Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

Mexfi analiz, qanın sirri, çöle atılan Güler – ARAŞDIRMA

Məxfi analiz, qanın sirri, çölə atılan Gülər - ARAŞDIRMA

16/11/2015

13:48


16.11.2015 / 13:45 xeber –

“Nəticəylə razı qalmadı, hətta efirə də çıxdı, təkrar ekspertiza da təyin etdik”

Gülərin (ad şərtidir) 21 yaşı var.  3 yaşı olanda anasını itirib. Özündən böyük qardaşı da var. İki körpə uşaqla tək qalan ata ikinci dəfə evlənməli olur. İkinci evlilikdən onun bir oğlu olur. Zamanla ailədə problemlər yaranır. Gülər analığı ilə yola getmir. Tez-tez aralarında mübahisə düşür. Sonda Gülər çarəni evdən qaçmaqda tapır.

 

 

Evdən qaçanda onun 17 yaşı olub. Paytaxt dükanlarının birində satıcı kimi işə düzəlir, kirayə ev tutur. Atası bir neçə dəfə onun dalınca gəlsə də, Güləri evlərinə döndərmək olmur. Qohum-əqrəbaya “gülər ərə gedib”, deyərək yaranacaq əlavə söz-söhbətlərdən özlərini sığortalayırlar.

 

 

Kirayə yaşadığı həyətdə o, Elşən adlı oğlanla tanış olur. O zamanın Gülərin 19, Elşənin isə 20 yaşı olur. Niyyətlərini ciddiləşdirmək istəyəndə Elşənin atası etiraz edir. Onun fikrincə, yetim qızdan onlara gəlin olmaz. Elşən atasını razı salmaq üçün çox israr edir. Sonda Gülər onların həyətindən başqa evə köçür.

 

 

Elşən yenə Gülərdən əl çəkmir. “Onu çox sevdiyini, evlənib xoşbəxt olacaqlarını”, – deyir. Və onlar Gülərin kirayələdiyi evdə nikahsız yaşamağa başlayırlar. Bir qədər sonra Elşənin atası onların dalınca gəlib, hər ikisini evlərinə aparır. Lakin tək şərtləri o olur ki, Gülər Elşəndən uşaq doğmayacaq.

 

 

Evdə onunla yalnız əri Elşən və onunla həmyaşıd olan baldızı normal münasibət göstərir. Qalanları danışdırmır. Bir qədər sonra Gülər birinci uşağına hamilə qalır. Ailə bundan xəbər tutunca, uşağı məcburi abort etdirirlər. İkinci uşaqda Gülər bu dəfə də hamiləliyinin məcburi pozulacağını bilib evdəkilərə bildirmir. Onlar biləndə isə artıq gec idi. Gülərin qarnı bilinirdi.

 

 

Elə həmin gün Güləri bətnində 4 aylıq uşaqla evdən qovurlar. Elşənin bibisi evinin qapısının Gülərin üzünə açır. Bir həftə evində saxlayır. Bir həftə sonra qardaşının göstərişi ilə Güləri evindən göndərməli olur. Çarəsiz, yenə ərinin yaşadığı həyətə gəlir. Elşənin ailəsinin dağılmasını istəməsə də, heç cürə atasına qarşı çıxa bilmir. Gündüzlər hamilə qadın həyətdə gəzir, ona qapısını açan qonşuların evində isinir, qarnını doyurur, gecələr isə Elşən atası yatandan sonra arvadını evə buraxır. Saat 5-ə, qayınatası oyanana qədər. Səhər 5-də yenə küçəyə atılır.

 

 

2 ay beləcə küçədə yaşayır. Sonda qonşular Gülər haqqında “Təmiz Dünya” İctimai Birliyinə müraciət edirlər. İB-in sədri Mehriban Zeynalovanın sözlərinə görə, Gülər sığınacağa gələndə 7 aylıq hamilə olub: “Biz nə qədər təklif etsək də, Gülər atasına xəbər verməyimizi istəmədi. Elşənin özüylə də əlaqə saxladıq, atasıyla da. Nə qədər çalışsaq da, nə Güləri, nə də doğulacaq nəvəsini qəbul etmədi”.

 

 

Gülər bu il mayın 18-də sığınacağa gəlib. Avqustun 14-də də qızını dünyaya gətirib. Bir qədər sığınacaqda qalıb reabilitasiya alandan sonra öz ərizəsi ilə çıxıb. Hazırda 3 aylıq körpəsi ilə rəfiqəsigildə qalır. Elşən uşağa soyadını vermir.

 

 

Bu vəziyyətdə ana nə etməlidir?

 

 

Hüquqşünas Ərəstun Allahverdiyevin sözlərinə görə, əgər ata buna razı deyilsə, o zaman atalıq məhkəmə qaydasında müəyyən olunmalıdır.

 

 

– Bu halda həmin sənədlər məhkəməyə təqdim olunur və məhkəmə qətnaməsi əsasında atalığın müəyyən olunması qeydə alınır. Əgər məhkəmə hər hansı formada sübut göstərə bilmirsə və bu zaman “Biometrik informasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, məhkəmə DNT analizinin verilməsi haqqında qərar qəbul edə bilər.

 

 

Atalıq məhkəmə qaydasında müəyyən edildikdə valideynlər və ya onlardan birinin iştirakı ilə aparılır. Atalığın müəyyən edilməsinin qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir. Qanunda atalığın müəyyən edilməsinin qeydə alınması ilə bağlı dövlət rüsumu yoxdur. DNT analizində əgər tərəflər könüllü analiz verməyə razıdırsa, bu halda özləri ödəyirlər pulu. Yox, ata razı deyilsə, məhkəmə tərəfindən bu təşkil olunursa və sübuta yetirilirsə, atadan tutulmalıdır. Düzdü, qanunda belə bir göstəriş yoxdur, amma məntiqlə, başqa məhkəmə qətnamələrindən olan analoji hal kimi belə qəbul olunur.

 

 

Hüquqşünas atalığın müəyyən olunması ilə bağlı məhkəmələrə çox az qadınların üz tutduqlarını deyir: “Bəzən bunu ayıb sayır, utanırlar və beləcə də uşaq problemlər içində böyüyür. Bu cür uşaqların sayı çox olsa da, atalığın təyin olunması ilə məhkəməyə müraciət edən qadınların sayı azdır”.

 

 

 

DNT nədir?

 

 

DNT (dezoksiribonuklein turşusu) irsi informasiya daşıyıcısıdır. Gen irsi informasiyanın vahididir. DNT-nin quruluşu üzərində olan genlərə əsasən, insanın orqanizmi qurulur. Hər gen müxtəlif funksiyaya cavab verir. Ekspertizada “genon daktiloskopiya” anlayışı var. Bu anlayışı ilk dəfə Gefris 1885-ci ildə dünyaya gətirib. Onun məqaləsində göstərilir ki, ekspertizada indentifikasiya məqsədi ilə DNT-dən istifadə oluna bilər.

 

 

DNT-nin quruluşu insanlarda 99 faiz eynidir. Sadəcə 1 faiz fərqli olur. Bu 1 faizdə olan lokslar insanları bir-birindən fərqləndirir. Hazırda 16 STR (Short Tandem Reapates- Qısa Tandem Təkrarlar) loksları üzrə tədqiq edirik. Nukleatid cütlüklərin tandem təkrarlarıdır. DNT analizi zamanı da insanları bir-birindən fərqləndirən lokslar lazımdır. 16 STR lokslarda iki gen məlumatı olur: ana və ananın. Bir gen anadan gəlir, digəri isə atadan. Ona görə də bir-birimizdən fərqliyik. Bir-birimizin eynisi, təkrarı deyilik. Hətta iki qardaş bir-birinə tam oxşamır. Ona görə ki, həm anada, həm də atada da iki gen məlumatı var. Ola bilər birinci uşağına ananın gen məlumatlarını versin, ikinci uşağına atasının.

 

 

DNT analizi ancaq Məhkəmə Tibbi Ekspertiza Patoloji Anatomiya Təcrübi Tədris Birliyinin Məhkəmə Tibbi Biologiya Şöbəsində aparılır.

 

 

Şöbə müdiri Elşən Məmmədov deyir ki, şöbəyə əksər işlər məhkəmədən gəlir. Ya cinayət işinə, ya da atalığın təyin olmasına görə.

 

 

– 12-13 yaşında qız uşaq dünyaya gətirir. Uşağın yaşından bəllidir ki, onunla cinsi əlaqə olan şəxs cinayət törədib. Cinayəti törədən şəxsin aşkar olunması üçün DNT analizi təyin olunur. Doğulan körpədən və cinayəti törətməkdə şübhəli bilinən şəxsdən qan örnəyi götürülür. Bəzən elə olub, 5 şübhəli şəxsdən atalığı müəyyən olunması üçün qan nümunəsi götürülüb. Təbii ki, beşindən birinin qanı uyğun gəlib.

 

 

– DNT analizi zamanı qan, saç, yoxsa ağız suyu daha effektlidir?

 

 

– Canlı şəxsdirsə, təbii ki, qan. Travma yetirməmək üçün ağız suyunun götürülməsi daha düzgündür. Amma qan nümunəsində daha çox genetik informasiya olur. Ona görə də biz üstünlüyü qan nümunəsinə veririk.

 

 

– Nəticəylə razılaşırlarmı?

 

– Doxsan doqquz faiz razılaşır. Etiraz edənlər də olur. Bir qadın vardı. İddia edirdi ki, uşağın atası filankəsdi. DNT analizi verdilər. Qanları uyğun çıxmadı. Nəticəylə razı qalmadı. Hətta efirə də çıxdı. Təkrar ekspertiza da təyin etdik. Amma gəlmədi. Çünki özü də yaxşı bilirdi ki, ekspertizanın rəyində səhv ola bilməz. Genetik nəticə möhürdür. Dünya üzrə bu metodika ən mötəbər metodikadır. Genetik analizin səhv düşmə ehtimalı mümkün deyil.

 

 

– Heç vaxt?

 

– Ancaq qan nümunəsi dəyişdirilərsə.

 

 

– Kinolardakı kimi?

 

 

-(Gülür). Hə.

 

 

– Sizdə belə hal ola bilər?

 

 

– Əsla.

 

Otaqdakı soyuducunu göstərir.

 

 

– Baxın, bütün qan nümunələri ordadı. Heç kimə etibar etmirəm. Ancaq öz otağımda saxlayıram. Otağımın açarı isə yalnız məndə var. On gündən bir də açarı dəyişdirirəm.

 

 

– Övladı özünə bənzəmir deyə, DNT analizi verən olub?

 

 

– Olub. Kişiyə qonşusu deyib ki, oğlun sənə heç oxşamır. Bu da qonşunun sözüylə şübhəyə düşüb gəlmişdi. Əksərən qan qrupu fərqli olanda gəlirlər. Məsələn, atanın qanı qrupu ikidi, ananınkı üç. Uşaqda isə dörddür. Belə olan halda şübhələnib gəlirlər. Sonra, süni mayalandırma edən valideynlər də gəlirlər. Ürəklərində şübhə qalır ki, birdən mayalandırma zamanı donordan istifadə edilmiş olar.

 

 

 

– Adətən “atalığın müəyyən olunması” deyirik. Ana daim müəyyən olur?

 

 

– Yox. Analıq da müəyyən olunur. Sadəcə çox az. Əksər halda atalıq müəyyən olunur. Əgər qadın uşağı körpəlikdən uşaq evinə verib, sonradan gəlib uşağını tələb edirsə, bu zaman analığın müəyyən olunması üçün məhkəmə DNT ekspertizası təyin edir. Bizim şöbə qərar və qərardad əsasında işləyir. Qərarı hüquq mühafizə orqanları verir, qərardadı məhkəmə. Sonra qərar və qərardad əsasında rəy tərtib olunur. Biz o rəyi həmin orqana təhvil veririk. Tibbi ekspertizanın rəyini onlar elan edir.

 

 

– İldə neçə belə analizlər keçirilir?

 

 

– Dəqiq rəqəmi açıqlamağa ixtiyarım yoxdur. Təxmini deyə bilərəm ki, 1999-cu ildən bəri ümumi genetik ekspertizaların sayı 5-6 min arasındadır. 99-a qədər belə bir ekspertiza bizdə keçirilməyib.

 

 

– DNT analizi çox bahalıdır. Ödənişi hansı tərəf ödəyir? İddiaçı, yoxsa cavabdeh?

 

 

– Genetik ekspertiza dünyada bahalı analiz hesab olunur. Ekspertizada reaktivlərdən istifadə olunur. Üstəlik avadanlıqlar da çox bahalıdır. Bizdə ən son model avadanlıqlar var. Ümumi bütün məhkəmə xərcləri sonda uduzan tərəfdən tutulur. Mülki işlərdə dövlət ekspertiza xərcini ödəmir, onu tərəflər ödəməlidir. Fərqi yoxdur, bu genetik ekspertizadır, ya bioloji. Cinayət işlərində xərcləri dövlət ödəyir. Ödəniş məhkəmə ilə ekspertizanın arasında olan məsələdir. Adətən məxfi qaydada gedir. Açıqlaya bilmərəm.

 

 

– Ekspertizanın nəticəsi neçə günə bəlli olur?

 

– Ardıcıl işləsək üç günə bitirmək olar. Amma hər bir ekspertizaya bir ay vaxt qoyulur. Ekspertin əlində olan işləri nəzərə alırıq. Analizlər növbəylə aparılır. On günə də hazır olur, iyirmi günə də. Genetik ekspertiza dörd mərhələ keçir. Hər mərhələnin növ avadanlığı var. Birinci mərhələ qanın götürülməsidir. Qalan üç mərhələ ayrı-ayrı 3 otaqda aparılır. Hər otaq ayrıca avadanlıqla təchiz olunub. İkinci mərhələ, DNT-nin ayrılmasıdır. Üçüncü mərhələ, DNT-nin çoxalması, son mərhələ DNT-nin analiz olub, deteksiyasıdır.

 

 

 

– Milyon il əvvəl yaşamış mamontların sümüklərində genetik araşdırmalar aparmaq olur. Buna baxmayaraq, elə ola bilər ki, meyit elə hala düşsün ki, genetik kodunu çıxarmaq mümkün olmasın?

 

 

– Şəraitin təsiri böyükdür.

 

Buna baxmayaraq, meyit elə bir şəraitdə qala bilər ki, DNT tam paralanmış olar. Su bioloji materialın birinci düşmənidir. Bəzi mikroorqanizmlər var hətta sümüyü belə parçalayırlar. İllər keçdikcə, artıq ordan nəsə əldə etmək çətinləşir.

 

– Əgər bir insana böyrək transplantasiya olubsa, bu zaman?

 

 

– Böyrək kimindirsə, onun genetik kodunu daşıyır. Yəni, birinci adamın. Amma genetik o insana uydur olmazsa, köçürülə bilməz. Yuxarıda deyildiyi kimi 99 faiz genetik kodlarımız eynidir. Bax, bu səbəbdən də bir insandan digərinə orqan köçürülə bilir.

 

 

– Bəs qan köçürülübsə?

 

 

– Canlı şəxsdən qan nümunəsi götürəcəyiksə, birinci biz ondan soruşuruq ki, altı ay əvvəl ona qan köçürülüb, yoxsa yox? Köçürülübsə, həmin vaxt ekspertizanın keçirilməsi məqsədə uyğun deyil.

 

 

– Cavab səhv çıxacaq?

 

– Yox. Sadəcə ekspertizada hər iki adamın genetik kodu  çıxacaq. İki DNT- iki allel variantı yox, dörd allel variantı çıxacaq. Və hansı allel variantı bu insanındır, onu təyin etmək çətinləşir. Bunun da çıxış yolu var. Ağız suyu götürmək olar, yaxud tük. Hər bir halda 6 ay gözləmək məqsədə uyğundur. Zamanla qandakı hüceyrələr yenilənir.

 

 

 

mənbə :
lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles