20:29 xeber – Azərbaycanın məşhur teleaparıcısı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə film çəkməyə hazırlaşdığını bildirib.
Aparıcı 3 ay filmin ssenarisi üzərində işləyib və artıq başa vurub. Onun sözlərinə görə, bu ssenari ilə film dünyasında çevriliş edəcək.
Teleaparıcı ANS PRESS-ə bildirib ki, filmdə özü çəkilməyəcək. Onun sözlərinə görə, filmdə sürpiz aktyorlar olacaq. Filmin adı hələlik gizli saxlanılır.
“Üç aydır ki, başladığım və bitirə bilmədiyim ssenarini ötən gün bitirdim. Bir azdan film dünyasında fırtınalar qoparacam. Çox məşhur və mənim sevdiyim rejissor da oxusun, fikrini bildirsin. Amma qorxuram ki, beş ildə az qala bütün proqramlar “Səni axtarıram”a bənzəyən kimi, bəzi filmlər də aylar sonra nümayiş olunacaq filmimizə bənzəsin”, deyə Xoşqədəm Hidayətqızı bildirib.
Teleaparıcı bir çox ulduzlar kimi “İnstaqram” hesabında ötən gün terror aktını lənətləmişdi. O, məşhur aktrisa Ancelina Colinin Livandaki terror aktını lənətləməsini paylaşaraq terrorun hansı ölkədə baş verməsinin vacib olmamasını və əsas bu qətliamı edənlər qınanmalıdır yazib.
Xoşqədəm Hidayətqızının “İnstaqram” hesabı
Milli Televiziya və Radio Şurası X.Hidayətqızının “Sən Tək deyilsən!” və “Xoşqədəmlə axtarıram səni” verilişlərinin bir ay müddətində bağlanması haqda qərar verib. MTRŞ onların yerinə ANS TV-də mədəni maarifçilik, intellektual xarakterli proqramların yayımına dair qərar qəbul edib. Teleaparıcı Türkiyədə tanınmış müğənni Doğuşla ailə həyatı qurub. Hazırda Xoşqədəm Hidayətqızı ANS TV telekanalında yayımlanan “Deməsək olmaz” adlı verilişə aparıcılıq edir.
“Deməsək olmaz” verilişin baneri
Xoşqədəm Hidayətqızı 2005-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə mətbuatın inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
mənbə :
anspress
Şərh yaz.