10:15 xeber – Rusiyada Azərbaycan vətəndaşından 1 kiloqramdan çox narkotik vasitə hesab edilən heroin götürülüb.
Azadlıq.az xəbər verir ki, anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Vladivostokda qeydə alınıb.
Belə ki, narkotiklərə qarşı mübarizə polisi Vladivastok vilayətində Nadibadze küçəsində, dəniz sahilində narkotik alqı-satqısı ilə məşğul olan vətəndaşı saxlayıblar.
Polis əməkdaşları saxlanılan şəxsdən polietilen kisədə çəkisi bir kiloqramdan çox heroin aşkar ediblər. Narkotik vasitə götürülən şəxs dərhal həbs edilib.
Aparılan araşdırmalar zamanı tutulan Azərbaycan vətəndaşının narkotik alqı-satqısı ilə məşğul olan mütəşəkkil cinayətkar qrupun üzvü olduğu müəyyən edilib.
Saxlanılan şəxs barəsində cinayət işi açılıb, araşdırmalar aparılır.
Azərbaycan vətəndaşından götürülən narkotik vasitə
10 gün əvvəl də Rusiyada taksi fəaliyyəti adı altında fəaliyyət göstərib narkotik satan qrup üzvləri saxlanıb. Aparılan araşdırmalar zamanı onlardan birinin azərbaycanlı olduğu müəyyən edilib. Taksi fəaliyyəti ilə məşğul olan şəxslər şəxsi maşınlarını taksi kimi işlədərək sərnişindaşıma adı altında heroin satışı ilə məşğul olublar.
Polislər uzun müddət izlədikləri şəxslərin narkotikin növbəti hissəsini apardığını biliblər və onu saxlayıblar. Baxış zamanı avtomobilin sərnişin oturacağının altında 500 qramdan çox heroin və bir ədəd travmatik tapança tapılaraq götürülüb. Həmin şəxslərin mənzillərinin axtarışı zamanı da onlardan ümumi çəkisi 700 qramdan çox olnarkotik vasitə aşkar edilərək götürülüb.
Dəstə üzvlərini 20 il azadlıqdan məhrumetmə cəzası gözlədiyi bildirilir.
mənbə :
anspress
Şərh yaz.