Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Tağı Əhmedov: “Bir gün dalaşmayanda, gece yata bilmirdim” – MƏKTƏB İLLƏRİ

Tağı Əhmədov: “Bir gün dalaşmayanda, gecə yata bilmirdim” – MƏKTƏB İLLƏRİ

19/11/2015

12:32


19.11.2015 / 12:30 xeber –

16 yaşlı Tağının sovet hökuməti əleyhinə yazdığı şeir Lent.az-da

İndiyədək  yeganə müsahibədir ki, fotoqrafımız Ramil işini bitirəndən sonra fotoaparatı stola qoyub müsahibədə sona qədər iştirak edir. Amma əvvəllər işini görüb, dərhal da sağollaşıb gedərdi. Bu dəfə onu saxlayan isə müsahibin səmimi və maraqlı söhbəti oldu.

 

 

Müsahibim jurnalistlərlə yola getmir. Ya da əksinə, jurnalistlər onunla yola getmir. Elə müsahibəyə də giley-güzarla başladıq. Bəzi jurnalistlərin qeyri-peşəkarlığından xeyli gileyləndi. Dinlədikcə, ona da haqq verdik. Beləliklə, məzəli, duzlu söhbətiylə Lent.az-ın “Məktəb illəri” layihəsinin növbəti qonağı Bakı Metropolitenin sabiq rəisi, Yasamal rayon YAP təşkilatının sədri Tağı Əhmədovdur.

 

 

Tağı Əhmədov 1954-cü ildə Şahbuz rayonunun Yuxarı Remeşin 7 illik orta məktəbinə gedib. Həm də 5 yaşında.

 

 

– Görünür anadan gəlmə yekə olmuşam deyə, təvəllüdümə baxmayıblar. Boy -buxunuma baxıb, göndəriblər məktəbə. Afət Hüseynova ilk müəllimim olub. Məktəbi bitirəndə sinifdə cəmi səkkiz nəfər idik: bir oğlan, yeddi qız. Afət müəllimədən başqa ikinci sinifdə Əhliman müəllim, İbrahim müəllim, rəhmətlik Səyyarə müəllim də dərs deyib. İbrahim müəllim elə yekə beş yazırdı ki, dəftərin yarısını tuturdu. O vaxt dayım əsgərlikdəydi. Bu beşləri məktubla dayıma göndərirdim.

 

 

Yeddinci sinfi bitirəndə 12 yaşı olub. Sənədlərini texnikuma verəndə götürmürlər ki, on iki yaşında yeddinci sinfi qurtarmaq olmaz. Sonra Naxçıvan Kənd Təsərrüfatı Texnikumuna daxil olur. 65-də oranı bitirir. İki il kənd təsərrüfatında çalışır. 69-cu ilin dekabrında, əsgərlikdən qayıdandan sonra Bakıya gəlir. 70-ci ildə metro tikintidə işə başlayır. Həm də…

 

 

– Həm də Politexnik İnstitutuna qəbul oldum. Gecə işləyirdim deyə, gecə növbəsində də oxudum. Metroda işlədiyimə görə, ikinci ixtisas olaraq indiki Memarlıq İnşaat Universitetinə girdim. Üç il də orda oxudum. 81-ci ildə bir az bekar olanda iki illik ingilis dili kursuna getdim. Bitmədi daha. Sonra Moskvada Dəmiryolu İnstitutuna qəbul oldum. Müəyyən səbəblərə görə təhsilimi yarımçıq qoyası oldum. Bakıda elmi işimi müdafiə elədim. Texnika elmləri namizədiyəm. İndi də Memarlıq və İnşaat Universitetində dərs deyirəm.

 

 

– Parta yoldaşınız kim olub?

 

– Xalam qızı. Kəkliklə həmişə də mübahisə edərdik ki, kim çox şeir bilir? Dəqiq elmlərdə məni qabaqlasam da, şeirdə  məni üstələyirdi. Onun qardaşını, xalamın balaca oğlunu kəşfiyyata göndərirdim ki, gör Kəklik şeiri hara qədər öyrənib?

 

Və başlayır şeirlərin adlarını sadalamağa. “Xeyir və şər”ə gəlincə şeiri illər sonra başdan ayağa əzbər söyləyir.

 

– Əgər Kəklik məndən çox öyrənmişdisə, mən tez ondan da çox əzbərləyirdim. Amma Kəklik ədəbiyyatı məndən çox yaxşı bilirdi. “Nədamət və şikayət” şeiri çətin mövzudur. Ümumiyyətlə, Sabirin dili çətindir. Bu şeiri mən üçüncü sinifdə əzbərləmişdim. Qardaşım yeddidə oxuyurdu. “Nədamət və şikayət”i əzbərləmək istəyirdi. O oxuduqca, mən ondan tez qavradım. Mən şeiri əzbərdən deyəndə gəldi məni döydü ki, mən oxuyub bilmirəm, bu mənim oxuduğumdan əzbərləyir (gülür). Ədəbiyyat müəllimimiz rəhmətlik Namaz Namazovuydu. Ədəbiyyatı çox güclü bilirdi. Dil-ədəbiyyatı bizə həddindən artıq maraqlı keçirdi. Ona görə də hərdən şeir də yazıram. Ədəbiyyata sevgim günü bu gün də qalıb. O vaxt bir müəllimim vardı. Rauf Bektaşi. Çox gözəl müəllim, insanıydı. Bir qolu yoxuydu. Texnikumda oxuyanda çörək tapmaq dəhşət idi. Gecə adyala bürünüb mağazanın qabağında yatırdıq ki, səhər bir tikə çörək alaq. Onda belə bir şeir yazmışdım:

 

Aldığımız qara çörək,

Hər gün vurur bizə kötək.

Lap olmuşuq hacıleylək.

Sağ ol səni, kommunizm!

Biz dedik ki, addım ataq irəli

Demədik ki, sən yüz ilə gələli

Gəlsin qoy başına Quran əlləri

Gəlmə, istəmirik, səni kommunizm!

 

Bu 12-13 bəndlik şeir idi. Təəssüf ki, sadəcə iki bəndi yadımda qalıb. Rauf müəllim əkinçilikdən dərs deyirdi. Keçəndə görüb ki, şeir yazıram. Aldı oxudu. Tənəffüsdə məni çağırdı. Dedi, oğul, o yazdıqlarını cır at getsin. Səni elə bir bəlaya salarlar ki… nəsillikcə yox edərlər. Günah da səndə olar”.

 

 

–  Kommunizmə qarşı olmaq ailədən gəlirdi?

 

 

– Yooox, yox, özüm.  Atam partiyaçı idi. Ömür boyu da partiya biletini cibində gəzdirib. Haqsızlığa qarşı mübarizə özümdən gəlirdi. İndi də beləyəm. Haqsızlıq, ədalətsizlik görsəm, dözə bilmirəm və səsimi qaldırıram. Bəzən bunun mənə zərəri də olur. Siz jurnalistlərlə o qədər mübahisələrim olub?! Jurnalist gərək sözün əsl mənasında jurnalist olsun. İki sözü bir-birinin ardınca qoşa bilməyən gəlib jurnalist olursa, vay o jurnalistikanın halına. Bir dəfə yazmışdılar ki, Tağının gəlini ermənidir. Zəng elədim həmin redaksiyaya. Dedim, iki gəlinim var. Balaca oğlumun arvadı qardaşım qızıdı. Böyük oğlumun arvadının da doğum haqqında şəhadətnaməsini göndərirəm. Bir dəfə də haqqımda yazmışdılar ki, guya mən ölmüşəm. Mərhumla görüş də Yasamal rayonu üzrə YAP təşkilatında olacaq. Belə dırnaqarası jurnalistlər də var. Texnikumda oxuyanda “Şərq qapısı” qəzetinə məqalə yazırdım. Məqaləni jurnalist kimi yazmırdım, pula görə yazırdım. Yazıb aparırdım, məqaləm də çıxan kimi qəzetin qapısını kəsdirirdim ki, pulumu ver.

 

 

Jurnalistlərdən sonra indiki gənclərə iradını bildirir.

 

– Barışa bilmirəm gəncliklə. Barışa bilmirəm nəyə görə? O gün dərsdə biri gəlib ki, müəllim, xahiş edirəm, mənə icazə ver. Deyirəm, dərsdən də vacib nə işin var? Deyir, günorta namazımı qılmamışam. Axşamı da qılmasam qəzaya qalır. Deyirəm, Qurandan bir şey bilirsən? Deyir, yox. Deyirəm, onda get öyrən. Məhəmməd peyğəmbər deyib ki, otuz il ibadət etməkdənsə, bir saat elmlə məşğul olmaq yaxşıdır. Mən sənə elm öyrədirəm, sən deyirsən namazımın vaxtı keçir. İndi mən bu tələbəni nə cür başa salım ki, düz hərəkət eləmir?!

 

 

 

 

 

 

– Bəs Tağı Əhmədov özü necə şagird olub?

 

 

– Daim hazırlıqlı şagird olmuşam. Orta məktəbi həmişə yaxşı oxumuşam. Eləcə də texnikumda. Əlaçı olacaqdım, ancaq şuluqluğuma görə, qiymətimi salırdılar. O vaxt bizi pambıq yığımına aparırdılar. Çox az pambıq yığırdım. Öyrəşməmişdim. Buna görə də əlaçı ola bilmədim. Həddindən artıq nadinc olmuşam. Elə yeddi ilik məktəbdə də, texnikumda oxuyanda da. Bir gün dalaşmayanda, gecə yata bilmirdim. Yerimə girəndə də fikirləşirdim ki, necə oldu ki, mən bu gün dalaşmamışam? Universitetdə oxuyanda tələbələrin əksəriyyəti qız idi. Çox nadinc idim. Otururdum arxa partada. Sizin kimi gözəl qızların saçlarını bir-birinə hörərdim. Müəllim hirslənərdi, məni lap arxa sıraya göndərərdi. “Çənlibel” deyərdik ora. Böyük auditoriya idi. Arxa sırada yaman soyuq olardı. Deyirdim, müəllimə, axı soyuq olacaq! Müəllimə soruşurdu ki, bəs soyuq olacaqsa, niyə şuluqluq edirsən? Deyirdim, müəllimə, gəlin baxın, vallah, bunların saçı hörülmək istəyir.

 

 

– Dalaşanda döyürdünüz, döyülürdünüz?

 

 

– Texnikumda oxuyanda çox xırdaydım. Bayaq dediyim kimi, həm yaşca onlardan balacaydım, həm də boyca. Yataqxanada qalırdım. Deməli, kim tezdən dururdu məni döyürdü. Həsən adlı bir oğlan vardı. Tələbə yoldaşım. Pambıq yığıb saat almışdı özünə. Saatı tez-tez dayanırdı, yaxşı işləmirdi. Bir gün qaçanda, mən dedim ki, ayə, yavaş qaçın, Həsənin saatı dayanacaq! Onda Həsən məni yaxşıca əzişdirdi. Sinif rəhbərimizə xəbər verdilər ki, Həsən Tağını döyüb. Həsəni qaldırdı ki, niyə Tağını döymüsən? Qayıdıb nə desə yaxşıdı? Tağını döyəndə nolar ki?!

 

 

 

Adətən müsahiblərim sevdiyi və sevmədiyi fənlər arasında bölgü edər. Tağı müəllimin isə sevmədiyi fənn yoxdur.

 

 

– Bu fikrin müəllifi kimdi, bilmirəm. Deyir, ən pis yazıçının belə əsərini oxuyanda orda bir şey tapa bilərsən. Kimyanı çox sevmişəm. Arzum kimya müəllimi olmaq idi. Təəssüflər olsun ki, bu mənə qismət olmadı. Məktəbimiz yeddi illik olduğundan coğrafiya, astronomiya, anatomiya keçməmişəm. Bu gün çox peşmanam. Fənlərin hamısı gözəldi.

 

 

– Məktəb illərində dostunuz kim olub?

 

 

– Qızlar. Həmişə qızlarla dostluq etmişəm. Heç bir vaxt kişi dostum olmayıb. Məktəbdə oxuyanda da, ingilis dili kursunda da, institutlarda da. Qızlar söz gəzdirən olmur. O sirri sən ona deyirsənsə, o həmişə bir daş altında, bir daş üstündə qalacaq. Ona görə də, qızlar dostluğa daha çox etibarlıdır.

 

-H ələ də ünsiyyət saxladığınız sinif yoldaşlarınız var?

 

 

– Var. Hər kəndə gedəndə yeddi illik məktəbdəki uşaqların hamısıyla görüşürəm. İnstitutdakı qızların əksəriyyətiylə, Azərbaycan İnşaat Mühəndisləri İnstitutundakı tələbə yoldaşlarımın əksəriyyətini işə qəbul eləmişdim, öz ixtisaslarına uyğun metropolitendə işləyirdilər.

 

 

– Tağı müəllim dərsdən qaçıb?

 

 

– Yox, bunu özümə sığışdırmamışam. Yusif Məmmədəliyevin qardaşı Nüsrət Məmmədəliyev bizə kimyadan dərs deyirdi. Bircə dəfə Nüsrət müəllim “kim dərsi bilir?” soruşanda, qızla söhbət eləyim deyə, başımdan eləməkçün “bilmirəm” dedim. Bir bunu tarix boyu özümə bağışlamamışam. Bəzi avara uşaqlar olurdu ki, dərsdən qaçmayana söyüş qoyurdular. Dərsdən qaçmaq mənim əqidəmə görə bağışlanmaz bir şeydir. Biz elə təsəvvür edirdik ki, müəllim çörək yemir. İnşaat Universitetində öz müəllimlərimlə paralel dərs deyirəm. Onlarla görüşəndə özümü universitet müəllimi kimi yox, tələbə kimi aparıram.

 

 

 

Məktəb illərində sevgiyə gəlincə, Tağı müəllim məktəbdən məzun olanda cəmi 12 yaşı olub.

 

– On iki yaşında sevgi-məhəbbət olar?

 

– Yeddi yaşından sevənlər var.

 

 

– O heç (Gülür). Nəvəm bağçaya gedir. Gəlir, qızla öpüşür. Soruşuram, sevirsən onu? Deyir, hə, baba. İndiki zəmanə uşağı başqa. Kənd məktəbində bu qeyri-mümkün olan şeydi.

 

 

Məktəb illəri İkinci Dünya müharibəsindən sonrakı illərə düşdüyündən xoş xatirələri yoxdur.

 

 

– Kədərli xatirə soruşsan, nə qədər desən danışaram. Xoş xatirəm isə yoxdu. Çox acınacaqlı vəziyyət idi. Təsəvvür edin ki, evdən məktəbə qarın içində ayaq yalın getmişəm. Məktəbin direktoru görüb məni məktəbdən qovub. Mən ağlaya-ağlaya təzədən qarın içiylə ayaq yalın evə gəlmişəm. Böyük qardaşım mənə çarıq tikib, onu geyib getmişəm. Bu çarıq mənim üçün toy-bayramıydı. Məsələn, yeddi illikdə oxuyanda bir dənə belə kitabım olmayıb. Müəllim nə danışıbsa, ancaq ondan öyrənmişəm. Bir dənə kitabın üzünə baxmamışam. Olmayıb çünki.

 

Sonda Tağı müəllimdən sovet təhsiliylə indiki təhsili müqayisə etməyini xahiş edirik.

 

 

– Sovet təhsili güclü idi. İndiki təhsildən qat-qat yaxşıydı. Sovet təhsilinə mən bu gün qayıtsam, etika, estetika, elmi kommunizmi dərslikdən çıxarardım. Sırf ixtisas fənlərini keçərdim. Dördüncü kursa dərs deyirəm. İxtisasdan bir semestr dərs veriblər. Çox azdı. Halbuki ixtisas fənnini birinci kursdan tədris etmək lazımdı. 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles