08:17 xeber – Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili dövlət çevrilişinə cəhddə ittiham olunub. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Gürcüstan hökuməti sabiq dövlət başçısına qarşı cinayət işi başladıb.
Məlumata görə, Saakaşvilinin müxalifət telekanalı “Rustavi 2″nin rəhbərliyi ilə telefon danışığı dinlənilib.
Bir neçə gün əvvəl kanala qarşı tətbiq olunan qadağalarla əlaqədar kanalın əməkdaşları etiraz aksiyalarına başlayıblar.
Məlum olub ki, Saakaşvili bu etirazları sərt qarşıdurmalar və daha sonra hökumətə qarşı inqılaba çevriməyə cəhd göstərib.
Saakaşvili və kanalın rəhbəri danışıqların doğru olduğunu təsdiqləyib və hökuməti qanunsuz olaraq telefon danışığına qulaq asmaqda ittiham ediblər.
Hazırda “Rustavi 2” telekanına qarşı məhkəmə işi davam edir.
Saakaşvili isə, istənilən halda hökumət tərəfindən bir neçə maddə ilə ittiham olunurdu.
mənbə :
anspress
Şərh yaz.