02:52 xeber – Kosta-Rika çempionatının hesabat turunda kuryoz hadisə baş verib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, hakim ölkə çempionatının “Munikal Koto Brus”-“Barrio Mexiko” görüşündə jurnalisti stadiondan qovub.
Buna səbəb isə matçın gedişində jurnalistin oyunun baş hakimi Cimmi Torresin qərarlarını tənqid etməsi olub. 4-cü hakimin xəbərdarlığından sonra əsas referi onu stadiondan uzaqlaşdırıb. STV-4 kanalında şərhçilik edən Henri de Xesus bu qərara inanmayıb və ətrafındakılara “məni qovdu?” sualını ünvanlayıb.
Cimmi Torres
“Onun apardığı hakimlik biabırçı idi. Çoх gülünc vəziyyətdi. Hakim söz azadlığını boğmaqdan başqa bir iş görmədi”,- deyə qovulan jurnalist olaydan sonra bildirib.
Bununla da futbolda qovulan futbolçular və məşqçilərin siyahısına daha biri, jurnalist də əlavə olundu.
mənbə :
anspress
Şərh yaz.