29.10.2015 / 22:01 xeber –
Ölmüş qız körpəsinin valideynlərinə səhvən ölmüş oğlan körpəsinin meyiti verilib
"OMD" xəstəxanasında Sabirabaddan olan ölmüş qız körpəsinin valideynlərinə səhvən ölmüş oğlan körpəsinin meyiti verilib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Əsədli kəndində yaşayan Əfsanə Əliyeva 13 oktyabrda Sabirabad Perinatal mərkəzdə dünyaya qız uşağı gətirib. Uşaqda oksigen çatışmazlığı problemi olduğundan K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna ("OMD" xəstəxanası) əməliyyat olunmaq üçün göndərilib. "OMD" xəstəxanasında qız körpəsinin öldüyünü bildirdikdən sonra uşağın meyitini valideynlərinə təhvil veriblər. Uşağın dəfn mərasimində körpənin qız yox, oğlan olduğu məlum olub. Əliyevlər ailəsi onlara verilən uşağın onların qızı olmadığını bildikdən sonra körpəni dəfn etməkdən imtina edərək polisə müraciət ediblər.
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutundan isə bildirdiblər ki, texniki səhv üzündən qız körpəsinin meyiti Salyandan olan oğlan körpəsinin meyiti ilə səhv düşüb. Meyitlərin dəyişdirilməsi Səhiyyə nazirliyi tərəfindən həyata keçiriləcəyi də bildirilir.
mənbə :
lent.az
Allah belanizi versin OMD-nin hekimleri