Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Azerbaycan “emirlik”, ve ya “vilayet” deyil… olmayacaq! – ÇAĞIRIŞ

Azərbaycan “əmirlik”, və ya “vilayət” deyil... olmayacaq! - ÇAĞIRIŞ

07/11/2015

12:38


07.11.2015 / 12:35 xeber –

"Onlar özlərindən başqa kimsəni haqlı bilmirlər, çünki haqq bu adamlar üçün yalnız öz qənaətləri, bir də haqsızlığı haqqa çevirməyi ideologiya kimi təqdim edən təbliğatı quranlara inamdır. Onların saqqallarının altından bəzən çox fərqli bayraqlar görünür"

(Məhəmməd Siddiq, "İslamdan danışanlar")

 

"Bu, əsl islam deyil". Tanış, geniş yayılmış ifadədir. Dünyanın müxtəlif yerlərindəki radikal islamçı təşkilatlar, qruplaşmalar, terror qrupları, dəstələr, hərəkatlar barədə danışanda, "Cəbhət əl Nüsra", "Boko Haram", "Əl Qaida", İŞİD, "Ləşkəri Taiba", "Taliban" və daha onlarla, bəlkə də yüzlərlə islamçı təşkilatların əməllərinin yer aldığı videolar nümayiş olunanda, fotolar paylaşılanda belə deyilir.

 

Bu terrorçular islamdan danışsalar da, ayələr və surələr söyləsələr də, hədislərə və Qurana istinad etsələr də, gerçək islamdan həddən ziyadə uzaq olduqları söylənilir.
Əslində, gerçəkdir. Belələri islama qulluq etmək əvəzinə islamı öz alətlərinə çevirməyə, Quranı oxuyub anlamaq yerinə bu kitabı oxumayıb anlatmağa çalışırlar. 
Terrorçular "cihad" etdiklərini düşünürlər.

 

Radikal islamçıların qəti qənaətlərinə görə, yaşadığımız planet, kürreyi-ərz iki hissədən ibarətdir ki, "dar ül islam"da möminlər yaşayır, "dar ül hərb" adlandırılan məkanlar isə mütləq istila olunmalı, oradakı dövlətlər məhv edilməli, hakimiyyətlər devrilməli və hər yanda "Şəriət qaydaları" bərqərar olmalıdır. Fəqət ki, pırtlaşıq saqqallı "mömin"lərin bəhs etdikləri "Şəriət qaydaları" elə Şəriətin özünün qətlinə yönəlib: nədən ki, Şəriət insanın haqqını qoruyur və haqqı, ədaləti insana bərabər tutur, bu səbəbdən gerçək, əsl islam silahlı, çılğın baxışlı, tez-tez "Təkbir!" hayqıran adamların təhtəlşüur qatlarındakı nifrət obyektidir.

 

Azərbaycanda son vaxtlarda din adı ilə pərdələnmiş radikal qruplar və şəxslərin fəallığı artıb. Onlar iki düşərgəyə parçalanıblar.
 

Bir tərəfdə kütlənin "vəhhabilər" adlandırdıqları "sələfi"lər, yəni "sələfiyyun" təriqətinin mənsubları ki, onlar darbalaq şalvarları, uzun saqqalları, "İslam Xilafəti" barədə refren halını almış danışıqları ilə fərqlənirlər.

 

Belələrini radikallıqdan, hətta ekstremizmdən sadəcə, bir addım ayırır və onların bir parası da "Xilafət" idefiksi, illüziyası, hətta ximerası üçün Suriyaya, İraqa, Əfqanıstana, hətta Yəmənə vuruşmağa yollanır, özlərini "mücahid" adlandırırlar.
 

Sələfilərin antoqonistləri, qarşı tərəfində duranlar "Əsl Əhli-Beyt aşiq"ləridir ki, bu şəxslər də islamın, bəlkə də inkişafa, tərəqqiyə, elmə, tolerantlığa və müasirliyə ən meylli məzhəbi olan şiəliyin radikallaşdırılmış formatıdır.

 

Azərbaycandakı radikal dindarlar parçalandıqlarını, düşərgələrə bölündüklərini düşünsələr də, bir-birlərini "münafiqlər", "sələfiyyun uşaqları", "rafizilər", "xəvaricilər", "müşriklər" adlandırsalar da, əslində bir mikrosxemdəki eyni funksiyalı çiplər təki, bir-birlərinə bənzəyirlər, bir-birlərinin təkrarı və eyniləridir.

 

Onlar Azərbaycandakı vəziyyəti pozmaq, ölkəni ən yaxşı halda Livan, ən pis halda Suriya və ya Yəmənə, İraqa, Liviyaya döndərmək istəyən dövlətlərin, təşkilatların, siyasi və maliyyə qüvvələrinin əllərində alətə çevrildiklərinin fərqinə varmırlar.
 

Bərəlmiş gözlər, "Allahu-əkbər!" qışqıran ağızlar, vurmağa hazır yumruqlar, düşərgə mənsubiyyətindən asılı olaraq hakimiyyətin "Taqut nökərləri" və ya "Yezid qulluqçuları" adlandırılması, polis idarələrinin qarşısına yürüşlər, məscidlər və ibadət məkanlarının, səcdəgahların qarşısında aksiyalar cəhdləri, sosial şəbəkələrdə kütləvi itaətsizliyə çağırışlar – bütün bunlar alınan sifarişlərin, əmrlərin, pulların müqabilində görülən işlərdir.

Əksi mümkün deyil və belə düşünən varsa, sadəlövhdür.
 

Əhalisinin əksəriyyəti müsəlmanlar olan bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da dindən hakimiyyətə sərt təzyiq vasitəsi qismində istifadə etmək, radikal dindarları alətə çevirmək və küçələrə çıxarmaq, qanun pozuntuları və ya cinayətə görə həbs olunmuş islamçını "ictihad yolçusu", "əzabkeş", "mücahid" kimi qələmə vermək artıq sınaqdan çıxarılmış metodlar arasındadır.
 

Hər iki tərəfi birləşdirən "dəyər"lər çoxdur və onların arasında əsas yeri Azərbaycandakı mövcud hakimiyyəti devirmək istəyi tutur.

 

Gərçi sələfilər "İslam Xilafəti" və ya öz təbirləri ilə desək, "Dövla İslamiya"nın yaradılmasını sidq-ürəkdən arzulayıb Azərbaycanı da bu efemer xülyada "əmirlik" kimi görürlərsə, qarşı tərəf ölkəmizi "Fiqh və Şəriətlə idarə olunan vilayət" təki arzulayır.
Zahirən "qəvi düşmən", batində isə ideoloji, təşkilati, struktur və metodologiya baxımından əkiz olan bu iki cərəyanı yönəldən, maliyyələşdirən, idarə edən güclərin yalnız Şərqdə olduğunu düşünmək gərək deyil.
 

İlk baxışdan paradoksal görünə bilər, amma reallıq budur ki, ölkəmizdə din pərdəsi altında fəaliyyət göstərən radikal qruplaşma üzvlərinin sayı az deyil. Onların aksiyalarının təşkilati baxımdan təkrarlanması, şüar və çağırışların dəyişməməsi heç də "tələblərin yerinə yetirilmədiyi üçün dəyişikliklər olmaması" ilə bağlı deyil.

 

Radikalların aksiyalarına, hər belə etiraz çıxışından əvvəl sosial şəbəkəllərdə və bu "dindar"ların yaratdıqları saytlardakı təbliğat materiallarına, təşviqat üsullarına fikir versək, eyni dəst-xətt aşkar görünür.
 

Həmin ssenari əvvəlcə Balkan yarımadasında, sonra postsovet məkanının bir neçə ölkəsində, daha sonra Şimali Afrika və Yaxın Şərq ölkələrində sınaqdan keçirilmiş, reallaşdırılmışdı. 

 

Müxtəlif adları olsa da, hər dəfə "inqilab"dan, "mövcud hakimiyyətdən cana gələn geniş xalq kütlələrinin etirazları"ndan bəhs olunurdu və baş verənlər "adi vətəndaşların səbr kasasının daşması" kimi qələmə verilirdi.
 

"Mülayim hərəkat", "narıncı inqilab", "qızılgüllər inqilabı", "lalələr inqilabı" sonradan "ərəb baharı"na təkamül etsə də, proseslərin konstruktiv məhvəri sabitdi: kənardan idarə olunan və məharətlə bir istiqamətə yönəldilən kütlə hakimiyyəti devirir, "müstəbid rejim"dən qurtulur – amma sonrası pis olur.

 

Yəni sonra Liviya, İraq, Yəmən, Ukrayna, Qırğızıstan, Tunis, Əlcəzir olur ki, həmin ölkələrdəki vəziyyət göz qarşısındadır.
 

Azərbaycan müsəlman ölkələri arasında tolerant, dünyəvi, Şərq və Qərbə eyni səviyyədə meylli, inkişafa can atan, ən başlıcası isə böyük güclərin əlində alət olmayıb müstəqil siyasət yürüdən ölkədir və elə bu səbəbdən də Şərqdəki çeşidli radikal-terrorçu hərəkatlarla yanaşı, Qərbdəki "beyin mərkəzləri"nin hədəfindədir.

 

Azərbaycanda radikal islamçıların, din adı ilə pərdələnmiş qruplaşmaların kütləvi iğtişaşlar törətməsi rəsmi Bakıya illərdən bəri təzyiq göstərən, ölkəmizi "ram etmək" istəyən Qərb ölkələrinin də birbaşa marağındadır.
 

Çünki həmin dövlətlər, güclər Azərbaycanın sosial, institusional, iqtisadi, ictimai, mədəni yaşamının uzunmüddətli böhranına, dəyərlərin eroziyasına nail olaraq "cihad" və "möminlərin mübarizəsi" adı ilə ölkəni sözün əsl mənasında çökdürməyə çalışırlar.

 

Artıq hər şeyi öz adı ilə çağırmaq gərəkdir: Azərbaycanda sünnilərlə şiələr arasında qarşıdurma yaratmaq, qardaşı qardaşın üstünə qaldırmaq, ölkəni qan gölünə, parçalanmış məkana döndərmək və sonra da bu zəlil vəziyyətə düşmüş insanları "xilas" adı ilə idarə etmək istəyirlər.

 

Budur məqsəd.

 

Ölkədə guya "iki əks qütbə" bölünmüş təki bağışlayan radikal islamçı qruplaşmaları və dəstələri birləşdirən məqam da teonomizm, yəni Şəriət normalarının bütün qanunlardan və Konstitusiyadan üstün sayılmasının gərəkli olması prinsipidir.
 

Bu, fundamentalizm, teokratizmdir ki, sonrakı mərhələ hər hansı uzunmüddətli sonuclar nəzərə alınmadan düşmənə mümkün qədər ağır zərbə vurulmasını, xəsarət yetirilməsini hədəfləyən terrorizmdir.

 

Radikal islamçılıq, fikrimcə, faşizm və kommunizmdən sonra üçüncü totalitar ideologiyadır ki, çağdaş həyatın problemlərinə absurd, sərsəm formada orta əsrlər yanaşmasını təklif edir. Retroqrad, xurafatçı, aqressiv olan bu ideologiya "cihad" və ya "Şəriətin bərqərarı" adına hər zorakılığa haqq qazandırır.

 

Məhz bu səbəbdən radikal islamçılığın ifrat ideoloji mahiyyəti qadın və kişilərin bərabər hüquqlarını, fikir və söz azadlığını, əhalinin tam savadlılıq səviyyəsini nifrətlə rədd edir, müsəlman orta əsrinin aqressiv-utopik bərpası ideyalarını şüarlara, çıxışlara və nitqlərə hopdurur.

 

Radikal islamçılıq ənənəvi, əsl islamın mutasiya etdirilmiş, tənəzzül olunmuş formasıdır.
Ona görə də Azərbaycanda kütləni küçələrə çağıran, dini mərasimlər, ayinlər və bayramlar zamanı çeşidli rəngdə bayraqlar qaldıraraq yürüşlər edənlər həm də olduqca təhlükəli fiqurlardır.

 

Belə aqressiyanın qarşısının alınması, təhlükənin dəf edilməsi üçünsə din mütləq şəkildə – Konstitusiyada göstərildiyi təki – dövlət idarəetməsindən və qurumlarından ayrı tutulmalıdır.
 

Azərbaycan əhalisinin əksəriyyəti müsəlmandır, dinimiz islamdır, amma bu, dövlətin islam dininin şərtləri və qaydaları əsasında idarə olunması xülyalarının bəslənməsi anlamına gəlməməlidir.

 

Ölkəmizdə dini dözümlülük, tolerantlıq var. Amma bununla bahəm, dindarlar da dözümlü olmalı, dövlətin qaydalarına və qanunların tələblərinə riayət etməlidirlər.
Dinin şərtlərinə riayət etdikləri təki.

 

Azərbaycanda din dövlətdən ayrıdır. Amma dövlət dini özündən ayırmadığı, iraq tutmadığı üçün, ölkəmizi İraqın halına salmağa çalışanlara qarşı sivil mübarizə üsulları seçilməli, onların qanunun ayırdığı yoldan sapmalarının qarşısı alınmalıdır. Sivil mübarizə zamanı dinlə pərdələnmiş radikalların onsuz da zəif bazaları sarsılır, istinad dayaqları dağılır və onlar məğlub olurlar.
 

Onu da unutmayaq ki, artıq real tədbirlərin görülmə zamanıdır.

 

Çünki Suriyada, Liviyada, Yəməndə, İraqda proseslər məhz bir-iki dəstə radikal dindarın yürüşləri ilə başlanmışdı. 

Azərbvaycanda yürüşlər və mərasimlər keçirən dindarlarasa sualım var: siz ki, belə vətənpərvər, mömin, münəvvər və qeyri məziyyətlər sahiblərisiniz – nədən aksiyalarınızda Azərbaycan bayraqlarına nadir hallarda rast gəlinir, dövlət atributlarımızısa ümumiyyətlə görmək mümkün deyil?

 

Sizdən istifadə olunduğunu, Qərb, Fars Körfəzi ölkələri və başqa "müəllif"lərin oyunlarına gəldiyinizi hələ də anlamayıbsınızmı?

 

(Milli.az)

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website