Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Ekstremizmin astarı ve üzü

Ekstremizmin astarı və üzü

10/11/2015

16:28


10.11.2015 / 16:14 xeber –

 

"Artıq anlamaq gərəkdir ki, indi mömin müsəlmanlarla hökumət, dindarlarla hakimiyyət arasında qarşıdurma yoxdur – olan din pərdəsinə bürünmüş ekstremizmlə dünyəvilik, demokratiya, insanın ən önəmli dəyər sayıldığı sistem arasında savaşdır. Heç bir səmavi din başqa dindən olan insanları hədəf göstərmir.  Əmin olun ki, peyğəmbərlər indi olsaydılar, dinlə pərdələnən insanları görüb onlara lənət oxuyardılar". Bu sözlər Yaxın Şərqdə və ümumiyyətlə, müsəlman aləmində həddən ziyadə nüfuz sahibi olan din xadiminə, Suriyanın müftisi Əhməd Bədruddin Həssuna məxsusdur.
O, gerçəyi deyir.

Həmin gerçəyi ki, Allahın rəsulu, Hz.Məhəmməd (s.ə.s.) təqribən 55 kvadrat kilometrlik Yəsrib adlı vahədə yerləşən eyni adlı şəhərə üz tutanda, orada ev tikmək istəyəndə məkan salacağı yeri ələ keçirməmişdi – halbuki buna gücü, nüfuzu və imkanları çatardı.
Yox, Allahın elçisi ev tikmək istədiyi yeri Yəsribdəki iki yetim qardaşdan satın aldı.
O qardaşlar uşaq olsalar da, rəsulillah ədalət və şəfqətlə davranaraq cəmi müsəlmanlara həmişəki təki, örnək oldu. Dostu Əbubəkrlə şəhərə gələn Hz. Məhəmməd (s.ə.s) burada "mühacirun"lar tərəfindən qarşılansa da, o, bütün bəşəriyyətə xitab edərək insanları haqqa, imana, irşada çağırdı.
Yəsrib də Mədinə-ən-Nəbiyə çevrildi.
Fəqət, indi bəzi müsəlmanlar balaca uşaqların haqqını əzmək, onları ağlar qoymaqla bahəm, yerlərə sahib çıxmaq və siyasətdən tutmuş, ictimai həyatadək yersizliklərlə zorakılığa, ölümlərə, qəsbə, qarətə, talana, qəsdlərə çağırışlarla son qoymaq istəyirlər.

Əsrlər əvvəl manixeylər, qnostiklər, müşriklər kimi davranan kəslər islamın adından və sözlərindən istədikləri kimi istifadə etdiklərini düşünür, hakimiyyətlərin devrilməsini, dövlətlərin yerində "vilayət"lər və "əmirlik"lər yaradılmasını istəyirlər.
Onlar insanların şəriət və fiqh əsasında idarə olunmasını arzuladıqlarını deyirlər.
Halbuki özləri şəriətin təməl qaydalarını, fiqhin postulatlarını pozur və bunu gizlətməyə çalışırlar.
Azərbaycanda dindarların inanclarından sui-istifadə edərək onları hakimiyyətə yox, dövlətə qarşı qaldırmaq, durumu gərginləşdirmək, "qayda" adı ilə xaos yaratmaq istəyən qruplardan biri də "Müsəlman Birliyi Hərəkatı"dır.
Hərəkatın lideri Taleh Bağırzadə "Azadlıq Radiosu"na verdiyi müsəhibəsində belə deyib: "Bizə qarşı aparılan bu kampaniyanın arxasında hal-hazırki ictimai-siyasi fəaliyyətimiz durur. Onlar bizim bu fəaliyyətimizi təhrif etmək istəyirlər, bizi radikalizm və digər yöndə göstərmək istəyirlər. Müsəlman Birliyi Hərəkatı olaraq fəaliyyətimiz ölkə konstitusiyasına tam uyğundur. Konstitusiyadan kənar heç bir addım atmırıq".

Bu açıqlama vacib məsələdir və Hacı Talehin dediklərinin həqiqətə nə dərəcədə uyğun olduğunu qismən araşdırmağa çalışaq.

Fəqət, əvvəlcə bir qədər tarixə varaq.
Misirdə Əbbud əl Zümarın yaratdığı "Cihad əl Cədid" və banisi Məhəmməd Əbdüssəlam Fərac olan "Təlaa əl Fateh" qruplaşmaları təşəkkül tapanda onların birgə bəyanatında deyilirdi: "Misirin hakimiyyət dairələrinin bizə qarşı apardığı kampaniyanın arxasında ictimai-siyasi fəaliyyətimiz durur".
Bu açıqlama Hacı Talehin sözləri ilə sanki identikdir.

Bəhs etdiyimiz qruplaşmalar indi Misirdə ən təhlükəli ekstremist və terrorçu dəstələr arasında yer alır.
Küveytdə "Cəmiət əl İslah əl İctimai" qruplaşması yarananda bu dəstənin liderləri "təşkilatımızın adından da göründüyü kimi, ictimai islahatlara təkan vermək istəyirik" deyirdilər. Amma indi sözügedən dəstə "Əl Qaida"ya "biət etmiş", yəni sədaqət andı içmiş terror qruplaşmaları arasındadır.

 

Əlcəzairdə "Əl Cəmaatul Sələfiyyatul Dəvəti vəl Qitaa" və ya sadəcə, "Əl Cəmaa" qruplaşması 1997-ci ildə yaradılanda "qanunsuzluqlar və korrupsiyaya mübarizə" şüarı ilə çıxış edirdi. Amma vur-tut iki ay sonra bu qruplaşma aşkar ekstremist dəstə olduğunu göstərdi. "Əl Cəmaa" indi özünü "Məğribdə Əl Qaida" adlandırır.

 

Misalların sayını artırmaq, "Əsbat əl Ənsar", "Cəmiyat İhya ət Turaz əl İslami", "Cund əş Şam", "Hizbut Təhrir əl İslami", "Ləşkəri Taiba"nı, daha sonra "Cəbhət ən Nüsra"nı, "Cund əl Şam vəl Muslimin"i, "Riyadus Dabiq"i və ən nəhayət, İŞİD-i xatırlayaraq həmin qruplaşmaların da yaradıldıqları ilkin dövrlərdə "ölkə qanunlarına qarşı çıxmırıq, sadəcə, dindarların haqq və hüquqlarının qorunmasını istəyirik" tipli bəyanatlarını yada salmaq olar.

 

"İlkin məqsəd və məram"ların sonradan ekstremizmə, terrorizmə, dini radikalizmə transformasiyası çox tez, hətta "fenomenal" sürətlə getdiyindən təəccüblü heç nə yoxdur: çünki haqlarında bəhs etdiyim təşkilat və qruplaşmalar elə bünövrədən sonrakı məqsədlərini gerçəkləşdirmək üçün yaradılmışdılar.

 

Azərbaycandakı dini hərəkatlar və qruplar sırasına qatılmağa çalışan "Müsəlman Birliyi Hərəkatı"nın banisi, rəhbəri Taleh Bağırzadə belə deyir: "Hərəkatın fəaliyyətini planlı şəkildə təhrif etmək istəyirlər. Mübarizəmizi sivil şəkildə, hüquqi müstəvidə aparırıq, bizə qarşı əsassız ittihamlar yayanlar məhkəməyə veriləcəklər".

Qətiyyətli açıqlama, hətta ultimatum ruhlu bəyanatdır.

 

Taleh Bağırzadənin və onun təşkilatının fəaliyyətini "planlı şəkildə təhrif etmək" fikrindən çox uzağam.

Sadəcə, faktlarla danışaq və danılması mümkün olmayan məqamlara istinad edək.

Facebook-dakı "Hicab bizim namusumuzdur" adlı səhifə yazır (orfoqrafiya və stilistika olduğu kimi saxlanılıb): "Bu yezid sifətləri cəzalandırmaq istəyən muxtarların nəzərinə… Vicdansız Elmarın Gəncədə İmam Hüseynin əzasına qoyduğu qadağadan sonra ona qarşı etirazlar və təhdidlər dayanmaq bilmir. Biri sözü ilə, biri nifrinləri ilə, biri də onu ölümə hədələməklə etirazını bildirir.  Bu cinayətləri törədən məmurlar gərək tez bir zamanda cəzalandırılsın. Uşaqlarımızı döyən məmurları gecə saatlarında tutub yaxşı döymək lazımdır. 

Elmar kimiləri də gərək öldürülsün. 

 

Onun kimilərin qanı halaldır. İnşaallah tez bir zamanda onların ölüm xəbəri yayılacaq. Sadəcə bir məsələyə diqqət edin ki, bunları cəzalandırmaq istəyənlər və onlara lənət və nifrin göndərənlər, onların ailələri ilə və ata anaları ilə işləri olmasın.  Çalışın ailələr təhqir olunmasın. Cəzalandırılan insanların ailələrinə xəsarət dəyməsin.
Bunları cəzalandıran şəxslər milli qəhrəmanımıza çevriləcəklər və Azərbaycan tarixi bu qəhrəmanlarla fəxr edəcək. 

Hər ibni-ziyadın qarşısında bir muxtar olması gərəkdir". Ümit Zeynalov adlı Facebook istifadəçisi isə belə yazıb: "Artıq Azərbaycanda vəziyyət tam başqadır. Əqidə, məzhəb qardaşlığı hər şeydən üstün tutulur. Budəfəki aksiyalar 70-80 nəfərdən ibarət olmayacaq, başınıza daş olub yağacağıq. Leysan olub sizi Azərbaycandan yuyub aparacağıq, ayağınızı hara qoyduğunuza diqqət edin. İmam Hüseyn bayrağını bayrağımız edib Azərbaycanı Kərbala məktəbi ilə talan edərik. Dindarlar və Bakının 32 kəndi Hacı Tale bəyin əmrini gözləyir, tutulan dindarlar buraxılmasa, polis idarələri yandırılacaq və polislərə qarşı amansız olacağıq". Taleh Bağırzadəyə qarşı "təqiblər"in olduğunu deyənlərin çağırışları budur.

Onlar dövlət strukturlarında çalışanların, rəsmi şəxslərin döyülməsini, öldürülməsini istəyir, Azərbaycanda talan və amansızlıqlar "xəbərdarlığı" edirlər.

Kütləvi iğtişaşlara, qatı xuliqanlığa, qətllərə və ağır cinayətlərə çağırışların qanunvericilikdə necə dəyərləndirildiyini lüzum görmürəm.

Demokratiya və insan haqları prinsiplərinə gəldikdə isə, bir anlıq təsəvvür edin ki, ABŞ-da "dindar" olduqlarını iddia edənlər qubernatoru döyməyə, məmurları öldürməyə, polis idarələrini yağmalamağa və yandırmağa çağırışlar edir, Birləşmiş Ştatları talan edəcəklərini yazırlar.

Belə çağırışların sadəcə, bir kəlməsi yetər ki, ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi (Department of Homeland Security, DHS) həmin adamları dərhal həbs etsin və istintaqa başlasın.
ABŞ-da dini radikallarla, islamçı ekstremistlərlə polisin və təhlükəsizlik strukturlarının davranışı bəllidir. 
Konqresin "Daxili Təhlükəsizlik Aktı"na uyğun olaraq, belə şəxslərə qarşı "qətiyyətli ifadəalma metodları" tətbiq olunur.
"Qətiyyətli ifadəalma metodları"nın nə olduğunu Quantanamo həbsxanasında saxlanan məhbuslar əla bilirlər: həmin metod trivial işgəncələrdir ki, adı sivil ifadələrlə pərdələnib.

Fransa, Almaniya, İsveç, Britaniyada "ölkəni talan edərik", "məmurları döyün", "dindar qardaşlarımızın qisasını alın" tipli açıqlamalar isə kim tərəfindən və harada səslənməsindən asılı olmayaraq terrora, ekstremizmə çağırış sayılır və qanunvericiliklə ən ağır cəzalara layiq bilinir.

Qonşu Rusiyada və ya Türkmənistanda, Belarus və ya Ukraynada, Gürcüstan və ya Qazaxıstanda isə analoji bəyanatlar birbaşa terrora çağırış sayılır.

 

… Avqustun 31-də  İran İslam Respublikasının tanınmış din xadimi Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədani Azərbaycanda rəsmi səfərdə oldu.
"Müsəlman Birliyi Hərəkatı"nın sədri Hacı Tale Bağırov və onun müavini Elçin Qasımov da ayətullanın əlini öpənlər sırasında idilər.
Cənab Həmədani İrandakı "mühafizəkarlar" adlanan siyasi düşərgənin ən nüfuzlu təmsilçilərindən biri olmaqla yanaşı, İranın xarici və daxili siyasətinin vektorlarının müəyyənləşdirilməsində də söz sahibidir.
Belə şəxsin Azərbaycana səfəri önəmli hadisə idi, sözsüz. Amma onun əlinin öpülməsi nə xalqımızın adət-ənənələrinə, nə də islam qaydalarına uyğun deyildi.

Doğrudur, osmanlı türklərində belə adət var və Anadoluda böyüklərin, yəni yaşlıların əli öpülür.
Fəqət, osmanlı türkü yalnız valideynlərinin, bir də yaşlı qohumlarının əlindən öpər. Türkiyədə hansısa müsəlmanın din xadiminin əlindən öpməsi nonsens kimi qəbul olunur. 

Azərbaycanda da bineyi-qədimdən belə adət olmayıb, indi də "əl öpmə" ənənəsi yoxdur.

Tale Bağırzadə ayətullah Həmədaninin əlini öpməsi ilə bağlı belə açıqlama verib: "Bu məsələyə münasibət bildirmişik. Ayətullah Həmədani İslam alimidir. Dünyada din alimlərinin əllərindən öpürlər. Burada heç bir problem yoxdur. O, bizim həmyerlimizdir. Hər şeydən öncə azərbaycanlıdır. Bizdə insanlar var ki, Avropada öz həyat yoldaşlarının əllərini öpdürürlər. Fətullah Gülənin də əlindən öpülür. Digər əl öpmələri də qeyd etmək olar. Qardaş Türkiyədə ağsaqqalın əlindən öpürlər. MHP sədrinin əlindən dəfələrlə öpüblər. Bizi qınayanlar qərəzli şəxslərdir". 
Sözün açığı, Taleh Bağırzadəyə qarşı heç bir qərəzimiz yoxdur. Doğrudur, din xadimlərinin əllərinin öpüldüyü ölkələr var, Türkiyədə də Fətullah Gülən və ya MHV sədri Dövlət Baxçalının əlini öpürlər.

Amma Türkiyədə o əl öpənlər osmanlı türkləridir: ingilisin, hollandın və ya ərəbin belə "əlöpmə" mərasiminə qatılması onların ölkələrində ən azı birmənalı qarşılanmaz.
İslamda din xadiminin əl öpməsi "biət"in, yəni sədaqətin bir formasıdır.
Ayətulla Həmədaninin əlinin öpülməsi də birbaşa olaraq onun ideyalarının, mövqeyinin, dünyagörüşünün paylaşılması, sözlərinin və çağırışlarının birmənalı olaraq qəbulu kimi dəyərləndirilməlidir.
Hər halda İranda belədir.

Üstəlik, Taleh Bağırzadə "əlöpmə"də qeyri-adi heç nə görmürsə və bu, sədaqət izharı deyilsə, onda nədən İranın "Səhər" telekanalından tutmuş, "mühafizəkarlar"ın nəzarətindəki ən müxtəlif media qurumları T.Bağırzadənin "müdafiəsi"nə qalxıblar?
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-politoloq İlqar Altay deyib: "Tale Bağırzadə 5 il İranın Qum şəhərində dini təhsil alıb. Hər birisi 1 il olmaqla Məşhəd və Nəcəfdə (İraq)  xüsusi "kurs" keçib. Təhsil alıb, beyni yuyulub millət, vətən, xalq anlayışlarından uzaqlaşdırılmış bu gənc hazırda fanatizm dərəcəsində siyasi radikal şiəliyi təmsil edir".
İndi Taleh Bağırzadənin "heç bir xarici ölkə və ya qüvvə ilə əlaqə"lərin olub-olmamasına  məntiqlə düşünənlər qərar versin.

Taleh Bağırzadə "müstəqil siyasətçi və demokrat insan" olduğunu deyir, amma indiyədək onun Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı, Rusiya və ya başqa ölkədən gəlmiş nüfuzlu din xadiminin əlini öpdüyünü görən olmayıb.
Çıxışlarında ölkədəki hakimiyyəti sürəkli olaraq "yezidi rejim, əməvilər" adlandıran Taleh Bağırzadə "fəaliyyətinin təhrif" olunduğunu deyir.

Ölkədə qisasçılıq ruhunun yayılmasına can atmaq, kütləvi itaətsizlik və iğtişaşlara çağırışlar, hakimiyyət mənsublarının hədələnməsi, "indiyədək susmuşuq, bundan sonra…" ifadələri ilə başlayan ultimatumlar, hədələr – bütün bunlar "Konstitusiya çərçivəsində fəaliyyət" sayıla bilərmi?
"Müsəlman Birliyi Hərəkatı" sadəcə, proseslərin təzahür forması, Taleh Bağırzadə isə Azərbaycanda vətəndaş müharibəsi yaratmaq, dini zəmində toqquşmalar burulğanını törətmək istəyənlərin siyasətində, bəlkə də ən sadəlövh fiqurlardan biridir.

Onlar Azərbaycanı parçalamaq, məhv etmək istəyən güclərin əlində bilərəkdən və ya sövq-təbii olaraq alətə çevrilir, ölkəmizi hədəfə almış radikal islamçı ideoloqların ssenarilərində subyektlərə dönürlər.

Yaşananlar göstərir ki, Azərbaycannda din pərdəsi altında fəaliyyət göstərən radikallar və ekstremistləri şəbəkələşdirmək, onları aktivləşdirmək üçün aşkar cəhdlər göstərilir. 
Radikallar son vaxtlar hədsiz dərəcədə cürətləniblər və bu "qətiyyət" heç bir halda daxili emosionallıq, hisslər məcmusu ilə izah oluna bilməz. 
Çünki Taleh Bağırzadə də daxil olmaqla, radikalların çıxışları, xütbə və moizələri, bəyanat və çağırışları indiyədək Azərbaycanda dini zəmində toqquşmalar yaratmaq, dövlət çevrilişini reallaşdırmaq istəyən güclərin fiqurları olmuş şəxslərin və təşkilatların səsləndirdikləri ifadələri sanki təkrarlayır. 

Azərbaycanda "qəflətən", zəruri və obyektiv zəmin olmadan "Hüseyniyyə" cərəyanının ifrat dərəcədə fəallaşması hadisələrin normal məcrasında olan hadisə deyil. Dövlətin əsaslarına, milli ideologiyanın təməllərinə qarşı yönələn ifadələr, aşkar itaətsizlik çağırışları və kütləvi aksiyalara səslənişlərin "daxili hisslərin təbəddülatı" sayılması baş verənləri çox səthi dəyərləndirmək olardı.
Nədən ki, bu çağırışların əsasında din, irşad, hidayət və iman yox, siyasət durur.
Özü də kənardan diltə olunan, idarə edilən və ən başlıcası – "nəticə"lər barədə hesabat tələb olunan siyasət.

… "Möminlərin haqqını pozan məmurlar, dövlət mənsublarını öldürmək gərəkdir. Belələrinin qanları halaldır. İnşallah, onların ölüm xəbərləri tezliklə yayılacaq.  Vallahi, bizim səbrimizlə oynamayın. Dindarlar indi əmr gözləyirlər".
Suriyadakı "Cəbhət ən Nüsra li Əhli əş Şam" qruplaşması 2012-ci ilin yanvarın 3-də belə bəyanatla çıxış etmişdi. 
Radikallar məkandan asılı olmayaraq, eynidir və onların məqsədlərini təxminləmək də çətin deyil.

Bunu hələ Çar Rusiyasındakı sosial-demokratların "Qoca" dedikləri Vladimir İliç Ulyanov-Lenin söyləmişdi.
"Müsəlman Birliyi Hərəkatı"nın rəhbəri Taleh Bağırzadənin fəaliyyətinin zahiri və batini, bəyanatlarının eksteryer və interyer mahiyyəti, çağırışlarının üz  və astarı var.
Son vaxtlardasa astar vurub üzə çıxıb.

 

milli.az

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles