00:35 xeber – Əməkdar aktrisa Nahidə Orucova əməliyyatdan sonra danışıb
Nahidə Orucova ANS PRESS-ə keçirdiyi əməlliyat haqqında danışıb. Əməkdar aktrisa bildirib ki, əməlliyat yaxşı keçib və bu gün ola bilsin evə çıxacaq.
Aktrisa ona ziyarət edənləri də unutmadı: “Sənət nümayəndələri, aktyorlar, teatr işçiləri, müğənnilər, media nümayəndələri diqqət etdikləri üçün çox sağolsunlar”.
Bir neçə gün əvvəl aktrisa xəstəxanaya yerləşdirilib. O, varikoz damar genişlənməsindən əməliyyat olunub.
Nahidə Orucova
Nahidə Orucova 1 avqust 2012-ci il tarixindən Azərbaycanın əməkdar aktrisadır. 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülüb.
Aktrisa 1961-ci il iyulun 18-də Bakı şəhərində anadan olub. 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsini bitirib. Bir müddət Sumqayıt Dövlət Dram Teatrında işləyib. Orada işlədiyi müddətdə 50-ə yaxın tamaşada iştirak edib.
1993-cü ildə Ş.Qurbanov adına Musiqili Komediya Teatrına solist-vokalist vəzifəsinə təyin olunub. Səhnə ustasıdır.
mənbə :
anspress
Şərh yaz.