Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Laqeydlik ve riyakarlıq zövq bexş etmir!

Laqeydlik və riyakarlıq zövq bəxş etmir!

17/11/2015

11:38


17.11.2015 / 11:36 xeber –

Noyabrın 13-də Parisdə törədilən terror aktlarının qurbanlarının sayı 129 nəfərdir. Bu məsələnin statistik tərəfinin ən əsas göstəricisidir. Ancaq sözügedən terror aksiyasından çıxarılmalı olan nəticələrin statistikası bu rəqəmdən dəfələrlə böyükdür…

 

Dünyanın 6-cı güclü iqtisadiyyatına malik olan ölkədə baş verən terror hadisəsi hər hansı dövlətin son iki əsrdə qlobal bəlaya çevrilən bu dəhşətli silaha qarşı immunitetinin olmadığını bir daha sübut etdi. Nə qədər acı da olsa, etiraf etməliyik ki, hazırda mənzərə bundan ibarətdir: dinc insanların  qətliamı ilə müşahidə olunan Parisdəki terror aksiyası incəsənətin aktyorluq sənəti növünün inkişafı üçün yeni üfüqlər açmış kimi görünür. ABŞ prezidenti Barak Obamanın Parisdəki hadisəylə bağlı reaksiyasına baxaq: "Bu, yalnız Fransa xalqına istiqamətlənmiş bir hücum deyil, paylaşdığımız bütün insanlıq və universal dəyərlərə qarşı hücumdur. Fransa xalqını bu hücumlarla qorxuda biləcəklərini düşünənlər yanılır".

 

İlk baxışdan tamamilə normal, baş verən hadisənin miqyasına adekvat reaksiyadır. Ancaq sıralanmaqla bitməyən ritorik suallar olmasaydı. Bəs, bir neçə gün öncə Beyrutda baş verən partlayışda onlarla insanın öldürülməsi necə, yalnız həmin şəxslərə olan münasibət idi?! 2011-ci ilin martınadək insanların dinc şəraitində yaşadığı Suriyada on minlərlə məsum uşağın öldürülməsi, valideynlərini itirməsi necə?! Adı hansı hərflərin birləşməsindən yaranmasından asılı olmayaraq ətrafa yalnız qan çiləyən terror təşkilatları görəsən illərdir ara vermədən vuruşmağa kifayət edəcək qədər sayda və növdə silahı haradan əldə edirlər?! Müxtəlif geosiyasi qütblərdə dayanan dövlətlərin İŞİD-ə silah, informasiya, qida, logistik və s. sahədə dəstək verməsi haqqında dünya mediasına sızan informasiyalarda həqiqət payı yoxdurmu heç?!

 

1988-ci ildən etibarən Ermənistanın Azərbaycan vətəndaşlarına qarşı həyata keçirdiyi dövlət terrorunda heçmi havadarlarının payı yoxdur?! 15 noyabr 2015-ci ildə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə “Böyük İyirmiliyin” Sammitində iştirak edən prezident İlham Əliyevin toplantı çərçivəsində keçirilən müzakirələrdə söylədiyi fikir məsələnin mahiyyətini kifayət qədər dolğunluğu ilə ifadə edir: "Terrorizm Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin tərkib hissəsidir!” Dəfələrlə beynəlxalq təşkilatların diqqətlərinə çatdırılan, 27 ildir dünyanın etiraf etməyə cığallıq etsə də, şahidlik etməyə utanmadığı Azərbaycan torpaqlarında törədilən erməni terroru faktlarını isə saymaqla bitirmək mümkün deyil.

 

1. 16 sentyabr 1989-cu il – Tbilisi-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 5 nəfər həlak olmuş, 25 nəfər yaralanmışdı.

2. 13 fevral 1990-cı il Yevlax-Laçın avtomagistralının 105-ci kilometrində Şuşa-Bakı marşrutu ilə hərəkət edən avtobus partladılmış, 13 nəfər azərbaycanlı yaralanıb.

3. 11 iyul 1990-cı il tarixdə Tərtərdən Kəlbəcərə sərnişin aparan avtobus və xalq təsərrüfatı malları daşıyan maşın karvanına qarşı ermənilər tərəfindən terror aksiyası keçirilmiş, nəticədə 1 qadın, 7 kişi qətlə yetirilmiş, 23 nəfər isə ağır yaralı.

 

 4. 10 avqust 1990-cı ildə “Şamxor-Gəncə” avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığında “LAZ” markalı 43-80 AQF nömrəli avtobus partladılmış, nəticədə 17 nəfər həlak olmuş, 16 nəfər yaralanıb.

 

5. 10 avqust 1990-cı il – Tbilisi-Ağdam marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmıb.

6. 30 noyabr 1990-cı ildə Əsgəran rayonundakı Ağa körpü adlanan ərazidə DİN əməkdaşlarını Şuşadan Xankəndi aeroportuna aparan avtobus partladılmış, nəticədə 2 milis işçisi yaralır.

7. 14 mart 1991-ci ildə «Ağdam-Şuşa» marşrutu üzrə hərəkət edən avtobus partladılmış, 3 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır.

 

8. 8 sentyabr 1991-ci il tarixdə Ağdam-Qaradağlı marşrutu ilə işləyən avtobusun partladılması nəticəsindən 6 nəfər qətlə yetirilmiş, 36 nəfər yaralanmışdı.

 

 9. Cəmi Qaradağlı kəndinin 77 nəfər mülki sakini terror qurbanı olmuşdu. Həmin tarixdə ermənilər Qaradağlı kəndində 3 nəfər kənd sakininin üzərinə dizel yanacağı tökərək yandırmış, iki nəfər Qaradağlı kənd sakininin başını kəsmişdi.

10. 24 mart 1990-ci ildə «Noraşen-Bakı» yolunun 364-ci km-də dəmir yolu partladılmış, nəticədə teplovoz və 3 vaqon partladılmış, 150 metrdən çox dəmir yolu xətti yararsız hala düşmüşdü.

11. 30 may 1991-ci il Dağıstan Respublikasının Xasavyurd stansiyası yaxınlığında Moskva-Bakı sərnişin qatarı partladılmışdır, 11 nəfər həlak olmuş, 22 nəfər yaralanmışdı. 12. 30 iyun 1991-ci il Dağıstan Respublikasının Temirtau stansiyasının yaxınlığında Moskva-Bakı sərnişin qatarı partladılmış, 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdı. 13. 28 fevral 1993-cü il – Dağıstan Respublikası ərazisində, Qudermes stansiyası yaxınlığında "Kislovodsk-Bakı" sərnişin qatarı partladılmış, 11 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdı.

14. 2 iyun 1993-cü il – Bakı Dəmir yol vağzalında ehtiyat yolda dayanan sərnişin qatarının vaqonu partladılmışdı.

15. 1 fevral 1994-cü ildə – Bakı Dəmir yol vağzalında Kislovodsk-Bakı sərnişin qatarında terror aktı törədilmiş, 3 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdı.

16. 9 fevral 1994-cü ildə Xudat stansiyası yaxınlığında ehtiyat yolda dayanan yük vaqonu partladılmışdı.

17. 13 aprel 1994-cü il Dağıstan Respublikasının Daqestanskie Oqni stansiyasının yaxınlığında Moskva-Bakı sərnişin qatarı partladılmış, 6 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır.

18. 12 dekabr 1988-ci il tarixində zəlzələdə zərərçəkmiş ermənilərə yardım göstərmək məqsədilə Azərbaycandan göndərilmiş İL-76 təyyarəsi Ermənistanın Spitak rayonunun quqark şəhərinin yaxınlığında «Stinqer» raketi ilə vurulmuşdu. Nəticədə təyyarədə olan 77 azərbaycanlıdan cəmi 1 nəfər sağ qalmışdı. Həmin gün erməni terrorçuları Türkiyəyə məxsus olduğunu düşünərək Yuqoslaviyanın An-12 təyyarəsini də vurmuşlar.

19. 20 noyabr 1991ci il Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları tərəfindən Mİ-8 tipli vertolyot vurulmuşdur. Nəticədə Xankəndinə sülhməramlı missiya ilə səfər edən 22 nəfər – AR Milli Məclisin deputatı, Dövlət katibi T.İsmayılov, Baş nazirin müavini millət vəkili Z.Hacıyev, Dövlət müşaviri millət vəkili M.Əsədov, Baş Prokuror İ.Qayıbov, millət vəkilləri V.Cəfərov və V.Məmmədov, AR Prezident Aparatının şöbə müdiri O.Mirzəyev, Meliorasiya və su təsərrüfat nazirinin birinci müavini Q.Namazəliyev, Dağlıq Qarabağ Muxtar Vilayətinin prokuroru İ.Plavski, MTN-in DQMV üzrə İdarəsinin şöbə rəisi S.İvanov, DQMV Daxili İşlər İdarəsinin rəisi V.Kovalyov, DQMV Fövqəladə vəziyyət rayonunun komendantı N.Cinkin, AR Dövlət katibinin köməkçisi R.Məmmədov, Azərbaycan Respublikası Dövlət Tele-radio Şirkətinin əməkdaşları, A.Mustafayev, A.Hüseynzadə və F.Şahbazov, Rusiya federasiyasından olan müşahidəçilər general-mayor M.Lukaşov, və podpolkovnik V.Koçarov, Qazaxıstan Respublikasının Daxili İşlər Nazirinin birinci müavini S.Serikov və 3 nəfər ekipaj üzvü həlak olmuşdur.

20. 28 yanvar 1992-ci il Şuşa şəhəri yaxınlığında Ağdam-Şuşa marşrutu ilə sərnişin daşıyan mülki vertolyot erməni terrorçuları tərəfindən vurulmuş, əksəriyyəti qadın və uşaq olan 41 nəfər sərnişin və 3 ekipaj üzvü həlak olmuşdur…

 

Məgər etiraz səsini qaldırmaq və dünyada həyəcan təbili çalmaq üçün terrorun episentrinin Avropa ölkələrinə keçməsini gözləmək lazımdır?! Bunun üçün hökmən terrorçuların hədəflərinin xristian və digər qeyri-müsəlmanlar olması vacibdir?! Təkcə 2013-cü ildə dünyada törədilən terror hadisələrinin 2/3-sindən artığı yalnız 5 dövlətin – İraq, Suriya, Nigeriya, Əfqanıstan və Pakistanın payına düşür. Bu ölkələrin əhalisinin mütləq əksəriyyəti bildiyimiz kimi dini mənsubiyyət etibarilə müsəlmandırlar. Və bu 5 ölkədə (Fələstini də əlavə etsək 6) dinc, mülkü vətəndaşların ayrılıqda və kütləvi şəklə xüsusi vəhşiliklə qətlə yetirilməsinə göstərilən laqeydlik dünyada artıq insanlıq faciəsi kimi deyil, sanki gündəlik həyat norması kimi şüurlarda psixoloji qəbullanma yaratmağa gətirib çıxarıb. Bunların hansı biri ilə bağlı başda ABŞ olmaqla dünyanın təhlükəsizlik sisteminin əsasını təşkil edən geosiyasi güclər diplomatik müstəvidə söz oyunundan kənara çıxan qətiyyətli siyasi iradə nümayiş etdiriblər?! “Terror” termininə verilən tərif və onu həyata keçirən təşkilatlara qarşı nümayiş etdirilməli olan münasibətlə bağlı hələ də vahid mövqeyin olmaması bu kabusun bir çox hallarda iri qlobal oyunçuların məqsədəçatma yolunda istifadə etdikləri “instrument” olduğunu göstərmirmi?! Fransa və bəlli Avropa dövlətləri 1984-cü ildən Türkiyədə başlayan terror hərəkatına müxtəlif yollarla dəstək olanda, 1988-ci ildən etibarən Qarabağdan uzaq məsafədə yerləşən yaşayış məntəqələri də daxil olmaqla Azərbaycanda törədilən çoxsaylı teror aktlarında kütləvi şəkildə dinc insanların qətlə yetirilməsini susqunla müşahidə edəndə bir gün "dəmir qapı"larının döyüləcəyi günün yetişəcəyini gözləməliydilər. Hər hansı bir səbəbdən dinc insanların qətlə yetirilməsinə seyrçi qalmaq və onu müdafiə etmək mümkün deyil. Bütün vasitələrlə ona qarşı amansız və sistemli şəkildə mübarizə aparmaq zəruridir. Çünki dəfələrlə vurğulanıldığı kimi terrorun dili, dini, milliyəti yoxdur. Ancaq dünyanın qlobal təhlükəsizlik sistemini "şumlamaqda" olan bu qorxulu silaha qarşı mübarizə o zaman uğurla nəticələnər ki, bu sahədə uzun illərdən bəri göstərilən ikili yanaşmalardan imtina edilsin. Hələlik isə dünyada söz sahibi olan dövlətlərin terrora münasibəti, Obamanın açıqlamasının verdiyi psixoloji effekt kimi incəsənətin bir janrının siyasi səhnədə nümayişinin doğurduğu riyakarlıq hissindən o yana getmir… Ümid edək ki, gecə Parisdə törədilən terror aksiyaları Fransada və bütövlükdə Avropada islamafobiyanın inkişafına yeni fürsətlər verməyəcək… Məsələyə “Hər zərərdə bir xeyir var” deyimiylə yanaşaraq miqrantlara qarşı göstərilən “xoş” münasibətin şiddətini artırmayacaqlar… Avropa ölkələrinin liderləri uzun illər Türkiyə və Azərbaycan başda olmaqla bir çox dövlətlərə münasibətdə çıxış etdikləri "Sənin terrorçun yaxşı, mənim terrorçum pisdir" məntiqinin zərərli nəticələrini heç olmasa Parisdə baş verən terror aktından sonra ciddi müzakirə edəcəklər… Əgər Qərb mədəniyyətinin simovolunu bu gün rahatlıqla terror kabusuna bürüyə bilirlərsə artıq bu məsləylə bağlı ölçülərin dəyişdirilməsi qaçılmazdır. Çünki laqeydlik və riyakarlıq hər zaman zövq bəxş etmir!

Elməddin Behbud,

 Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri 

P.S. Bir qədər öncə Rusiya vәtәndaşları sosial şәbәkәlərdә həmvətənlərinə səslənərək "Parislilәr mәscidlәri yandırırlar, orda bizimkilәrdәn kimsә varsa, tәrk etsin" deyә çağırış edib və şəkillər paylaşıblar…

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles