08:23 xeber – Azərbaycan qazına alternativlər axtarışında olan Gürcüstanın energetika naziri Kaxa Kaladze növbəti dəfə məsələni gündəmə gətirib.
Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, o, Azərbaycanın Gürcüstan əhalisini qazla təmin etdiyini, amma bəzi ticarət obyektlərinə “SOCAR”ın qaz vermək imkanı olmadığını söyləyib:
“”SOCAR”ın əhalini təbii qazla təmin etməsində problem yoxdur və bu, tam həcmdə həyata keçirilir. Amma bu şirkətin ticarət obyektlərinə əlavə həcmdə qaz vermək imkanı yoxdur. Sırf buna görə “Qazprom”la danışıqlar aparılır”.
Energetika naziri “Qazprom”un rəhbəri Aleksey Millerlə İtaliyada baş tutan sonuncu görüşünün detalları barədə yenə də açıqlama verməyərək hələ razılığa gəlinmədiyini bildirib.
Nazir onu da əlavə edib ki, “Qazprom”la eyni zamanda Ermənistana ötürülən tranzit qazın həcminin artırılması barədə danışıqlar aparılır.
Rusiyapərəst mövqeyi ilə seçilən keçmiş Baş nazir Bidzina İvanişvili isə “SOCAR”ın ölkədə monopolist şirkət olmaması üçün “Qazprom”dan mavi yanacaq almağın vacib olduğunu söyləyib:
“Bu gün Rusiya qazı ilə bütün Avropa təchiz edilir. Gürcüstanın da bu ölkədən qaz alması cinayət deyil. Azərbaycan qazının ucuzluğunu soruşursuz. Biznesmen ağılsız deyil ki, bir yerdən ucuz qiymətə aldığı qazı qoyub başqasına daha çox ödəməklə qaz əldə etsin. Azərbaycan tərəfinə minnətdarıq, amma ölkədə bir şirkətin monopolist olmaması üçün müxtəlif şirkətlərin cəlb edilməsi vacibdir”.
Müstəqil şərhçilər isə məsələyə başqa cür yanaşır. GİPA universitetinin professoru Tornike Şaraşenidze hökumətin yanlış yolda olduğunu düşünür.
Şaraşenidzenin fikrincə, rəsmi Tiflisin Azərbaycan kimi tərəfdaşı etibarsız bir ölkə ilə əvəzləmək, yaxud ona qarşı qoymaq sadəcə ağılsızlıq olar:
“Bilirik ki, “SOCAR”da ölkədə ticarət obyektlərini qazla təmin edir. Deməli “SOCAR” üçün “Qazprom”un timsalında rəqib yaranacaq. Bu, Gürcüstan hökumətinə niyə lazımdı? mənim üçün doğrusunu desəm anlaşılmazdır. Əgər bu səbəbdən Bakı ilə Tiflis arasında münasibətlər pozulsa, əlbəttə ki, bu çox pis olar. Son zamanlar hökumətimiz çox səhvlərə yol verir. Ümid edirəm ki, Bakı bütün bunları sakit qəbul edəcək”.
Beynəlxalq əlaqələr üzrə mütəxəssilər “Qazprom”la danışıqları bağlı qapı arxasında keçirməklə cəmiyyəti proseslərdən kənarda saxlamağın, vəziyyəti daha da qəlizləşdirəcəyini deyirlər.
mənbə :
anspress
Şərh yaz.