06:15 xeber – Bu gecə Fransanın paytaxtı Parisdə yüzlərlə insanın ölümü ilə nəticələnən terror hadisəsindən sonra daha bir dəhşətli hadisə yaşanıb. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, yerli mətbuat “Stade De France”nin ətrafında bir nəfərin başının kəsildiyini yazıb.
Terror hadisəsindən sonra İŞİD terror qruplaşmasına dəstək verən sosial şəbəkə səhifələri baş verənləri qələbə kimi qeyd ediblər. Bəzi mənbələr isə İŞİD terror təşkilatının hadisəsinin məsuliyyətini öz üzərinə götürdüyünü bildirib.
Gecə Fransanın paytaxtı Parisin 4 ayrı nöqtəsində terror hadisələri törədilib. Hadisə nəticəsində yüzlərlə ölən və yaralanan var.
Hadisədən sonra terrorçuların qaçmaması və ölkəyə başqa terrorçuların girməməsi üçün Fransanın sərhədləri bağlanıb. İkinci dünya müharibəsindən sonra Fransada ilk dəfə fövqəladə vəziyyət elan olunub.
mənbə :
anspress
Şərh yaz.