Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

“Abbasqulu ağanı ne Qemlo, ne Kerbalayı İsmayıl öldürmeyib”

“Abbasqulu ağanı nə Qəmlo, nə Kərbalayı İsmayıl öldürməyib”

30/10/2015

19:08


30.10.2015 / 19:05 xeber –

O, nəinki artıq tarixə qovuşmuş Sovetlər dövrünü, həm də bizlər üçün əlçatmaz olan simaları görmüş, onlarla ünsiyyətdə olmuş bir insandır. Kimlərlə işləməyib Nəriman dayı? Budyonnı, Voroşilov, Brejnev, Xruşşov… Bir də təbii ki, böyük Heydər Əliyevlə… Gəlin tələsməyək, 88 yaşlı Nəriman Kalba Həbib oğlu Yusifovu elə özünün dilindən yaxından tanıyaq.

 

…“Nankor ermənilər hər bir şeyi pozdular… Vedi Qərbi Azərbaycanın ən gözəl, ən dövlətli, təbiəti, özü, camaatı tamamilə saf, qəhrəman olan rayonlarından biri idi. Ailə üzvlərim – valideynlərim, babam əsrlərlə Vedidə yaşayıblar. Mən isə 1927-ci ildə orada anadan olmuşam. Orta məktəbi Vedidə başlayıb, 6-cı sinfə qədər orada təhsil almışam. Sonra İrəvana gedib pedaqoji texnikumu bitirmişəm”.

 

Nəriman dayı məşhur xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin kiçik oğlu Məmmədlə bir sinifdə oxuyub. O vaxt uşaq olsa da, Abbasqulu bəyin ölüm gününü indiki kimi xatırlayır.

 

“3 yaşım var idi. Səhər kənd evimizdə yuxudan oyandım. Gördüm ki, anam bacıma deyir: “Tərlan, bu gecə  Kərbəlayı İsmayılın tərəfdarları Abbasqulu bəy və Xəlili öldürüblər”. Bu söz illər keçməsinə baxmayaraq, hələ də qulağımda səslənir. Xəlilgil bizimlə qonşu idi, Abbasqulu bəyin evi isə əksinə, bizim evdən uzaqda yerləşirdi. Uşaq olduğum üçün hadisə ilə maraqlanmadım. Səhəri gün məktəbə gedəndə gördüm ki, artıq Abbasqulu bəy və Xəlilin qəbri məktəbin həyətindədir. 6-7 yaşdan sonra anladım ki, Abbasqulu bəy mənimlə oxuyan  Məmmədin, Xəlil əmi isə Lətif, Teymur və Nərimanın atası imiş. Xəlil əminin oğullarından Lətif indiyə kimi sağdır. O, Xanlarda yaşayır. Digər oğlu Teymur müharibədə, Nəriman isə Xanlarda dünyasını dəyişdi”.

 

Nəriman Yusifov Şadlinski haqqında çoxlarının bilmədiyi məqamları bizimlə bölüşdü. Təbii ki, çox şeyləri də yenə gizli saxlamaqla…

 

“Abbasqulu bəyin öldürüldüyü yer kinoda göstərilən yer deyil. O, öldürülən yerin yanında böyük daş vardı, 1970-ci ilə qədər orada qalmışdı. Biz hər dəfə dağa gedib qayıdanda maşını daşın yanında saxlayır, ora baxırdıq. Xatırlayıram, o vaxt güllələrin yeri açıq görünürdü. Amma biz buna fikir vermirdik. Çünki o vaxtlar belə şeylərlə maraqlanmaq olmazdı. Bir gün Fərman Kərimzadə məni tapmaq, yazdığı kitabı bağışlamaq üçün Moskvaya gəldi. Axşam vaxtı idi, evdə oturmuşdum. Birdən qapının zəngi  çalındı. Qapını açmamış soruşdum ki, kimsən? Dedi: “Mənəm, Fərman Kərimzadə, Qəmər xalanın oğlu”. Qəmər xalanın adını çəkəndə tanıdım. O, 10 yaş məndən balaca idi. Zəhra və Sara adında iki əkiz bacısı və bir qardaşı vardı. Mən onlarla 6 il bir sinifdə oxumuşam, amma yaşı az olduğu üçün Fərmanı tanımaq imkanım olmayıb. Sözün düzü, başım o qədər qarışıq idi ki, kitabı vərəqlədim, amma oxuya bilmədim. Bura gələndə isə anladım ki, Fərman tanınmış yazıçıdır. Fərmanın yazılarında Abbasqulu bəyin necə adam olduğu, qəhrəmanlıqları geniş əks olunub. Bu haqda bir də Əli Musayeviç Əliyev yazıb. Mənim 10 yaşım olanda onun 3 yaşı vardı. Onun ailəsi Vedinin Dəhnəz kəndindəndir. Atası Musa kişi Abbasqulu bəyin sağ əli olub. Abbasqulu bəy həmin gecə Xəlillə birlikdə Kərbəlayı İsmayılla görüşmək üçün Kolanıya tərəf  gedən zaman həmin vaxt onun evində çay içiblər. Musa kişi deyib ki, ora getməyin! Çünki Kərbəlayı İsmayıl Musa kişiyə xəbər göndəribmiş ki, mənim ona borcum çoxdur, amma deyin, gəlməsin, gəlsə, buradan sağ qayıda bilməyəcək. O da deyib ki, yox, getməliyəm. Hadisə zamanı Əlinin 3 yaşı vardı. Bu gün də xatırlayıram. 1937-ci il idi. Camaatı məktəbin həyətinə gətirmişdilər. Elə həmin vaxt, sən demə, Əli Musayeviçin atası Musa kişi Kərbəlayı İsmayılın tərəfdarlarının hamısını Dəhnəzdən Vediyə gətirib. Sonra onları Şirazlıya, oradan isə Qazaxıstana sürgün ediblər. Keçən ilə qədər hər yerdə bununla bağlı bir söhbət gedirdi. Abbasqulu bəyi kimin vurduğu ilə bağlı hər kəs bir söz deyirdi. Amma Əli Musayeviç öz kitabında bu məsələyə aydınlıq gətirib. Demək, onu nə Qəmlo, nə də Kərbəlayı  İsmayıl vurub. Onu kitabda adını çəkdiyi başqa adam vurub.

 

Nəriman dayının böyük qardaşı Bakıda yaşadığı üçün onu da götürüb Bakıya gəlir və beləliklə, Nəriman Yusifovun Azərbaycandakı fəaliyyət dövrü başlayır. Bakı həyatı onun qarşısında geniş imkanlar açır.

 

“1945-ci ilin sentyabrında İrəvanda pedaqoji texnikuma daxil oldum, oktyabrda isə böyük qardaşım müharibədən qayıtdı. O gələndən sonra Vedidən çıxdım. Sonra Azərbaycan Dövlət Universitetində hüquq fakültəsində oxudum, buranı bitirdikdən sonra prokurorluq orqanlarına keçdim. 10 il Bakıdakı prokurorluqda, sonra bir neçə rayonda prokuror işlədim. Axırıncı dəfə isə 1960-cı ildə Artyom rayonun prokuroru oldum”.

 

O hələ Azərbaycanda çalışdığı vaxtlarda SSRİ-nin siyasi elitasını, hətta rəhbərləri belə yaxından görür, tanıyır, onlarla eyni tədbirlərdə iştirak edir.

 

“Bir dəfə bizə dedilər ki, Xruşşov Bakıya, oradan da Neft Daşlarına gələcək. Biz də rayondakı bir neçə adamla yığışıb Xruşşovu qarşıladıq. Yaxın respublikaların rəhbərləri də orda idi. Baş katib iki saat Neft Daşlarında oldu, oranı gəzdi, fəhlələrlə söhbət etdi, ona verilən neftçi formasını geyindi. Sonra günorta yeməyi verildi, oradan da hərbi katerlə Bakıya gəldik. Camaat onun çıxışını dinləmək üçün stadiona yığışmışdı. Xruşşov çıxışa başladı. Çıxışdan sonra bir nəfər ona sual verdi ki, niyə ordunu zəiflədirsiniz? Xruşşov əlini sağ cibinə salıb cibinin astarını çıxartdı və cavab verdi: “Məni başa düşün, xəzinə boşdur”.

 

Ancaq elmlə məşğul olmaq istəyi Nəriman Yusifovu rahat buraxmır və seçimini edir.

 

“Payız fəsli idi, qəzetdə bir xəbər diqqətimi çəkdi. Xəbərdə qeyd olunurdu ki, hüquq sahəsi üzrə Akademiyada aspiranturaya qəbul var. Respublika prokurorluğuna xəbər vermədən sənədlərimi verdim müsabiqəyə. Elə oldu ki, müsabiqədən keçdim, amma dedilər ki, Moskvaya müsahibəyə  getməlisən. Getdim, oradakı söhbətdən də keçdim. Sonra Akademiyada məni aspiranturaya qəbul etdilər. Mən də ərizəmi verib, Artyom rayonunda prokurorluğu ilə xudahafizləşdim, gəldim Ali Sovetə”.

 

O, 1963-cü ilin oktyabr ayına kimi elmi işçi olaraq çalışır, sonradan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı işləyir. Günlərin birində isə…

 

“O vaxt Mamed İsgəndərov Ali Sovetin sədri idi. Sən demə, ona Moskvadan, SSRİ Ali Sovetindən zəng vurublar ki, respublikada belə bir nəfər var, onu tez göndərin bizim yanımıza. Onunla görüşdüyümüz zaman mənə dedi ki, sizi Moskvadan istəyirlər. Narahat oldum, fikirləşdim, maraqlıdır, görəsən orada məni kim istəyər? Dedi ki, səni orada işə götürmək istəyirlər. Amma müsabiqədir, 3-4 namizəd var. Səhəri gün mənə bir nəfər də qoşub ezamiyyət verdilər.  Getdik Kremlə. Orada söhbətə dəvət olunan şəxslərdən ikisi Moskvadan, biri Ukraynadan idi. Sonradan məlum oldu ki, söhbət zamanı onların xoşuna gəlmişəm. Məni axırıncı dəfə SSRİ Ali Soveti Rəyasət Heyətinin katibi  Georqadzenin yanına apardılar. Ondan da razılıq aldım. Axşam vaxtı şöbənin katibəsi zəng vurdu ki, sabah Azərbaycana getməyin, sizi Nikolay Podgornı şəxsən qəbul edəcək. Həyəcandan səhərə qədər yata bilmədim. Səhər getdim, dedilər ki, ölkə rəhbərinə məruzə etməmiş sərəncam verməyə tələsmişik. Daha da təşvişə düşdüm. O, məni saat 12-də qəbul eləməli idi, amma başqa ölkənin rəhbəri ilə görüşdüyü üçün 20 dəqiqədən sonra qəbul elədi. İçəri daxil oldum. Böyük bir zal idi. Məni görüb, durub gəldi qabağıma, qarşıladı. Əyləşdik. Masanın üstündə “BT” siqaretləri var idi. Onlardan birini yandırıb çəkdi və dedi ki, sizin respublikaya gəlmişdim, məni orada çox yaxşı qarşıladılar, Göy-gölə apardılar. Sonra başladı ona necə qonaqlıq vermələri barədə danışmağa. Dedi ki, ona görə bir azərbaycanlı kimi sizinlə maraqlandım, istədim ki, sizi görüb söhbət edim. Bu sözlərdən sonra bir az rahatladım. 1 il 2 ay Kremldə işlədim. Sonra rəhbərlik belə qərara gəldi ki, qabağa çəkmək lazımdır. Məni Vətəndaşlıq Məsələləri üzrə bölmə müdiri qoydular. 11 il həmin şöbədə işlədim. Stalinin qızını, Soljenitsını və başqalarını vətəndaşlıqdan məhrum etməklə bağlı, yaxud xaricdən Sovetlər Birliyinə keçən adamların işlərinin hamısı mənim əlimdən keçib. SSRİ-nin bütün respublikalarında olmuşam. Bağışlamaq və vətəndaşlıq məsələsi üzrə 11 il ərzində Rəyasət Heyətinin elə iclası olmayıb ki, həmin iclasda iştirak etməyim”.

 

Onun böyük bir tarixin şahidi olduğunu artıq bir dəfə dedik. Bəli, Nəriman dayı yaxşılı-yamanlı çox məşhurlarla görüşüb, onlarla birgə işləyib.

 

“Uşaq vaxtı fəxr edirdik ki, Voroşilov, Budyonnı kimi şəxsiyyətlər var. Elə oldu ki, iclasda onlarla tez-tez görüşürdüm. Sovet hakimiyyətini quranlardan biri də Mikoyan olub, onunla da oturub iclas aparırdım”.

 

Nəriman dayı uzun illər davam edən Kremldəki fəaliyyətindən sonra yenidən Bakıya üz tutur. Bunu ona həkimlər məsləhət görürlər.

 

“Ora qapalı yer idi. On iki il orda oturmaq heç də asan deyildi. Sonradan onun fəsadları ilə qarşılaşdım. Şüa nəticəsində məndə möhkəm baş ağrıları əmələ gəlməyə başladı . Bir-iki il Kremlin həkimlərinin yanına gedib müalicə aldım. Gərək yayın günü – 30 dərəcə istidə papaq qoyaydım. Həkimlər məsləhət gördü ki, anadan olduğum yerə gedim, mən də Vediyə qayıdan deyildim ki? Sonra məlum oldu ki, Bakı prokuroru vəzifəsi boşdur, elə böyük vəzifə deyildi, amma vəzifə olmasaydı belə, mən gəlməli idim, çünki səhhətim yaxşı deyildi”.

 

Beləliklə, Nəriman dayı Bakıya qayıdır və fəaliyyətini burada davam etdirir. Ancaq işləmək elə də asan olmur. O, ədalətsizliklə üzləşir və öz ərizəsi ilə işdən çıxır. Bundan xəbər tutan respublikanın rəhbəri Heydər Əliyev məsələyə dərhal reaksiya verir, ədalət öz yerini tutur.

 

“Ədalət həmişə axırda öz yerini tapır… Əslində, Heydər Əliyevin məni çağıracağını gözləyirdim. Bir də gördüm ki, qəzetlərdə mənim adım gedir. Deputatlığa namizədliyim verilmişdi. Sonra görüşdük, əhvalatı danışdım. Əslində, hər şeyi bilirdi. Çox böyük kişi idi Heydər Əliyev. Dedi ki, dünənə qədər məsləhətləşmişdik, sizi Mərkəzi Komitəyə inzibati şöbənin müdiri götürək, sonra ədliyyə naziri götürmək qərarı verdik. Soruşdu ki, hansını istəyərdin? Dedim ki, mən təzə gəlmişəm deyə kadrları tanımıram, ona görə ikinci daha yaxşı olardı”.

 

Onu bu ahıl yaşında yalnız bir şey narahat edir: o da hamımızın problemi olan Qarabağ problemidir. Bu ağsaqqal dövlət adamının arzuları da elə hamımızın arzularıdır…

 

“Bütün Azərbaycan xalqı kimi mənim də ən böyük arzum budur ki, torpaqlarımız, Qarabağımız azad olsun. Hətta Vediyə də qayıtmalıyıq. Vedi həmişə bizim olub. Oralar bizim dədə-baba yerimizdir. Xalqımızın üzləşdiyi bütün çətinliklərin aradan qalxmasını arzu edirəm”.

 

mənbə :
lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles