15.11.2015 / 14:33 xeber –
Bu gün Bakı şəhəri, Xəzər rayonunda ev yanıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümümi sahəsi 22 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 4 kv.m sahədə yanıb və yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 2 kv.m sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Oxşar hadisə Salyan rayonunda da qeydə alınıb. Kürsəngi kəndində vətəndaşa məxsus ümumi sahəsi 156 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 36 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
mənbə :
lent.az
Şərh yaz.