətlə bağlı söhbət aparılır.

 

 

Yarım saatlıq verilişdən sonra Günel Səfərovanın seçicilərlə görüşü var. Hava yağışlı olduğundan seçicilər evdə toplaşmağı təklif edirlər. Burada da çay süfrəsi ətrafında 21 saylı Nəsimi seçki dairəsindən deputatlığa namizəd Günel Səfərova seçiciləriylə görüşür. Söhbət əsasən onlar problemi ilə başlayır. Ərazidə asfalt örtüyünün tamamən yararsız hala düşməsindən, binaların bloklarının qapısız və natəmiz olmasından, həyətdə uşaqlar üçün meydançanın olmamasından narazılıq etdilər. Əvvəlki deputatlar onlara çox vədlər versələr də, yerinə yetirmədiyindən millət vəkillərinə inamı qalmadığını deyirlər.

 

 

 

Günel Səfərova onlara millət vəkilinin seçicilər qarşısında öhdəliklərini sadalayır.

 

 

– Yol çəkmək, bina təmir etmək millət vəkilinin işi deyil. Əgər kimsə sizə belə bir vəd versə, bilin ki, yalan deyir. Ancaq şəxsi vəsaiti hesabına kimsə bunu edə bilər. Mən sizə yalan vədlər verməyəcəm. Mən sizin problemlərinizi lazımı instansiyalara çatdıracam. Sizə söz verirəm ki, seçilsəm növbəti beş il ərzində sizin yanınızda olacağam. Sizin problemlərinizi həll etmək üçün nə lazımdırsa, edəcəyəm. Bir dəfə yox, problem həll olana qədər arxasınca gedəcəyəm. Mən də sizlərdən biriyəm. Villada yaşamıram. Sizin kimi bina evində yaşayıram. Binalardakı problemlərdən, insanların sosial vəziyyətindən xəbərdaram.

 

Bəzi seçicilər görüşə iş arası qaçaraq gəldiyindən xanım namizədlə daha ətraflı söhbət eləmək üçün axşam işdən sonra qərargaha gələcəklərinə söz verib gedirlər.

 

G. Səfərova seçicilərlə bir qədər də söhbət etdikdən sonra qərargaha qayıdırıq. Burada onu könüllülər gözləyirdilər. Onlar növbəti əraziyə getməzdən əvvəl yeni təlimatlar alıb, ərazidə görüşdükləri seçicilərin Günel Səfərovaya etimadlarını yetirirlər. Qərargahda yarım saatlıq məşvərət etdikdən sonra könüllülər təkrar ərazilərə yollanırlar.

 

 

– Seçki öncəsi təbliğat-təşviqat kampaniyasının bitməyinə çox az qalıb. Daha nə etmək olar?

 

-2015-ci ilin seçkiləri qeyri-adi təbliğatla yadda qalan bir şey yoxdu. “Kanal 13”dəki veriliş imkan verdi ki, ən azından internet televiziyası vasitəsi ilə seçicilərə fikrimizi çatdıraq. Heyf ki, ənənəvi televiziya vasitəsindən istifadə etmək mümkün olmadı. Ödənişsiz efir vaxtı ayırmadılar. 2010-cu ildə parlament seçkilərində pulsuz efir vaxtındakı debatlar hələ də müzakirə olunur. O debatlarda həm hakim partiyanın namizədi olur, həm müxalifət, həm də bitərəflər. Düşünürəm ki, seçicinin aydın seçməsi üçün bu müzakirələr olduqca əhəmiyyətlidir. Mən ilk dəfə seçkilərə qatılıram. Hüquqşünasam. Kifayət qədər də ictimai sektorda tanınan biriyəm. 17 yaşımdan ictimai fəaliyyətdəyəm. Amma orta statistik azərbaycanlı üçün o qədər də tanınmış sima deyiləm. Çünki şou-biznesdən gəlmirəm, efir məkanından gəlmirəm, saysız-hesabsız verilişlərə çıxmamışam. 33 minlik seçicim var. Ancaq qapı-qapı gəzib buklet paylamaqla, görüşlər təşkil etməklə bütün seçicilərimi əhatə etməyə yetmir. Ödənişsiz efir vaxtının təmin olunsaydı çox yaxşı olardı. Ödənişli efir vaxtının da hədsiz baha olması, imkanları məhdudlaşdırdı. Ona xərclədiyim pula çox iş görmək olar.

 

 

 

– Seçicilərlə son görüşdən təəssüratınız necədi?

 

– O görüş mənim ən dar məkanda və ən az seçiciylə keçirdiyim görüş idi. Havanın yağışlı olması, üstəlik də iş saatı olduğundan adam az idi. Açıq havada olsaydıq, daha çox seçici toplaşacaqdı. Əsasən şənbə-bazar günü maksimum çalışırıq seçicilərlə görüşək və görüşmüşük də. Mənim yanaşmam bir az fərqlidi. Seçicilərimin ayağına mən gedirəm. Ona görə ki, onların səsi mənə lazımdır. Və mən beş ildə onlara onu sübut edəcəyəm ki, onlara məhz Günel Səfərova kimi millət vəkili lazımdır. Ondan sonra artıq özləri məni istəyəcəklər ki, gəl bir daha bizim ərazidən millət vəkili ol. Bundan əminəm! İndiki mərhələdə özümü tanıtmalıyam, nə iş bacardığımı göstərməliyəm. Görüşlərdə seçicilərin səsləndirdiyi fikirlər bu və ya digər formada oxşardır. Ərazidə çoxlu sosial, infrastruktur problemlər var. Bunlar həlli üçün insanlar ümid işığı axtarırlar. Ən sevindirici hal budur ki, seçkiyə heç bir inamı olmayan insan belə mənimlə yarım saatlıq söhbətdən sonra onların fikri tamamilə dəyişir və deyirlər, məhz sənə görə seçkidə iştirak edib sənə səs verəcəyik deyirlər. Əslində onlar inanmağa namizəd axtarırlar. Bir məsələni də xüsusi vurğulamaq istəyirəm. Heç bir partiyanın üzvi deyiləm. Olmaq fikrim də yoxdur. Ona görə yox ki, heç bir partiyanı bəyənmirəm. Partiyanın müəyyən prinsipləri, qaydaları var. Partiyadan öhdəlik götürmək, özümü məhdudlaşdırmaq istəmirəm. Seçicimin istədiyi müəyyən məsələni parlamentdə qaldırmaqda sərbəst olum. Bu da özbaşınalıq kimi başa düşülməsin. Sadəcə, özümü çərçivəyə salmaq istəmirəm. Ona görə də seçkilərə bitərəf namizəd kimi qatılmışam.

 

 

 

– Bayaq qatıldığınız verilişdə də bu haqda danışdınız.

 

 

 

– Mən elə bir namizədəm ki, dəstəkləyənlərimin arasında həm iqtidarda olan seçicilərim olacaq, həm də müxalifətdə olan, həm də bitərəf insanlar var. Nəticədə hər birimizin istəyi daha yaxşı Azərbaycan, daha yaxşı dövlət qurmaqdı. Mən inanıram ki, Azərbaycanda uzlaşmış mədəniyyət formalaşdırmaq, demokratiyanı pillə-pillə əldə etmək lazımdır. Demokratiya savaş, qışqırmaq meydanı deyil. Mənə görə demokratiya gözəl qanunlar, bu qanunları icra edən yaxşı qurumlar və əhlinin rifahının artmasıdır. Demokratiya mədəniyyətdir! Bunu formalaşdırmaq üçün çalışıram. Bəlli bir yaşa çatandan sonra təlimçilik fəaliyyətim mənə imkan verib ki, öz ideyalarımı yayım. Yetişdirdiyim  gənclər var. Onların əksəriyyəti indi yaxşı vəzifələrdə çalışırlar. Və hazırda əksəri mənim yanımdadı. Fiziki olaraq yanımda ola bilməyənlər də mənəvi dəstək olurlar. İnsan var ki, sosial şəbəkələrdə çıxışlarımı paylaşırlar, insan da var, səhərdən axşama kimi qərargahda könüllü olaraq çalışır. Hər ikisi dəstəkdir.

 

– Könüllülərinizin sayı nə qədərdi?

 

– Gündəlik əlliyə yaxın könüllü işləyir. Tərkib tez-tez dəyişir. Səhər növbəsi oxuyan var, günorta dərsə gedən var. Ümumilikdə 300-ə yaxın könüllü işləyir. Seçkilərdə müşahidəçilərin sayı 240 nəfərdir. Əlavə olaraq, Dairə Seçki Komissiyasından da 20-ə yaxın müşahidəçi olacaq. Əlbəttə ki, inanmayan insan vardı. Seçkilərlə bağlı neqativ fikirlər vardı. Bəziləri düşünürdülər ki, seçilən artıq seçilib. Mənimlə görüşdən sonra seçkiyə inamları artdı. Mən millət vəkili olum, ondan sonra namizədliyi irəli sürən gənclərə dəstək olacağam. Çünki mən özüm nə qədər çətinliklərlə rastlaşdım. Təcrübəmi onlarla bölüşəcəyəm. Məsələnin kökündə inam dayanır. Əminəm, inanıram və ümidim var ki, mən yaxşı millət vəkili olacağam! Bunu seçiciyə ötürəndə seçici də gəlib mənə səs verəcək. Əlbəttə ki, seçki saxtakarlığı istisna edilmir. 18 yaşımdan müxtəlif seçkilərdə beynəlxalq, yerli müşahidəçi olmuşam. Müəyyən saxtakarlıq faktlarını görmüşəm. Əlbəttə, mənim seçicim də sual verir ki, Günel xanım, biz gəlib sizə səs verəcəyik. Qutudan başqasının adı çıxsa, ondan sonra seçkilərə necə inanaq? Elə deyən insanların hamısını inandırıb seçkiyə gətirmək enerjimizi alsa da, bu bizim borcumuzdur. Elə etməliyik ki, seçki mühitini bir az canlandıraq. Bu ərazinin seçkidə aktivliyi aşağıdır. Seçkinin bu və ya başqa formada saxtalaşdırılması mənə yox, ümumi prosesə zərbə vuracaq.

 

 

– İndiyə qədər seçicilərinizlə neçə görüş keçirmisiniz?

 

 

– Yeddi böyük görüşüm olub. Bundan əlavə, iyirmiyə yaxın “Qapı-qapı” proqramı çərçivəsində məhəllə-məhəllə görüşlər etmişəm. Həmçinin, qərargahıma gələn seçicilərim də çox olur. Gündəlik otuzdan çox seçicini qəbul edirəm. Biri gedir gələn dəfə beşini gətirir, onunu gətirir. Növbəti görüş də bir azdan olacaq. Könüllülərim deyir ki, şəklimi görən seçicilər məni “facebook”dan tanıdıqlarını, ərazidə seçicilərlə görüşdə tanış olduqlarını deyirlər. Oktyabrın doqquzundan bu yana çoxlu uğur hekayələrim var. İçimdə bir əminlik var ki, seçkilərin qalibi olacağam. Öhdəmə düşün bütün işləri görmüşəm, seçicilərimlə işləmişəm, təbliğat aparmışam, seçicilərim “məni seçəcəklərini”, deyir. Düşünürəm ki, siyasi qərara bunlar təsir göstərəcək.

 

 

G. Səfərova gündəlik axşam 11-ə qədər qərargahda olur. Deyir, uşaqlarından bir aylıq icazə alıb.

 

– (Gülür) Amma onlara söz vermişəm ki, mən bu bir ayın əvəzini çıxacaq. Qızımın on iki, oğlumun yeddi yaşı var. Çalışıram ki, onlara da vaxt ayırım. Bu, müvəqqəti çətinlikdir. Həftə sonu bitəcək. Çox ağıllı uşaqlarım var. Qızımdan soruşanda ki, nəyə görə elə düşünürsən ki, anan millət vəkili olmalıdır? Dedi, sən çox yaxşı anasan, çox yaxşı bacısan, çox yaxşı övladsan, çox yaxşı dostsan. Məncə, sən çox yaxşı millət vəkili olacaqsan. Mənə ailəm də çox dəstək olur. Qərargahda mənimlə bərabər işləyən ailə üzvlərim də var, qohumlarım da, dostlarım da, əski iş yoldaşlarım da, tələbələrim də, sinif yoldaşım, qrup yoldaşım da, qonşularım da. Onlar mənə bələddirlər. Hər bir uğurumun arxasında zəhmət olduğunu bilirlər. Uğurlarım nə rüşvətə, nə korrupsiyaya dayanmayıb.

 

 

– Seçicilərinizlə görüşəndə onlara nə vəd verirsiniz?

 

 

– Onlara bir vəd verirəm: həmişə yanınızda olacaq millət vəkili görmək istəyirlərsə, məni seçsinlər! Həqiqətən hiss edəcəklər ki, yanlarında millət vəkili var, döyüləcək qapı var. Ən böyük rəqibim YAP-ın namizədidir. YAP-ın Nəsimi rayon üzrə rəhbəri olmaq böyük bir işdir. Onsuz da çox insana kömək edə biləcək. Düşünürəm ki, seçilməyim onlar üçün ikinci qapını açacaq. Bir qapıydı, iki qapı olacaq. Seçicilərin rifahı baxımından yanaşsaq, mənim seçilməyim çox yaxşı olacaq. Seçicilərim özü də mənə deyirlər ki, biz sizdə ümid işığı görürük: “Digər namizədlərdə bu işıq yoxdu. Ona görə də sizə səs verəcik”. 21 saylı Nəsimi seçki dairəsindən deputatlığa namizədlərin bəzilərini şəxsən tanımasam da, düşünürəm ki, dəyərli insanlardır ki, millət vəkilliyi namizəd ola biliblər. Hamı siyasət adı eşidən də qorxur. İnanmıram ki, onların düşüncələrinin kökündə şəxsi mənafe durur. Sadəcə onu düşünürəm ki, mən millət vəkili olarsam, seçicilər üçün daha çox iş görə bilərəm!

 

 

Söhbətin bu yerində qərargaha bir qrup seçici gəlir. Bundan sonra onun seçicilərlə daha bir neçə görüşü olacaq. Şənbə günü isə təbliğat və təşviqat kampaniyasının müddət bitir. Bazar günü – noyabrın 1-i artıq seçkidir. 

mənbə :
lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles