Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

Türkiye hökumetinde "SOCAR-Türkiye"ni kimler vurur?- TƏFƏRRÜAT

Türkiyə hökumətində "SOCAR-Türkiyə"ni kimlər vurur?-ŞOK TƏFƏRRÜAT

30/10/2015

14:56


30.10.2015 / 14:51 xeber –

“Azərbaycanda həyata keçirilmiş tədbirlər nəticəsində saxlanılan nurçuların bəziləri dərhal azad edilirdi. Çünki həmin şəxslərin sonradan Türkiyənin rəsmi dairələrinə yaxın olduğu üzə çıxırdı”

APA Analitik Mərkəzi "SOCAR-Türkiyə" şirkəti ətrafında baş verənlər barədə araşdırma yazı hazırlayıb. Lent.az həmin yazını təqdim edir.  

 

2011-ci ildən Türkiyə hakimiyyəti ilə onun əsas tərəfdaşlarından biri olan “camaat” arasında başlamış qarşıdurma hazırda AKP ilə “paralel yapı”nın nüfuz və səlahiyyət uğrunda mübarizəsi kimi tarixə düşməkdədir. 2013-cü il 17-25 dekabr hadisələri fətullahçıların həmin dövrdə baş nazir olan Rəcəb Tayyip Ərdoğana, onun ailə üzvlərinə və bütövlükdə hakimiyyətə qarşı böyük əks-səda doğuran həmləsi kimi qəbul olundu. Açıq müstəviyə keçmiş bu savaşdan baş nazir və onun tərəfdarları qalib çıxsa da, o da faktdır ki, AKP-nin və şəxsən Ərdoğanın nüfuzu kifayət qədər sarsıldı və hakim partiyanın cəmiyyətdəki dayaqları zəiflədi.

 

Qardaş Türkiyədə baş verən proseslər Azərbaycan ictimaiyyəti tərəfindən də çox maraqla izlənilir. Bu marağı şərtləndirən əsas səbəblərdən biri də odur ki, nurçular artıq Azərbaycanda da əsaslı şəkildə təşkilatlanmağa, öz biznes imperiyasını yaratmağa və hətta hakimiyyətin müxtəlif qollarında ciddi mövqelər əldə etməyə nail olmuşdular. Türk mediasının yazdığına görə, Ərdoğan ölkə daxilində fətullahçıları “baltalamaqla” yanaşı, həm də onların xarici uzantılarını, o cümlədən Azərbaycandakı qrupu da zərərsizləşdirməyə çalışır, bu məqsədlə tədbir görülməsi üçün rəsmi Bakıya müxtəlif siyahılar göndərir. İddia olunur ki, hətta indi də rəsmi Bakı nurçularla bağlı həm Türkiyədən, həm də birbaşa Ankaradan müxtəlif mesajlar almaqda davam edir. Son günlərsə gələn mesajlar SOCAR və onun Türkiyədəki fəaliyyəti ilə bağlıdır. Hadisələrin gedişi və axır vaxtlar Türkiyədə hakimiyyətə yaxın bəzi media orqanlarında dərc olunmuş yazıların təhlili göstərir ki, kifayət qədər zərbələr alaraq mövqelərini əsaslı şəkildə itirmiş “paralel yapı” qardaş ölkədə artıq iqtidar üçün real təhlükə kəsb etmir. Əvəzində isə bu ad üzərindən həm siyasi, həm də iqtisadi sferada çox ciddi oyunlar oynanılır. Hazırda “SOCAR Türkiyə”yə qarşı ardı-arası kəsilməyən hücumların arxasında da məhz bu amil dayanır. Ankaradan sərgilənən bu qeyri-adekvat münasibət, təbii olaraq, Azərbaycanda əsaslı narahatlıq doğurur və ikitərəfli münasibətlərdə anlaşılmaz məqamların yaranmasına səbəb olur.    

 

Məlumdur ki, 1990-cı illərdə dövlət müstəqilliyini qazandıqdan sonra Azərbaycan enerji ehtiyatlarını ixrac etmək üçün Türkiyə marşrutunu digər alternativlərdən daha üstün tutaraq mühüm siyasi və strateji seçim etdi – Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz kəmərləri inşa olundu. Azərbaycan enerji layihələrindən əldə olunan böyük gəlirlərdən ölkə xaricində investisiya qoymaq planlarını da ilk növbədə Türkiyədə reallaşdırmağa başladı. Bununla həm də Türkiyənin artan iqtisadiyyatının enerji resurslarına olan ehtiyacı ödənildi və ölkənin enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verildi. “Petkim” şirkətinin özəlləşdirilməsi, Əliağada limanın inşası, STAR neft emalı zavodunun tikintisi və s. layihələrin həyata keçirilməsi nəticəsində Türkiyə iqtisadiyyatına milyardlarla dollar sərmayə yatırıldı. Layihələrin səmərəli şəkildə gerçəkləşdirilməsi üçün SOCAR həm öz imkanlarından istifadə etdi, həm də dünyanın ən nüfuzlu maliyyə qurumlarını, “Goldman Sachs” kimi investisiya nəhəngini bu işə cəlb edə bildi. Bununla yanaşı, SOCAR Türkiyədə ciddi sosial layihələr reallaşdırmağa başladı, Ankara, Əliağa, Kars, İzmit, Ceyhan və digər yerlərdə on milyonlarla dollar dəyəri olan ən müasir məktəblər, digər sosial obyektlər  tikərək dövlətə təhvil verdi.

 

Böyük Azərbaycan qazının ixracı məsələsi gündəmə gələndə də Azərbaycan növbəti dəfə strateji seçiminə sadiq qaldı. Uzun müddət ərzində müzakirə olunan NABUCCO layihəsi arxivə göndərilsə də, yeni marşrutların müəyyənləşməsində Türkiyə yenə də əsas istiqamət kimi irəli sürüldü. TANAP Azərbaycanla Türkiyənin birgə layihəsi kimi təsdiq olundu və qısa zamanda tikinti işlərinə başlanıldı. Ekspertlərin yekdil rəyinə əsasən, TANAP Türkiyənin regionda əhəmiyyətini yetərincə yüksəldərək qardaş ölkəni enerji mənbələri ilə Avropa arasında körpüyə çevirəcək.

 

Göründüyü kimi, Azərbaycanın strateji seçiminə uyğun olaraq həyata keçirilən transmilli layihələr iki qardaş ölkənin dövlət və milli maraqlarına xidmət etməklə onların regionda və dünyada yerini daha da möhkəmlətdi. Hazırda rəsmi Bakının prinsipial mövqeyi ondan ibarətdir ki, reallaşdırılan enerji siyasəti konkret olaraq fərdlərin, hakimiyyətlərin və biznes qruplarının maraqlarına deyil, bütövlükdə iki qardaş xalqın, Azərbaycan və Türkiyə dövlətinin milli maraqlarına xidmət etməli, regionda və daha geniş coğrafiyada təhlükəsizliyi, inkişafı və rifahı şərtləndirən əsas faktorlardan biri kimi çıxış etməlidir. Reallıq da ondan ibarətdir ki, həyata keçirilən transmilli enerji layihələri Yaxın Şərq və Orta Asiyadan başlayaraq Qərbi Avropaya kimi geniş arealı əhatə etməklə Azərbaycanın və Türkiyənin regional mərkəz statusunu möhkəmlətmiş, yeni nəqliyyat-tranzit layihələrinin həyata keçirilməsinə şərait yaratmış və ümumilikdə hər iki ölkənin Avropa və dünya üçün strateji əhəmiyyətini əsaslı şəkildə artırmışdır. Buna görə də  hazırkı dövrdə Türkiyədəki hakimiyyət və biznes maraqlarına əsaslanan bəzi iddialar və anlaşılmaz addımlar uzun illərdir məqsədyönlü şəkildə reallaşdırılan strateji xətti, ümumi mənafeləri təhdid edə, qarşılıqlı etimadın zəifləməsinə və son nəticədə ciddi fikir ayrılığının yaranmasına səbəb ola bilər. 

 

Azərbaycan 1993-cü ildən başlayaraq öz strateji seçimi olan, milli maraqlarını müdafiə etməyi bacaran, müstəqil siyasət yürüdən ciddi dövlətdir. Ölkə iqtidarı xarici siyasətində, dövlətlərarası siyasi və iqtisadi məsələlərin həllində qarşılıqlı etimadı və ümumi maraqların təmin olunmasını başlıca şərt hesab edir. Türkiyədə məlum hadisələr baş verəndə də Azərbaycan dövləti qardaş ölkədə sabitliyin qorunub-saxlanılması üçün əlindən gələni etdi, türk xalqı tərəfindən seçilmiş legitim hakimiyyətə dəstək verməyi özünə mənəvi borc bildi. Ancaq problem həll olunduqdan sonra Türkiyə hakimiyyətinə yaxın dairələr tərəfindən atılan bəzi addımlar, xüsusilə “SOCAR Türkiyə” şirkəti ilə bağlı qurulmuş bəzi oyunlar narahatlıq doğurur.

 

Türkiyə iqtisadiyyatının ayrılmaz hissəsinə çevrilmiş və öz nəhəng layihələri ilə yaxın 3-5 ildə bu ölkənin ən böyük üç sənaye şirkəti sırasına daxil olmağı hədəfləmiş “SOCAR Türkiyə”yə qarşı ara-sıra mətbuata çıxarılan bəzi iddialar rəsmi Bakını narahat etməyə bilməz. Bəs bu ittihamların əsas məqsədi nədir?

 

Mediada getmiş bəzi məlumatlara əsasən, Türkiyə hakimiyyətini təmsil edən bir çox yüksək vəzifəli şəxslər vaxtilə Bakıya səfərləri zamanı “Qafqaz” universiteti, türk liseyləri, TUSİAB və digər qurumların böyük əhəmiyyətini vurğulamaqla Azərbaycan iqtidarının nümayəndələrindən onların fəaliyyətinin genişlənməsinə şərait yaradılmasını xahiş edirdilər. Türkiyə rəsmilərinin təkidi ilə səfər proqramına “Gülən məktəbləri”nə ziyarət də daxil olunurdu. Türkiyədə məlum hadisələr başlayanda isə hələ bu ölkənin özündə fətullahçılar ciddi mövqelərini, siyasi və biznes imkanlarını saxladıqları halda, Azərbaycandan təkidlə onlara qarşı tədbir görülməsi istənildi. Ancaq o da faktdır ki, bu xahişlərə uyğun olaraq Azərbaycanda həyata keçirilmiş tədbirlər nəticəsində saxlanılan nurçuların bəziləri dərhal azad edilirdi. Çünki həmin şəxslərin sonradan Türkiyənin rəsmi dairələrinə yaxın olduğu üzə çıxırdı. Türkiyədə nurçuların bir neçə qanada bölündüyü, hətta bu ölkənin hakimiyyətinin hələ kimin kim olduğunu tam müəyyənləşdirə bilmədiyi bir vəziyyətdə Azərbaycandan hansısa qənaətbəxş addımlar gözləmək məntiqə uyğun deyildi.

 

Bu gün Ak Saray Twitter sosial şəbəkəsində Fuad Avni adı altında yayılan məlumatlardan çox narahatdır. Həmin məlumatlar şəxsən R.T.Ərdoğanı və onun ailəsini gözdən salmaq məqsədi daşıyır. Hakimiyyət isə geniş imkanlara malik olmasına baxmayaraq, il yarımdır bu isim altında kimin gizləndiyini müəyyənləşdirə bilmir. Hətta Baş nazir Əhməd Davudoğludan, Böyük Millət Məclisinin sabiq sədri Bülənt Arıncdan, MİT rəhbəri Hakan Fidandan belə  şübhələr var. Yəni hakimiyyət vaxtilə fətullahçılarla sıx birlikdə olduğundan və sonuncular hakimiyyət və biznes dairələrinin ən yüksək qatına kimi gedib çıxdığından, Türkiyənin özündə də “camaat”dan kimin dost, kimin isə düşmən olduğunu müəyyənləşdirə bilmirlər.  Belə bir vəziyyətdə “SOCAR Türkiyə”dən “bizim” və “düşmən” nurçular arasında xətt çəkməyi tələb etmək, şirkəti fətullahçılarla işbirliyində ittiham etmək ən azından gülüncdür.

 

Ümumiyyətlə, SOCAR-ın kadr siyasətində dini və milli mənsubiyyət anlayışı yoxdur. Şirkət xarici ölkələrdəki layihələrinə əcnəbi vətəndaşları cəlb edir və bu halda onların peşəkarlığı, işə münasibəti və verə biləcəyi fayda əsas götürülür. Məntiqlə, Türkiyədə xarici kapitalla yüzlərlə şirkət çalışır və hakimiyyət bu seleksiyanı iqtisadiyyatın bütün seqmentlərinə şamil etməlidir ki, bu da son nəticədə xarici şirkətlərin fəaliyyətinin iflic vəziyyətinə düşməsinə, ölkədə investisiya mühitinin korlanmasına gətirib çıxara bilər. Deməli, “SOCAR Türkiyə”yə qarşı irəli sürülən ittihamların əsasında tam başqa məqsədlər dayanır.

 

Türkiyə iqtidarına yaxınlığı ilə seçilən mediada “SOCAR Türkiyə”yə qarşı yayılan materialların, habelə açıqlanan bəzi faktların təhlili onu deməyə əsas verir ki, yazılar birbaşa hakimiyyət dairələri tərəfindən sifariş olunur. Üstəlik iddialar müəyyən bir qrupun biznes maraqlarını güdür və bu halda iki qardaş dövlətin və xalqın ortaq mənafeləri tapdanır. Bəs həmin şəxslərin və qrupların maraqları nədir?!

 

 

İlk növbədə “SOCAR Türkiyə”nin rəhbərliyinə böhtan atmaq, onu gözdən salaraq işdən uzaqlaşdırılmasına nail olmaq. Peşəkarlıq kriteriləri nəzərə alınmadan özlərinə yaxın adamları şirkətin rəhbərliyində yerləşdirmək, idarəetməni ələ keçirmək. Sonrakı mərhələdə isə layihələrdə lazımi şirkətlər tenderlərin qalibi olacaq və SOCAR-ın hesabına şəxsi mənfəət və külli miqdarda var-dövlət əldə ediləcək.

 

Göründüyü kimi, Türkiyədə bəzi dairələr artıq “paralel” ittihamını öz rəqiblərini neytrallaşdırmaq və nüfuz dairələrinə salmaq istədikləri biznes subyektlərini gözdən salmaq üçün istifadə edirlər. Daha dəqiqi, müəyyən bir qrup hər hansı biznesi öz əlinə keçirmək üçün ilk öncə ona “fətullahçı terror örgütü” və ya onun “sponsoru” damğası vurur, təmizləmə əməliyyatı aparır və sonra da özününküləşdirir. Əgər “SOCAR Türkiyə”yə qarşı bu addımı Türkiyə-Azərbaycan qardaşlığını və birliyini istəməyənlər atsaydılar, məsələ aydın olardı. Ancaq SOCAR-ın Türkiyə iqtisadiyyatına verdiyi töhfələrə rəğmən, bu ölkənin iqtidaryönlü mediasının şirkətə qarşı qaralama kampaniyası Azərbaycan və  Türkiyənin birgə maraqlarına ciddi şəkildə zərər verəcək haldır.

 

Xatırlatmaq lazımdır ki, belə cəhdlər keçən dövrdə ayrı-ayrı vaxtlarda da müşahidə olunub. Məsələn, 2009-cu ildə “bayraq məsələsi”, elə həmin dövrə Ermənistan-Türkiyə sərhədlərinin açılması, Sürix protokolları Azərbaycan tərəfinin çox sərt reaksiyasına səbəb oldu və ikitərəfli münasibətlərin gərginləşməsinə xidmət etdi. Söz yox ki, “SOCAR Türkiyə”nin terrorda ittiham olunan şəbəkəni maliyyələşdirməkdə günahlandırılması da kifayət qədər ciddi presedentlərə yol aça bilər.

 

Bəlli olan odur ki, Türkiyədə kimlərsə Azərbaycanda keçiriləcək seçkilər ərəfəsində təhlükəli oyuna başlayıb. Bu oyun iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinə təhlükə yaratmaq, onun altına dinamit qoymaq deməkdir. Həmin kampaniyanın müəllifləri türkün dostudurmu, yoxsa düşmənimi? 

 

APA Analitik Mərkəzi

mənbə :
lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles