Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

SSRİ-nin 4 nömreli efsanesi: “Qarabağ” ve “Qebele”ni izleyirik” – MÜSAHİBƏ

SSRİ-nin 4 nömrəli əfsanəsi: “Qarabağ” və “Qəbələ”ni izləyirik” - MÜSAHİBƏ

11/11/2015

17:46


11.11.2015 / 17:42 xeber –

SSRİ yığmasının və Kiyev “Dinamo”sunun sabiq müdafiəçisi, hazırda Ukraynanın U-19 millisini çalışdıran Oleq Kuznetsovun apasport.az saytına müsahibəsi

 

– Avropa çempionatının seçmə mərhələsinin ilk oyununda Azərbaycan yığmasına 4:0 hesabı ilə qalib gəldiniz. Qarşılaşma barədə nə deyə bilərsiniz?

– Nəticəyə əsasən oyundan razıyıq. İlk görüşü meydan sahiblərinə qarşı keçirəcəyimizdən, çətin olacağını bilirdik. Birinci hissədə bir az çətin oldu. Amma istəyimizə çatdıq. Hesab oyuna görə olmadı. Çünki Azərbaycan millisinin çox olmasa da, yaxşı imkanları var idi. Turnir hələ yeni başlayıb, qarşıda hələ iki matçımız var. Onlar daha çətin ola bilər.

 

– Azərbaycan millisinin çıxışını necə dəyərləndirirsiniz?

– Komandanızı ilk dəfə idi görürdüm. Bu üzdən nəsə deməyə çətinlik çəkirəm. Bizim üçün bir az çətin idi. Çünki rəqib haqda heç bir məlumata malik deyildik. Nə turnirlərdə, nə yoxlama oyunlarında matçlarını izləmişdik. Ümumilikdə, Azərbaycan yığması heç də zəif deyil. Onları dərindən təhlil etmək üçün daha çox oyunlarına baxmaq lazımdı.

 

– Yığmamızın baş məşqçisi Nazim Süleymanovla hələ SSRİ vaxtından rəqib olmusunuz. Həmin dövrləri xatırlayırsınızmı?

– Bir neçə dəfə qarşılaşmışıq. Lakin üstündən çox vaxt keçib. Bu üzdən həmin görüşləri yaxşı xatırlaya bilmirəm.

 

– Matçdan sonra və ya əvvəl həmkarınızla həmin vaxtlarla bağlı söhbət etdinizmi?

– Onunla qısa söhbətimiz oldu. Ancaq daha çox müasir dövrdən danışdıq. Keçmişi heç xatırlamadıq.

 

– Artıq bir neçə gündü ölkəmizdəsiniz. Uzun müddət olmadığınız Bakı haqda ilk təəssüratlarınız necədi?

– Bakı çox dəyişib. Burda sonuncu dəfə ötən əsrin 80-ci illərində olmuşdum. 1988 və ya 1989-cu il idi. Bu müddətdə şəhər çox dəyişilib. Yeni tikililər diqqətimi cəlb etdi. İnsanlar isə olduğu kimi, mehriban qalıb. Hələlik yalnız ölkəniz haqda yalnız müsbət təəssüratlarım var.

 

– Burdakı stadionlar və idman qurğuları haqda fikirlərinizi bildirərdiniz…

– Bu barədə də yalnız xoş fikirlər deyə bilərəm. Ancaq bir məqam ürəyimcə deyil ki, süni örtüklü meydançada oynayırıq. Ukraynada hətta sərt hava şəraitində də təbii ot örtüyündə çıxış edirik. Süni meydançalarda isə yalnız 14-15 yaşına qədər uşaqlar məşq edirlər.

 

– Bakıda sonuncu dəfə ötən əsrin 80-ci illərində olduğunuzu söylədiniz. Amma Ukrayna millisində Oleq Bloxinin köməkçisi olduğunuz vaxt 2006-cı ildə yığmalarımız arasında iki oyun keçirilib. Onlardan da biri Bakıda baş tutmuşdu…

– Yanılmıramsa, Bakıdakı oyun 0:0 hesabı ilə başa çatmışdı. Ancaq üstündən 10 ilə yaxın müddət keçib, qarşılaşmanı yaxşı xatırlamıram. Mənə elə gəlir ki, həmin vaxt hansısa səbəbdən Bakıdakı qarşılaşmaya gəlməmişdim.

 

– Sonuncu dəfə Kiyev “Dinamo”sunun heyətində Bakıda gəldiyinizi söylədiniz. 80-ci illərdəki həmin görüşləri necə xatırlayırsınız?

– Açığı, yaxşı yadımda qalmayıb. Ümumiyyətlə, həmin illəri elə də yaxşı xatırlamıram.

 

– Həmin oyunlarla bağlı maraqlı bir fakt diqqətimizi çəkib. Siz adətən Bakıda keçirilən matçlarda meydançaya çıxırdınız. “Neftçi”nin Kiyev səfərlərində isə Valeri Lobanovski sizə ehtiyac görmürdü. Bu nə ilə bağlı idi?

– Oynamamağıma yalnız zədə və ya cəzalı olmağım səbəb ola bilərdi. Başqa səbəb görmürəm. Görünür, hadisələrin axarı elə olub ki, “Neftçi” ilə Kiyevdəki qarşılaşmaların çoxunu buraxmışam.

 

– Həmin dövrdə “Neftçi”nin heyətində oynayan hansı futbolçunu xatırlayırsınız?

– Daha çox İsgəndər Cavadov yadımdadı. Başqa kimi deyə bilərəm? İqor Ponomaryovu da xatırlayıram. Onunla yığmada yollarımız kəsişib. Mən millidə oynayanda, İqor olimpiya yığmasına cəlb olunurdu. Yığmalarda olarkən görüşürdük.

 

– SSRİ yığmasından söz düşmüşkən, aparıcı futbolçusu olduğunuz millidə Azərbaycan oyunçuların olmamağını nə ilə izah edərdiniz?

– Mənim millidə oynadığım 1984-1992-ci illərdə yığmaya Lobanovski rəhbərlik edirdi. O da daha çox kiyevlilərə üstünlük verirdi. Həmin illərdə təkcə “Neftçi” deyil, digər klublardan da yığmaya düşmək çətin olurdu. Hətta daha yüksək yerlər uğrunda mübarizə aparan “Spartak” və digərləri də eyni problemlə üzləşirdi. Sizin “Neftçi”yə gəlincə, SSRİ yığmasının tarixində bir neçə oyunçunuzun olduğunu bilirəm. Bunun səbəbini isə daha çox komandanın nəticələri ilə əlaqələndirərdim. Baş məşqçi ilk növbədə klubların nəticələrinə baxır. Əsasən daim ilk “üçlük”də olan komandalara üstünlük verilirdi. Həm də hər məşqçinin özünün daha çox diqqət ayırdığı komanda olur. Lobanovskinin dövründə bu, Kiyev “Dinamo”su idi, Konstantin Beskovun vaxtında “Spartak”, Eduard Malafeyevin dövründə isə Minsk “Dinamo”su yığmada üstünlük qazanmışdı.

 

– Bir müddət əvvəl sizin keçmiş komanda yoldaşınız Renat Dasayev Bakıda olanda, Vəli Qasımovu onun yanında gördük. Siz hansısa veteranla görüşmüsünüzmü?

– Hələlik yox. Xüsusi olaraq, gözlədiyim kimsə də yoxdu. Moskvaya gedəndə Dasayev Vaqis Xidyatullinlə görüşürük. Burda isə elə bir adam yoxdu. Yığmada oynamış futbolçunuz olsaydı, onunla görüşməyim xoş olardı.

 

– Amma ölkəmizdə həmyerliniz Roman Qriqorçuk çalışır. “Qəbələ”də uğurlu olan həmkarınızla görüşməmisiniz?

– Onun sayəsində Azərbaycan futbolu haqqında daha çox məlumatımız var. Əvvəl, ümumiyyətlə, futbolunuz haqda heç nə bilmirdik. Onun bura gəlişindən sonra “Qarabağ”, “Qəbələ” və digər komandalardan xəbərimiz var. Artıq onların nəticələrini izləyirik.

 

– Belə çıxır ki, “Qəbələ”nin çıxışlarını yaxından izləyirsiniz. Həmyerlinizin işini necə qiymətləndirirsiniz?

– Məncə,  komandaya yeni nə isə gətirib. “Qəbələ” Avropa Liqasında uğurlu çıxış edərək, qrup mərhələsinə yüksəlib. Ölkə çempionatında da ikinci pillədə qərarlaşır. Bu gedişlə gələn mövsüm də avrokuboklarda mübarizə aparacaq. Onun işini müsbət qiymətləndirirəm. Məşqçi üçün əsas olan nəticədi. Bildiyimə görə, o, komandanın “sükanı arxası”na keçəndə “Qəbələ” turnir cədvəlinin ortalarında qərarlaşırdı. Lakin onun gəlişindən sonra komanda yuxarı pillələrə yüksələ bilib.

 

– Onunla yollarınız kəsişibmi?

– Bu, hələ yeniyetmələrin futbolunda oynadığımız vaxtlara təsadüf edib. Bir komandada olmasaq da, eyni liqada çıxış edirdik. Sonradan isə mən karyeramı başa vuranda, Qriqorçuk hələ oynayırdı. Ancaq elə də yaxın münasibətimiz yoxdu.

 

– Son vaxtlar Qriqorçukun adı yığma ilə birgə çəkilir…

– Bu, artıq sizin qərarınızdı.

 

– Söhbət Azərbaycan yox, Ukrayna millisindən gedir…

– Nəsə deyə bilmərəm. Çünki hər şey Sloveniya ilə keçiriləcək pley-off oyunlarından asılıdı. Komandamız final mərhələsinə yüksəlsə, Mixail Fomenko postunda qalacaq. Əgər bacarmasa, onda necə olacağını bilmirəm. Çünki bizdə indi vəziyyət elədi ki, federasiyada prezidentlər dəyişir. Onların hər biri də gələndə öz məşqçisini gətirir.

 

– Necə düşünürsünüz, Qriqorçuk bu vəzifəyə təyin olunsa, yığmanıza nəsə verə bilərmi?

– Qriqorçuk yığmaya gəlsə, niyə də olmasın? O, təkcə “Qəbələ”də deyil, “Çernomorets”də də uğurlu fəaliyyət göstərib. Qriqorçuk Odessada işləyərkən orta səviyyəli futbolçulardan elə komanda qurmuşdu ki, onlar təkcə Ukraynada deyil, Avropada da yaxşı çıxış etmişdilər. Güclü mütəxəssisdi, təcrübəsi də var. Hətta Latviyada da çalışıb. Məncə, millidə işləməyə layiqdi.

 

– Bəs “Qəbələ”də çıxış edən ukraynalı futbolçuları tanıyırsınızmı?

– Aleksey Qayla hələ yığmadan tanışam. 2002-ci ildə Leonid Buryakın köməkçisi olduğum vaxt o, yığmaya cəlb olunurdu. Qay və Aleksey Antonov yığmada olduğum zaman komandaya çağırılıb. O qədər çox oyun keçirməsələr də, orda onlarla yaxından tanış olmuşam.

 

– Azərbaycan çempionatında hazırda fasilə yarandığından, ukraynalı futbolçular vətənlərinə yollansalar da, Qay Azərbaycandadı. Onunla görüşməmisiniz?

– Biz fərqli nəsillərin nümayəndələriyik. Bu üzdən görüşməyimiz gündəmdə deyil. Mən bura yığma ilə müəyyən vəzifənin öhdəsindən gəlmək üçün gəlmişəm. Gəzməyə çox vaxtım yoxdu.

 

– Qriqorçuka qədər futbolumuz haqda o qədər məlumata malik olmadığınızı dediniz. Halbuki digər həmyerliləriniz də ölkəmizdə çalışıb. Anatoli Konkov, həmçinin birlikdə çıxış etdiyiniz Anatoli Demyanenko, Sergey Yuran… Onların karyerasından xəbəriniz varmı?

– O dövr haqda məlumatım çox azdı. Əvvəl informasiyamız çox cüzi idi. İndi isə Qriqorçuk tez-tez Ukrayna mətbuatına müsahibələr verir, futbolunuz haqda daha çox bilgiyə malik oluruq.

 

– Ukraynalı futbolçu Pavel Paşayev artıq neçə aydı yığmamıza cəlb olunub. Sizcə, o, millimizi gücləndirə bilərmi?

– Yığmanıza o qədər bələd deyiləm. Ara-sıra oyunlarının fraqmentlərini görmüşəm. Sonuncu dəfə Rusiya ilə keçirdiyi matça baxmışam. Paşayev pis oyunçu deyil, “Dnepr”də də normal çıxış edib. Düşünürəm ki, yığmanıza fayda verəcək gücdədi. Bu haqda nəsə demək üçün həm yığmanızı, həm də çempionatınızı daha yaxşı izləmək lazımdı.

 

– Belə çıxır ki, daha çox məhz “Qəbələ”ni izləyirsiniz. Avropa Liqasında sona iki tur qalmış növbəti mərhələyə yüksəlmək üçün nəzəri şanslar qalıb. Sizcə, Qriqorçuk nəsə edə bilərmi?

– Demək olar ki, onların şansı yoxdu. Onların “Borussiya” (Dortmund) ilə Bakıdakı görüşünü izləmişəm. Matça çox yaxşı başladılar, ilk 15 dəqiqədə 2 dəfə qapıçı ilə təkbətək çıxdılar. Hesabı aça da bilərdilər. Lakin ilk qoldan sonra komanda artıq ruhdan düşmüşdü. Təbii ki, nəzəri şanslar qaldığından, sona qədər mübarizə aparacaqlar. Ancaq çətin ki, mərhələ adlaya bilsinlər. Amma bu, böyük bir təcrübədi. Son iki görüş də komandanın yalnız xeyrinə olacaq.

 

– Ölkəmizdə bir çox ukraynalı məşqçilər çalışıb. Gələcəkdə sizin də adınız onların siyahısında ola bilərmi?

– Məşqçi işi elədi ki, bu gün burdasan, sabah harda olacağını bilmirsən. Bir həftə sonra işsiz də qala bilərsən. Mənim dövrümün futbolçularının əksəriyyəti indi işsizdi. Təklif olsa, fikirləşməyə dəyər.

 

– Sabah AVRO-2016-nın pley-off mərhələsinə start verilir. Ukrayna yığması Sloveniya ilə iki görüş keçirəcək. Bu qarşılaşmalardan nə gözləyirsiniz?

– İki oyundan ibarət pley-off duelləri heç vaxt asan olmur. Sloveniya millisi də yaxşı komandadı. Əksər futbolçuları legioner kimi ölkə xaricində çıxış edir. Ukrayna yığmasının üzərində isə təzyiq var ki, hər dəfə pley-offda uduzur. Artıq 5-6 belə pley-off görmüşük. İlk görüşün Lvovda olması xeyrimizə deyil. Amma hər şey ola bilər. 3-4 qolla cütün taleyini burda həll etmək olar. Qalib gəlib final mərhələsinə yüksəlmək yığmamızın nüfuzu üçün həm faydalı, həm də Ukrayna üçün vacibdi. Çünki bir nəsil futbolçu heç bir böyük turnirdə iştirak etmədən karyerasını bitirmiş ola bilər. Final mərhələsinə vəsiqə bəzi futbolçularımızın Qərbə yolunu da aça bilər. Həm də məlum hadisələrdən sonra Ukrayna futbolunun səviyyəsi aşağı düşüb. Oyunlara da azarkeşlər əvvəlkindən az gəlir. Qələbə bütün bunları müsbət tərəfə dəyişə bilər.

 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website