Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Qezenfer Paşayev: “Kimese bir yaxşılıq eleyende, inanın ki, yaşayıram”

Qəzənfər Paşayev: “Kiməsə bir yaxşılıq eləyəndə, inanın ki, yaşayıram”

10/11/2015

13:34


10.11.2015 / 13:31 xeber –

… Mən xoşbəxt adamam. Xoşbəxtlik insana nəsib olursa, bu, çox böyük işdir. Mən iki yüzilliyin, iki minilliyin qovşağını yaşamışam. Azərbaycanın müstəqilliyini görmüşəm. Bütün xoşbəxtliklər keçəridir, ötüb gedir. İki xoşbəxtlikdən başqa. Biri odur ki, Vətən azad olsun, xalq azad olsun, müstəqil olsun. Onun töhfələrinin bəhrəsini biz dəririk. İkinci də, insan o vaxt əbədi xoşbəxt olur ki, övladlarından yarısın…

 

…Xaricdə işləyən vaxt həmişə ürəyimdən qara qan axırdı ki, İlahi, niyə bizim dövlət başçılarımız olmasın, başqa yerlərə getməsinlər, bizim bayrağımız dalğalanmasın, himnimiz çalınmasın, xarici ölkələrdə tanınmayaq… Mən xaricdə işləyəndə də rus koloniyası yazılırdı və yeganə ona qarşı çıxanlar ukraynalılar idi ki, niyə rus koloniyası, sovet koloniyası, sovet mütəxəssisləri deyilir?…

Onları mən görürdüm. Adam da ki, qandı, anladı, o böyük dərddir. Qanmamağa nə var ki…

 

…Nostradamus yazır ki, mən dünyada iki qüvvəyə inanıram. Yaradana və təbiətə. Yaradan və təbiət bir bütövdür. Mən 1956-cı ildə məktəbi qurtarıb gəldim universitetin tarix fakültəsinə. 368 nəfərdən 27 nəfər qaldıq. 2 nəfəri – Aşqabaddan bir qızı və məni şərti götürməli oldular. Dedilər, yanvar ayına qədər sizə nə təqaüd verəcəyik, nə də ki, yataqxanada yer. İndi o dövrü, yəqin ki, təsəvvür edərsiniz. Çox çətin idi. Mən qayıtdım getdim kəndə…

 

…İkinci il gələndə, mənim müəlliməm var idi, Mədinə xanım, bakılı idi. İngilis dilindən dərs deyirdi. Dedi: “Oğlum, sən axı ingilis dilini yaxşı bilirsən, niyə ora getmirsən, get, orada gələcəyin olacaq”. Gəldim ingilis dili fakültəsinə girdim. 4-cü kursda oxuyanda, taleyin qisməti də var, mən bunu deyirəm, yaxşı oxuyan tələbələrdən bir neçə nəfər, həm gərək rus dilini bilə idi, həm də gərək ingilis dilini bilə idi. Bir neçə nəfəri xaricdə tərcüməçi işləmək üçün hazırladılar. 3 nəfər yoldaş – Söhrab Əliyev, Qəzənfər Məmmədov və bir də mən Qəzənfər, Qəzənfər Paşayev, dedik  ki, üçümüz də İndoneziyaya gedirik”…

 

… Bir dəfə Axundov adına kitabxanaya getmişdim. Fəlsəfə elmləri namizədi Davud Dəmirli mənə dedi ki, Qəzənfər müəllim,  “Azərbaycan” jurnalının 9-cu nömrəsində Rəsul Rzanın məqaləsi çıxıb, “Uzaq ellərin yaxın töhfələri”, oxudunmu?  1961-ci il idi. Bəxtiyar Vahabzadə, Qasım Qasımzadə və  Rəsul Rzadan ibarət ilk Azərbaycan nümayəndə heyəti İraqa gedib Füzulinin qəbrini, daha sonra Kərkükü ziyarət etmişdi. Onda Ata Tərzibaşının üçcildliyi çıxmışdı, “Kərkük-xoryat bayatıları”,  Rəsul Rza onun əsasında yazmışdı  “Uzaq ellərin yaxın töhfələri”  məqaləsini. Mən jurnalı götürdüm oxudum. Bu, bir dissertasiyaya sığmayan böyük bir iş idi. Qaçdım gəldim. Yalvardım ki, məni İraqa göndərin, İndoneziyaya getmirəm. Amma bayaq  o yerləri elə istəyirdim ki, gedim o yerləri görüm, nələr var orda… Mən İraqa belə getdim…

 

… İraqa getməmişdən əvvəl 4-cü kursda oxuyanda Qulam Bağırov adlı müəllimimiz var idi. Sibirdən, sürgündən gəlmişdi. Mikayıl Azaflı elə-belə yazmırdı ki:

 

Qoca Azaflıyam, dilim var, lalam,

Təbrizdə qardaşım, Sibirdə balam,

Elə bir dərd varmı, çəkməmiş olam,

Bax onlar ağartdı saçımı mənim.

 

Bax, saçımız oradan ağarırdı ki, xalqın düşünən beyinlərini məhv edirdilər açıq şəkildə. O Qulam Bağırov da çox böyük bir alim idi.  Gözəl insan idi.  Dedi, get sən Dilçilik İnstitutuna. Dedi ki, akademik Şirəliyevə demişəm. Səni işə götürəcəklər orada. Hələ 4-cü kursda oxuyuram. Akademik Şirəliyevin yanına getdim. O dedi ki, bala, hazırlaşırsan İraqa, bu, böyük şansdır. Orada azərbaycanlılar yaşayır. Onların dialektini tədqiq elə. Mənim mövzumu da  təsdiq elədilər: “Azərbaycan dilinin Kərkük dialekti”.

 

… Mən getdim İraqa. Kərküklülərlə tanış oldum, yaxın oldum. Orada Ata Tərzibaşı ilə tanış oldum. Mən onu ustadım hesab edirəm. O dedi ki, sən  dialekti folklorsuz eləsən, o, duzsuz yemək kimi, şəkərsiz çay kimi  bir şey olacaq, gərək, sən bunu bir yerdə eləyəsən. Böyük işlər buradan başladı. Buradan sonrası isə adamın çalışqanlığından asılıdır. Həyatda hər şey zəhmətlə bağlıdır…

 

… Məni ən çox sevindirən həm də bu olub ki, 1968-ci ildə mənim kitabım çıxıb – “Kərkük bayatıları”. Qoy, bir şey də deyim. 1960-cı il idi. 3-cü kursda oxuyurdum. Bir məqalə yazmışdım. Yusif Şirvanın “Şəfəq” romanı var idi… Oxudum, gördüm ki, kənd həyatı burada o qədər də güclü işlənməyib. 12 vərəqli dəftər götürdüm. Bir məqalə yazdım, getdim “Azərbaycan gəncləri” redaksiyasına. Redaksiyada bir nəfərin yanında oldum. Dedim, bu kitabı gətirmişəm. Kənd həyatı burada yoxdur. Soruşdu ki, yazında tərif var, dedim, yox. Dedi, get, bir az da tərif yaz, gətir. Sonra bildim ki, o, həmin şöbənin müdiri, mənim sonra əziz dostum, müəllimim olacaq akademik Bəkir Nəbiyev imiş…

 

… 3-cü kursda oxuyuram. Süleyman Rəhimovun 60 illiyidir. Tələbələr adından çıxış etməyi mənə həvalə etdilər. Çıxış eləyəndə “ Saçlı” romanı barədə dedim  ki, bu roman çıxanda mən oxumağı bacarmırdım. Hələ məktəbə getmirdim də. Dayım oğlu var idi, İsfəndiyar, indi də durur. Polkovnikdir. İsfəndiyara dedim, oxu mənə “Saçlı”dan, mən mənə düşən qənd payımı da sənə verəcəyəm, pendir payımı da, şor payımı da. O da oxuyurdu. Elə bunu danışmışdım, Nəbi Xəzri dedi ki, o vaxt  “Saçlı” yox idi. Süleyman Rəhimov haqqın tərəfini saxladı. Dedi, bu balam düz deyir: “Ay Nəbi, sən Moskvada-zadda oldun. Xəbərin olmadı. Kitab çapdan çıxıb”. Onda Rəsul Rza dedi: “Bu oğlandan nə isə çıxacaq”. Hamı güldü. Düz 8 il sonra mənim Rəsul Rza ilə birlikdə “Kərkük bayatıları” kitabım çapdan çıxdı. Yəni, gərək çalışasan həyatda…

 

… “Mən Kərkük folklorundan müdrikliyi götürdüm. Klassik ədəbiyyatı orada öyrəndim. 2 il Nəsiminin “Divan”ı üzərində işlədim. Elə şeylər çıxır insanın qabağına ki, insan tamam formalaşır…

 

… Nostradamusa necə gəlməyimi də deyim sizə. Mən İraqda işləyəndə, orada qəzet və jurnallarda aylıq ulduz falı çıxırdı. Mən onu oxuyurdum. Görürdüm ki, məndə olan şeyi yazıb burada… Və mən onda “6 il Dəclə-Fərat sahillərində” kitabımda bir bölməni ona həsr elədim. İndi ki ulduz falı verirlər ha, onlar bütün dünyanı yığıb verirlər. Ulduz falı mühitlə bağlıdır. Hansı mühitdəsənsə, o mühit üçün olanı düzdür…

 

…Mənim “ 6 il Dəclə-Fərat sahillərində” kitabım dalbadal nəşr olunub. İraqda rəhmətlik Bəndəroğlu 1996-cı ildə onu tərcümə edib buraxdırmışdı.  İraqın millət vəkili Əkrəm Fövzi keçən il  bu kitabı təzədən buraxdı ön sözlə bütün ərəb ölkələrində. Nostradamus gələcəyi görən adam olub. Ona görə də mən bu sahəyə fikir verdim…

 

… Kitabı niyə başladım?… 1998-ci il idi, ya da 1996-cı il idi. Mənim bir dostum var idi universitetdə – Dəmir müəllim. Rəhmətə gedib indi. Dəmir müəllim analitik kimyanı yaradanlardan biri idi. Zəng elədi ki, mənim 60 illik yubileyimdir, saat 11-də universitetdə keçiriləcək. Sən ora gəlmə. Saat 3-də gəl “Ceyran” restoranına. Mən nə ora gedə bildim, nə bura gedə bildim. Ancaq nə oldu?… Həmin gün qəzetdəki ulduz falında oxumuşdum ki, səni bir yerə dəvət edəcəklər, getmə, sonra bilərsən onun xeyrini. Mən də balığı o çox sevirəm. Bilirəm, gedən kimi balıq yeyəcəkdim. Həmin gün restoranda balıqdan zəhərlənib ölənlər olmuşdu. Səlahəddin Xəlilovun bacısı ölmüşdü, universitetin dosenti idi… Dedim ki, İlahi, mən bunu niyə eləməyim axı?… Bu, var axı…

 

…Başladım Nostradamusla bağlı bütün kitabları oxumağa. Məndə Nostradamusla bağlı 120 ktab var, özü də müxtəlif dillərdə… Füzulidə belə bir misra var. Deyir, bilmək bəs edər ki, bilmək olmaz. Müəyyən məqama qədər insan həyatda hər şeyi bilir. O məqama gəlir ki, Allahın işinə qarışır. Orada ya dəli olacaq, ya da başına hadisə gələcək. Bax bu baxımdan Nostradamusda da elə olmuşdu… Xalq yazıçısı Elçin Nostradumusla bağlı kitab haqqında çox böyük fikirlər yazıb. Həqiqətən də, çox böyük… Yazıb ki, Qəzənfər müəllim ədəbiyyatımıza yeni bir şey gətirib…

 

…1983-cü ildə 3 ay Amerikada oldum, ixtisasartırma kurslarında, Arizona ştatında. Kitabxanada axtardım tapdım ki, Aleksandr Düma “Qafqaz səyahəti” adlı kitab yazıb. Azərbaycanda xəbərimiz yoxdur bizim. Niyə? Çünki müəllif erməniləri çox pisləmişdi. Azərbaycanda bu kitabın izinə düşmək mümkün deyildi. Necə ki Sovet dövründə Nostradamusu qadağan eləmişdilər, heç kim bilməzdi belə bir kitab var. Çünki Nostradamus göstərmişdi ki, oktyabr ayında bir hadisə olacaq, qan su yerinə axacaq, qardaş qardaşı öldürəcək, mal kimindir, dövlət kimindir, bilinməyəcək. Ancaq bu, 73 il çəkəcək. 73 ildən sonra qan tökənlər cəzasını alacaq. Bax bu kitabda bu var. Doğrudan da, sovet hakimiyyəti 73 il davam  elədi…

 

…Mən Dümanın kitabının ingiliscəsini  tapdım. Gətirdim, onu çap elədim. Baxıram ki, Aleksandr Düma bu kitabı 1859-cu ildə  buraxıb. Nəyə görə amerikalılar düz bir əsr sonra onu ingilis dilinə tərcümə ediblər? Maraqlıdır. Dərk elədim ki, bunlar artıq buralara gəlmək istəyirlər. Maraq var. Bizim həyat tərzimizi, düşüncə tərzimizi, adət-ənənələrimizi bilmək istəyirlər. Tərcümənin bu yerdə böyük əhəmiyyəti var…

 

…Sura Benetin “Necə yaşayasan,100-ü haqlayasan” kitabının da böyük bir hissəsi Azərbaycana həsr olunub. Ona görə mən o kitabı gətirdim tərcümə elədim…

 

…İndi necə eləmək  lazımdır ki, çox yaşayasan?… Ürəyin açıq olmalıdır. Xeyirxah olmalısan. İnsanlara yaxşı münasibət göstərməlisən. Hətta yaxşı olmayan bir şeydə yaxşı cəhətləri üzə çıxarmalısan. Bunlar hamısı insanın yaşamağına stimuldur, insanı yaşadır. Mən kiməsə bir yaxşılıq eləyəndə, inanın ki, yaşayıram. Gərək xeyirxah olasan, əsas budur…

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles