11:16 xeber – Frasanın paytaxtı Parisdə cümə günü baş verən terror aktı dünyanın gündəmindən düşmür. Yüzlərlə insan terror qurbanlarının xatirəsini yad etmək üçün dünyanaən ən gözəl şəhərlərindən birinin mərkəzinə toplaşır, şam yandırılar, güllər qoyurlar.
Bir pianoçu isə terror qurbanlarını özünəməxsus şəkildə anıb. Şəhərin mərkəzində pianoçunun ifası internetdə sürətlə yayılıb.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, internetdə yayılan kadrlardan aydın görünür ki, pianoçu Parisin mərkəzində əfsanəvi Con Lennonun “İmagine” mahnısını ifa edib.
Şahidlərin sözlərinə görə, pianoçu oğlan özü təkərli-pianonu velosipedin köməyi ilə mərkəzi küçəyə gətirib. Oğlanın ifası hamını cəlb edib. Meydana toplayan onlarla insan sükuta qərq olaraq, ifanı dinləyiblər.
“İmagine” Con Lennonun ən məşhur kompozisiyasıdr. 1971-ci ildə sənətçinin albomuna daxil olub. Mahnıda dünyanın müharibələrsiz, sülh içində yaşaması tərənnüm edilir.
Noyabrın 13-ü Fransanın paytaxtı Parisdə 132 insanın ölümü ilə nəticələnən terror hadisələri baş verib.
Bir birinin ardınca baş verən 7 terror hadisəsini üzərlərində partlayıcı olan kamikadzelər törədiblər.
mənbə :
anspress
Şərh yaz.