17.11.2015 / 19:28 xeber –
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabrın 17-də Azərbaycanda səfərdə olan İran İslam Respublikasının Gilan əyalətinin nümayəndə heyəti ilə görüşüb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, görüş zamanı nazir Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə görülən işlərdən, bu sahədə İran İslam Respublikasının müvafiq qurumları ilə məhsuldar əməkdaşlıqdan ətraflı bəhs edib. O, iki dost ölkənin nümayəndə heyətləri arasında qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verdiyini də qeyd edib.
Nümayəndə heyətinin rəhbəri, İran İslam Respublikasının Gilan əyalətinin valisi Məhəmmədəli Nəcəfi səmimi görüşə görə təşəkkürünü bildirmiş, başçılıq etdiyi əyalətin Azərbaycanla müxtəlif sahələrdə uğurlu əməkdaşlığından danışıb. Tərəflər arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər üzrə geniş müzakirə aparılıb.
mənbə :
lent.az
Şərh yaz.