Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“Meni Qara Qarayeve yaxın defn edin…”

"Məni Qara Qarayevə yaxın dəfn edin..."

07/11/2015

09:20

09:16 xeber – Allah 1917-ci ilin 7 noyabr tarixində xalqımıza Tofiq Quliyevi bəxş etdi.

Tofiq Quliyevin bəslədiyi musiqilər dünyanın bir çox ölkələrində tanınır və sevilir. O həm də Azərbaycan caz və estrada musiqisinin banilərindən biri olub. Onun əsərlərini əfsanavi Bülbül, Rəşid Behbudov, Şövkət Ələkbərova kimi sənətkarlar ifa ediblər.

Tofiq Quliyevin mahnıları ilə bir neçə nəslimiz böyüyüb. Buna baxmayaraq onun sadəliyi istedadı qədər dahiyanə idi. Tez -tez onu şəhərdə piyada gəzən görmək olardı. Tofiq Quliyev 1990-cı ildən ömrünün sonuna kimi Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin sədri vəzifəsində çalışıb.

ANS PRESS “El” jurnalında tanınmış rejissor Eldar Quliyevin atası Tofiq Quleyevdən çap olunmuş xatirələrini oxucularımıza təqdim edir: (tam versiya ilə ANS Şirkətlər qrupunun məhsulu olan “El” jurnalın 2003-ci ilin 5-ci nəşrində tanış ola bilərsiniz- red.)

“Atamın başqa nəslin nümayəndəsi olduğu özünü çox şeydə göstərirdi. O müharibədən əvvəlki dövrün yetişdirmələrindən olub, dünyanı dəyişdirib başqalaşdırmaq xülayları, ümidləri ilə yaşayan nəsildən idi. Geniş erudisiyası, ədəbiyyət, müxtəlif incəsənət sahələri–rəssamlıq və heykəltəraşlıq haqqında olan bilikləri məni hər zaman valeh edirdi. Qeyri-adi, olduqca zəngin kitabxanasına isə mən səmimi şəkildə həsəd aparırdım. Yadımdadır 70-ci illərin sonlarında ilk dəfə idi ki, Kafkanın əsərlərinin bir cildi məhdud tirajla nəşr olunmuş və Bakıda az qala siyahı ilə paylanırdı. Atam bu nəşrin nadir sahiblərindən idi və mən öz növbəmdə, ən ağlagəlməz vasitələrlə həmin kitabı mənimsəmək istəyirdim. İş o yerə çatdıki, atama xahişimi əsaslındırmaq üçün hətta:” Qızlarım Kafakanın kitabını yastıqlarının altına qoymasalar, yuxuya gedə bilmirlər”,- deyirdim. O da ki, guya bu sözlərimə inanıb həmin kitabı mənə bağışlamışdı.

Tofiq Quliyev nəticəsi Ayanla

Atam detektiv oxumağı çox xoşlayardı. Ümümiyətlə, müsiqi ilə yanaşı ədəbiyyatla da hər zaman yaxından maraqlanan adam idi. Ədəbiyyət aləmində baş verən bütün yeniliklərdən birinci xəbər tutardı. Hansısa bir dərgidə – istər paytaxt nəşrində, istərsə də əyalət jurnalında maraqlı detektiv dərc edilirdisə, tez o jurnalı alır, kəskin janrda yazılan kitablar kolleksiyasına əlavə edərdi.

Atamın dostları arasında hər sahədən adamlar vardı. Bununla belə o heç zaman maraqlanmazdı ki, oturub -durduğu adam kimləndəndir və hansı peşənin sahibidir. Atam üçün vacibi olanı ilk növbədə insanın özü, onun daxili keyfiyətləri idi. Dostları arasında sürücü də, akademik də ola bilərdi. Maraqlı bir ənənəsi vardı. Hər ayın müəyənləşdirilmiş bir bazar günündə Bakının meri Əliş Ləmbərənski, baş memarı Mikayil Üseynov və atam Mikayıl müəllimin evində yığışıb süfrə açar və nahar edərdilər. Mikayıl müəllim gözəlliyin aşiqi idi. Buna görə süfrəni xüsusi səliqə və qeyri-adi məharətlə bəzəyərdi.

Təbii ki, belə görüşlər bayağı içki məclisi olmayıb, ruhən, dünyagörüşcə yaxın olan insanların fərqli bir ünsiyyətinə çevrilərdi. Onu da deyim ki, atamın çox böyük cazibə qüvvəsi var idi. Bu səbəbdən o, müxtəlif məclislərdə özünə pərəstişkar tapırdı. Royalda həm klassik, həm milli, həm də caz əsərlərini gözəl ifa edir, özünü dartmır və cürbəcür adamlarla asan dil tapa bilirdi. İndinin özündə də küçədə mənə tanımadığım yaşlı insanlar yaxınlaşıb, atamın onlara tanış olduğunu, onlara nə vaxtsa kömək etdiyini söyləyirlər. Atam heç zaman ehtiyacı kəslərdən öz yardımını əsirgəmirdi.

Mənimlə çox ciddi davranırdı. Heç vaxt ağızdolusu tərifləməzdi, boş yerə ürək-dirək verməzdi. Gənc ikən fizikaya meyil etdiyimdən bu sahənin dalıyca düşüb, fizik olmaq arzusunda idim. Sonra birdən -birə fikrimi dəyişdim və kinomotoqrafiya sahəsinə baş vurdum. Atam buna ehtiraz etmədi, lakin sevinmədi də. Bununla belə, başqalarının istedadına və uğurlarına ürəkdən sevinməyi bacaran adam idi. Bu baxımdan, başqalarından fərqli olaraq o, gənc istedadların simasında özünə rəqib görmürdü. Əksinə, gənclər arasında hörmət qazanıb, onlara dəstək olmağa çalışırdı.


Tofiq Quliyev iş zamanı

Kino işində ilk addımlarımı atanda atam məsləhət gördü ki, özümə bir qrup yaradam. Sonralar mən dəfələrlə onun şahidi oldum ki, kinoda həmfikirlər qrupunu, kollektivini yaratmaq həqiqətən də çox vacib məsələlərdəndir. Atam deyirdi ki, öz yaşıdlarınla işləsən daha yaxşı olar və bu məsləhətlər həqiqətən də özünü doğrultmış oldu. O illərdə Qara Qarayevin oğlu Fərəclə və Polad Bülbüloğluyla işləyirdim. Qəribədir ki, atamla hər ikimiz kino aləmində paralel çalışsaq da, bir dəfə də olsun bərəbər işləmədik. Hətta bir dəfə buna imkan yaranmışdı. “Babək ” filmini tanınmış rejissor Həsən Seyidbəyli lentə almalı idi. Artıq filmin yaradıcı heyəti təstiqlənmiş və hazırlıq işləri başlanmışdı. Filmin bəstəkarı Tofuq Quliyev olmalı idi. Həmin vaxt Həsən müəllim xəstələndiyindən rejissor işini mənə tapşırılmışdı. İlk dəfə mən atamla bir filmdə işləməli idim. Həmin vaxt Polad Bülbüloğlu:”Tofiq əmi olan yerdə mənim musiqi yazmağım düz olmaz”,- demişdi.

Artıq məsələ həll olunmuşdu. Bir axşam evdə oturmuşdum. Birdən telefon zəng çaldı, atam idi. Hal -əhval tutandan, ordan-burdan danışandan sonra keçdi mətləbə və dedi:

-Gəl filmin bəstəkarı məsələsini həll edək.

Təəcübləndim ki, axı bu məsələ artıq həll olunub.

– Yox , bilirsən, sənin öz dostların, yaradıcı qrupun var. Gəl mən bu işdən imtina edim. Nəyə görə kiminsə yerini tutmalıyam? Özü də sənin əla bəstəkarın var.

– Nə danışırsan! Polad deyir onun üçün şərəfdir ki, bu filmin bəstəkarı sən olasan!

– Yox, artıq həll etmişəm. Həm də ki axı əvvəldən Həsən Seyidbəyli ilə işləməli idim. O mənim cavanlıq dostumdur. İndi onun çəkəcəyi filmdə sənin ilə işləsəm, yaxşı çıxmaz və onu doğru anlamaz.

Nə isə, Atamın bu sözlərindən sonra mən də çox təkid etmədim. Onun gətirdiyi arqumentlər kifayyət idi.

Bir dəfə də bizim əməkdaşlığımız haqqında atama radioda sual vermişdilər. O da cavabında demişdi ki, “Eldar mənim oğlumdur. Əgər biz bərabər işləsəydik, o, atası olduğuma görə mənə hər hansı bir iradını söyləməkdən çəkinərdi və bundan yalnız film uduzardı. Və əksinə, əgər iradını açıq bildlirsəydi, rejissor olduğunu unudub ona bir sillə ilişdirərdim” Bununla atam gələcək əməkdaşlığımıza birdəfəlik qərar vermiş oldu.


Tofiq Quliyev və Polad Bülbül oğlu

Polad Bülbüloğlu: “Tofiq əmi olan yerdə mənim musiqi yazmağım düz olmaz”,- demişdi.

Dediyim kimi, atamım çox yaxşı dostluq etmək qabiliyyəti var idi. Dostları arasında həmvətənlərimiz, həm də müxtəlif millətlərin nümayanləri olardı.

Sovet dövründə atam bir çox respublikaların nümayəndələri ilə yaxından dostluq edirdi. Bəstərarlar arasında Tixon Xrennikov, Nikita Boqoslovski, Rodion Şedrin, və Andrey Petrovla çox səmimi münasibət vardı idi.

90-ci illərin qanlı faciələrindən sonra o, “Rekviem” xarakterli bir əsər yazmaq fikrinə düşmüşdü. Bu əsər həm bu hadisələr zamanı şahidi olduqları haqqında, həm də gənc ilkən vəfat etmiş qızı haqqında olmalı idi. Həmin əsəri o bir növ “laylay” formasında təsəvvür edirdi. Mən təklif etdim ki, əsərə bir videotəsvir də əlavə edək. Görünür ki, mənim də taqsirim var ki, həmin vaxt bu məsələdə təkid etmədim və atam bu əsəri yazmadı. Bəlkə də, arxivində işıq üzü görməmiş həmin əsərin ayrı-ayrı parçaları durur? Bilmirəm.

Atam dəyər-qiymətini çox gözəl anlasa da, heç zaman yersiz iradlarla çıxış etməzdi. Yadıma gəlir 1992-ci ildə – 75 yaşı tamam olanda ona təmtərəqli yubiley gecəsi keçirmək istəyirdik. Onda o, üzün müddət razılıq vermirdi və hey deyirdi ki, belə zamanədə yubiley, bayram gecəsi keçirmək yersizdir. Onda biz çox təkid etdik və nəhayət, uzun söz -söhbətdən sonra atam razılaşdı. İndi çox yaxşı yadıma gəlir ki, gecə axırıncı mahnı çalınanda bütün zal bir nəfər kimi ayağa qaxıb, onu alqışlamağa başladı. Onda atam çox təəccübləndi və konsert qurtarandan sonra mənə dedi ki, gördün camaat necə ayağa qalxdı?

Həddindən artıq təvazökər idi. Halbuki yalnız bir neçə mahnısı ilə öz adını qızıl hərflərlə musuqi tariximizə yazmış ola bilərdi. Özü də bu mahnıları çox gənc yaşlarında bəstələmişdi. Məsələn, “Üzüyümün qaşı firuzəndir”mahnısını atam 27 yaşında bəstələmişdi. Bu mahnı 1944-ci ildə yazılmış və yalnız 10 ildən sonra “Bəxtiyar” filminə daxil edilmişdi. “Sənə də qalmaz” mahnısını da gənc yaşlarında yazmışdı.

Mənə elə gəlir ki, atam bu ölməz əsərləri hansısa hissin, duyğunun təsiri altında bəstələmişdi. Çox güman ki, buna konkret bir həyatı əhvalat da stimul vermişdi. Ona görə ki, insan varlığının belə zərif və incə duyğularını bu cür bənzərsiz formada təsvir etmək üçün sənətkər mütləq aşiq olmalıdır.

Məsələn dahi Puşkinın Anna Pavlovna Kernə yazdığı ” Mən sizi sevirəm” şerini xatırlayıb görərik ki, yaradıcı şəxsiyyət üçün mütləq bir ilham mənbəyi olmalıdır. Bəlkə bunun üçün hər hansı qarşılıqlı hiss də şərt deyil.

Ölüm haqqında düşünmürdü. Yalnız bir dəfə, ölümünə təxminən 5 il qalmış məni çağırıb dedi:

-Əgər məni birinci xiyabanda dəfn etməli olsalar çalış ki, Qara Qarayeva yaxın olum. Başqalarından çox onunla yanaşı olmaq istəyərdim.


Tofiq Quliyev və Qara Qarayev

Mən etiraz edib dedim ki, bu nə söhbətdir edirsən? Heç ölümü özünə yaxın belə qoyma. Onda cavab vermədi. Ancaq rəhmətə gedəndən sonra atamın arzusunu həyata keçirdim və Qara Qarayevin yanında dəfn etdim.

Qarayevlə çox səmimi münasibətləri, qarşılıqlı hörmətləri var idi. Atamın bu xoş münasibəti Qarayevin oğlu Fəracə də sirayət etmişdi. Yadımdadır, atam haqqında bir sənədli film çəkmək fikrinə düşmüşdüm. Özü də istəyirdi ki, bu filmi məhz mən lentə alım. Filmin bir çox epizodları artıq çəkilmişdi. Bir gün atam mənə dedi ki, filmə mütləq Fəracı da çəkmək lazımdır: “Qara filmdə yoxdur, onun yerinə mütləq oğlu Fərac olmalıdır. Onu da mənimlə birlikdə çəkin”. Təbii ki, Fərəc özü də çox maraqlı və dəyərli insandır, amma atamın arzusunda onun məhz Qara Qarayeva qeyri adi münasibəni özünü göstərirdi.

Düşünürəm ki, atamın təmsil etdiyi nəsildə yaradıcı şəxslər arasında nə qədər dedi-qodu, söz-söhbət olsa belə, o dövrün insanları, hər halda, bir -birinin qədrinin bilirdilər. Təəssüf ki, indiki dövrədə bir çoxları bu qabiliyyəti itiriblər… ”

Tofiq Quliyevin 80 – illiyinə həsr edilmiş yubiley gecəsində ümumilli lider Heydər Əliyev təbrikində demişdir “Azərbaycan xalqı bəşəriyyətə çox görkəmli insanlar – şairlər, yazıçılar, alimlər, sərkərdələr, siyasətçilər bəxş etmişdir. Əziz Tofiq, onların sırasında sənin xüsusi layiqli yerin var.” Bundan yaxşı nə demək olar ki?


Tofiq Quliyevin 80 – illiyinə həsr edilmiş yubiley

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Tofiq Quliyev Bakıda çoxuşaqlı ailədə anadan olub. Son dərəcə yüksək musiqi istedadına malik olması onu 12 yaşında Azərbaycan Dövlət Konservatoriyası yanında peşə məktəbinə, 1934-cü ildə isə Konservatoriyaya daxil olmağına imkan yaradır. O həm İ.S. Aysberqin sinfində fortopiano, həm də S.Q. Ştrasserin sinfində dirijorluq dərsi alırdı.

1936-cı ildə konservatoriyanı bitirən Tofiq Quliyev Üzeyir Hacıbəyovun təşəbbüsü ilə təhsilini davam etdirmək üçün Moskva Dövlət Konservatoriyasına göndərilib. Bir müddət Azərbaycanın gələcək dahi bəstəkarı professor Neyqauzenın fortopiano sinifində məşq edir. Tezliklə orada A. Tfasmanın rəhbərlik etdiyi orkestrdə pianoçu işləməyə başlayır.

1939-cu ildə bəstəkar Bakıya qayıdıb.

mənbə :
anspress




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles