Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Sirli qaçış, Rusiyadan qefil zeng, yoxa çıxan Mahmud – REPORTAJ

Sirli qaçış, Rusiyadan qəfil zəng, yoxa çıxan Mahmud – REPORTAJ

03/11/2015

11:10


03.11.2015 / 11:05 xeber –

“Dözə bilmirəm oğul, hardasansa, çıx gəl evinə…”

Hadisə ötən ilin dekabrında baş verib. Kütahi xala Yeni il süfrəsi açıb əri Mehman kişiylə birgə gözünün ağı-qarası yeganə oğlu Mahmudun yolunu gözləyirlər. Mahmud Bakıdan gəlməliydi. Bayram günü usta maaşını verəcək, o da yeni ili  Şəkidə, doğma elində-obasında, ata-anasının yanında keçirəcəkdi. Şər qarışır, Mahmud gəlib çıxmaq bilmir ki, bilmir. “Yoldadır, bir azdan çatar”,  deyib özlərinə təskinlik verir yaşlı ata və ana. Gecə 12-nin yarısı atasının telefonuna Mahmuddan mesaj gəlir: “Şəmkirdəyəm. Uşaqlarla Yeni ili keçirib gələcəm”.

 

 

 

Nigaran qalsalar da, geri zəng etmirlər ki, cavandır, yəqin dostları ilə olmaq istəyir. Bayramdı, xətrinə dəymirlər. Amma ürəklərinə xal düşür. Çünki indiyə qədər Mahmudun Şəmkirdə dostlarını nə görüb, nə də haqqında eşitməmişdilər. “Bəlkə də təzə dostlarındandı” deyib, Mehman kişi arvadını sakitləşdirir. Özü isə o gecə səhərə qədər gözünü qıpmır. Səhər açılan kimi Mahmuda zəng edir. Operator cavab verir ki, abunəçinin xətti yetərsiz balansdan bağlanıb. Oğlunun nömrəsinə 5 manat yükləyib, təkrar zəng edir. Bu dəfə də onun zəngini operator cavablayır: “Bu nömrəyə zəng çatmır….”. Ata lap nigaran qalır və başlayır oğlunun axtarışına.

 

 

 

Yanvarın 4-də Nərimanov rayonu, 17-ci Polis Bölməsinə oğlunun itkin düşməsi barəsində ərizə verirlər. Daha sonra Mahmudun fəhləlik etdiyi tikintiyə gəlirlər. Oğlundan neçə gündür xəbər çıxmadığını deyən kimi iş yoldaşları bir ağızdan bir nəfərin adını çəkirlər, Mübarizin. Tahirov Mübariz Əmən oğlu Mahmudla bir tikintidə işləyib. Bir ay işlədikdən sonra ustası əmək haqqını verib onu işdən qovub. Bütün günü fəhlələri başına yığıb dini təbliğat aparırmış, deyə. Elə digər fəhlələr də Mübarizdən xoşu gəlmirmiş.

 

 

 

Mahmudun ailəsi əslən Şəkidən olsalar da, 15 ilə yaxındır Bakıda kirayənişin yaşayırlar. Mehman kişi arvadı Kütahi xalayla dekabrın 26-da Yeni ili qarşılamağa Şəkiyə gedib. Əslində Mahmud da onlarla birgə gedəcəkmiş. Amma Mahmud ustasının hələ əmək haqqını vermədiyini bəhanə gətirərək, daha sonra gələcəyini bildirib.

 

 

– Şəkiyə getməzdən iki gün əvvəl özünə təzə telefon aldırdı. Bizə dedi ki, siz gedin, mən də gələcəm. Gözlədik, gəlmədi…

 

 

 

Bu sözlər Mehman kişinin ağzından çıxar-çıxmaz Kütahi xala ağlama başlayır.

 

 

– Mənim balam elə uşaq deyildi. Mənsiz bir gün də qalmazdı. Hər sağıma keçəndə də öpərdi, soluma da. Ana uşağıdı o. Əsgərlikdə belə qorxurdu. Tez-tez zəng edərdi: “Mama, onu elə, mama, bunu elə!”. Canı, cəsədi də yoxdu, xəstə uşaqdı.

 

 

 

Oğlunun Mübariz adlı biriylə ola biləcəyini düşünən ata-ana hüquq mühafizə orqanlarına müraciət edirlər. Ondan sonra valideynlər öyrənirlər ki, Mahmud dekabrın 22-də özünə pasport alıbmış. Demək, ölkədən çıxmağa hazırlaşırmış.

 

ZƏRURİ QEYD:

 

 

1990-cı il təvəllüdlü Tahirov Mübariz Əmən oğlu 1988-ci il təvəllüdlü Bəkirov Telman Əvəz oğlu ilə birgə bu ilin aprel ayında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Onlar 2014-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən "İŞİD" terrorçu təşkilatında fəaliyyətdə günahlandırılırlar.

 

Efirdən bu xəbəri eşidən Mehman kişi cəld televizordan Mübarizin şəklini çəkir.

 

 

 

– Axşam xəbərləri izləyirdik. Oğlumuz yoxa çıxandan bəri qulağımız səsdədi. Bəlkə hardansa, bir xəbər çıxa. Gördüm, deyirlər ki, Tahirov Mübariz Əmən oğlu tutulub. Adı eşidən kimi tanıdım. Mübarizin şəklini çəkib getdim iş yerinə. Uşaqlara göstərən kimi onlar da tanıdılar. Dedilər, hə, sənin oğlunu yerini bilsə-bilsə, bu biləcək.

 

 

 

Bundan sonra Mahmudun atası Milli Təhlükəsizlik Nazirliyinə müraciət edir. Mübariz Tahirov ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirib ki, o, 1991-ci il təvəllüdlü Mahmud Rəsulovla birgə Suriya və İraq Respublikalarının ərazilərində gedən silahlı mübahisələrdə iştirak etmək üçün İraq şam İslam Dövləti (İŞİD) adlı silahlı birləşməyə qoşulmaq məqsədi ilə ötən ilin dekabrın 30-da Gürcüstan Respublikasının sərhədini keçərək Türkiyəyə, ordan da qanunsuz yolla Suriyaya gedib. Suriyadan isə İraqa. Hazırda  Mahmudun harda olması barədə istintaqda heç bir məlumat yoxdur.

 

 

Bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində Tahirov Mübariz və Bəkirov Telman barəsində hökm çıxarılıb. Hökmə əsasən, hər biri 14 il azadlıqdan məhrum ediliblər. Məhkəmə günü Mahmudun atası imkan tapıb Mübarizə yaxınlaşıb oğlunu soruşub. Əvvəl heç nə danışmasa da, sonra deyib ki, əslində Mahmud Mübarizi yoldan çıxarıb Suriyaya aparmaq istəyirmiş. Gürcüstandan keçib Türkiyəyə çatanda onları bir nəfər qarşılayıb. Mahmud İraqa keçmək üçün orda qalsa da, Mübariz getməkdən imtina edib və vətənə geri qayıdıb.

 

 

 

Anasının səsi titrəyir.

 

 

– Mənim balam saf, ağıllı, tərbiyəlidir. O, kimsəni apara bilməzdi. Evdən işə gedib, işdən evə. 266 saylı məktəbi bitirib. Mənə inanmırsınız, gedin məktəbdən maraqlanın. Məktəbi bitirəndən sonra əsgərliyə getdi. Əsgərlikdən gələndən sonra 2 il maşın düzəldilən sexdə “uçenik” işlədi. Son bir ay idi ki, getdi tikintiyə. Orada onu Mübariz aparıb.

 

 

 

– Mübarizlə necə tanış olublar?

 

 

– Bilmirik, qızım. Evdə bir dəfə də o oğlanın adını çəkməyib. Son vaxtlar namaz qılmağa başlamışdı. Sevindik ki, oğlumuz imana gəlib, Allaha ibadət edir. Biz nə bilərdik ki, axırda belə olacaq? İş yerində müdirin yanına da getmişəm. Dedi, ana, sənin oğlun kimi tərbiyəli uşaq yoxdu. O oğlanla (Mübariz) heç aramız olmadı. Nə elədisə, o yanındakı oğlan elədi.

 

 

Həmin görüşdən sonra onlar öyrənirlər ki, əslində Mahmud maaşını dekabrın 25-də alıbmış. 300 manat Mübariz alıb, 320 manat isə Mahmud. Müdir Mahmudun xətrini çox istəsə də, Mübarizi heç gözü tutmayıb. Elə birinci ayın pulunu verəndən sonra onu işdən qovub.

 

 

 

 

– Mahmud qorxaq uşaq olub. Əsgərlikdə də dəqiqə başı “mama, gəl, mama, gəl”, deyərdi.

 

 

 

Bu vaxt atası söhbətə müdaxilə edir.

 

 

– Ölməyə gedən adam da özünə təzə telefon aldırarmı? Biz Şəkiyə getməzdən iki gün əvvəl Mahmud özünə təzə telefon aldırtdı. Uşaq kimi sevinirdi…

 

 

Kütahi xala ərinin sözünü kəsir.

 

– Uşaq kimi niyə? Elə uşağıydı mənim balam. Nə yaşı vardı ki? Qabağına yemək qoysan yeyəcəkdi. Qoymasan, mən gələnə qədər ac qalacaqdı. Ana uşağıydı balam.

 

 

Ovcunda əzdiyi yaylığı ilə gözünü silib.

 

 

– Təzə paltarlarının hamısı evdə durur. Köhnə paltarları yoxdu. Hamamda geyilən rezin şəpik, qətfə, dörd məhrəba, iş ayaqqabısı, bir də iş paltarı götürüb. Onları da yuyub yığmışdım ki, Şəkidən qayıdanda rahat olsun. Geyinib keçinməyi xoşlayardı.

 

 

Bayaqdan bəri boynunu büküb oturan Mehman kişi başını qaldırıb.

 

 

– A qızım, Qarabağda şəhid olsaydı, inan, bu qədər yanmazdım. Fəxr edərdim oğlumla. İraq, Suriya bizim nəyimizdi? Mənim nəslim-köküm Qarabağda döyüşüb. İndi nə ölüsündən xəbər var, nə dirisindən? Belə də dərd olar?

 

 

Yaşıdları kimi Mahmud da aktiv internet istifadəçisi olub. “Facebook”da hesabı da varmış. Yoxa çıxdığı gün bütün hesablarını dondurub. Sanki belə bir istifadəçi olmayıb heç. Ünsiyyətcil biri kimi yaxşı dostları da olub. Günü bu günə qədər də o dostlar Kütahi xala ilə əlaqə saxlayıb, halını soruşur, Mahmudu xəbər alırlar.

 

 

– Bu 10 ay ərzində heç bir dəfə də sizi axtarmayıb?

 

– Yox. Bu ilin fevralında telekanalların birindən efirə çıxmışdıq. Bir həftədən sonra kanaldan bizə bir nömrə verdilər ki, bəs oğlunuzla bağlı dünən Rusiyadan zəng eləmişdilər ki, Mahmud ordadı. İşləyir. Sevincək həmin nömrəyə zəng elədik, telefonu qapadı. İkinci dəfə zəng vurduq, cavab verdi. Dedim, bəs qardaş, mən Mahmudun atasıyam. Oğlumla danışmaq istəyirəm. Dedi, beş dəqiqədən sonra zəng edin. Beş dəqiqədən sonra zəng elədim, dedi, sizə bu nömrəni kim verib? Dedim, kanaldan. “Burda Mahmud adda adam yoxdu”, dedi və “odboy” verdi. Kanala dedik. Dedilər, yalan deyir. Bizə o nömrədən zəng gəlmişdi.

 

 

 

Anası yenə ağlayıb-sızıldayır:

 

 

– Pis uşaq olsaydı, heç axtarmazdım da.

 

 

 

– Gizli nömrədən zəng gəlib heç? Evə zəng edib susan…

 

 

– Bir dəfə də gəlməyib. Mahmudun işlətdiyi nömrəni polisə vermişik. Gələn və gedən zəngləri yoxlasınlar. Yoxlamırlar. 17-ci Polis Bölməsinə bizə deyirlər, oğlunuz cinayət törətməyib: “Əgər cinayət törətmiş olsaydı, biz onu İnterpola verib tapardıq. Yetkinlik yaşına çatmış adamdı. Azad insandı, harda istəyir, orda da yaşaya bilər. Biz ancaq cinayətkarları axtarırıq”.

 

 

 

– Oğlum mənim səsimi eşitsəydi, heç vaxt susmazdı, qızım. O bilir ki, anası onsuz yaşaya bilməz. Xəstə adamam, dözə bilmirəm, oğul. Hardasansa, çıx gəl evinə”, deyir və kövrəlir Kütahi xala. Sonra ərinə baxıb özünü bir təhər toparlayır. Burdan ona demək istəyirəm ki, evinə dönsün. Xahiş edirəm, qayıt evinə! İndən belə nə ömrümüz qalıb ki, onu da övlad həsrətiylə yanaq? Dön evinə, bala! Bu gün də yuxuma gəlmişdi. Başını aşağı dikib deyir, peşmanam. Balamsız yaşaya bilmirəm. On aydı gözümə yuxu getmir. Nə gecəm var, nə gündüzüm. Balamı istəyirəm! 

 

 

Dodağının altında “balamı istəyirəm!” deyə-deyə otaqdan çıxır. Hər ikisinin də üzündən çarəsizlik yağır. Oğullarını tapmaq üçün çalınası bütün qapıları döyüblər. Son ümid Lent.az-a qalıb. Bəlkə kimsə “Mahmudu gördüm” deyə.

Mahmudsa…

 

 

 

 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles