Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Rafael Dadaşov: “Toya da getmişem, tamadalıq da etmişem" – MÜSAHİBƏ

Rafael Dadaşov: “Toya da getmişəm, tamadalıq da etmişəm" - MÜSAHİBƏ

19/11/2015

13:34


19.11.2015 / 13:30 xeber –

Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Rafael Dadaşovun APA-ya müsahibəsi

 

– Rafael müəllim, ilkin müşahidəmi deyirəm: jurnalistlərdən bərk inciksiniz. Mətbuata verdiyiniz açıqlamalarınızda hətta aqressiv, qəzəbli cavablarınızı da oxumuşam…

 

– Məsələ ondadır ki, jurnalistlər mənim haqqımda qarayaxma apara bilməzlər. Həyatda özümü elə aparıram ki, onların nə isə xoşagəlməz şeylər yazması mümkün deyil. Sadəcə, jurnalistlər qızımı müzakirəyə çıxarırlar, onun haqqında yazırlar, bu da düzgün deyil. Sənətkar övladını müzakirəyə çıxarmazlar. Çalışırlar, qızım haqqında xeyir sözlərdənsə, şər sözləri işlətsinlər. İstəmirəm kobud danışam, yoxsa qaralamağa qalsa, əstəğfürullah, mən də elə qaralayaram, yeddi qatdan keçər. Mətbuatdan incikliyim övladımla bağlıdır. Çünki sənətkar olmaqla bərabər, özümü elə aparıram ki, lazımsız söz-söhbətə səbəb olmayım. Kimsə axtarıb nə isə tapmaq istəyəndə, tez qızıma sataşır. Mən sizin vasitənizlə xahiş edirəm: jurnalistlər belə şeyləri etməsinlər. Qızım haqqında danışanda mənə toxunurlar. Əgər mənim sənətim haqqında yüksək fikirdəsinizsə, başqa tərəfdən niyə övladımı qaralayıb başımı aşağı edirsiniz?

 

– Qoqolun “Müfəttiş” əsərində bələdiyyə sədri rolunda çıxış edirsiniz. Məşqlər nə yerdədir?

 

– “Müfəttiş”in Akademik Milli Dram Teatrına gəlişi yaxşı hadisədir. Çünki bu tamaşa uzun müddətdən sonra səhnəyə qoyulur. Klassik əsərləri repertuara daxil etmək vacibdir. Ümumiyyətlə, teatr hər zaman klassik əsərlərlə qiymətli olub. Sevinirəm ki, “Müfəttiş” bizim teatrda səhnəyə qoyulub və baş rol da mənə həvalə olunub. (Gülür). Bizim hörmətli direktorumuz İsrafil müəllimin təklifi ilə ötən il bu əsər plana daxil edildi və təklif etdi ki, bələdiyyə rəisini Rafael Dadaşov oynasın. Hələ ki, məşqlər davam edir, axtarışlar aparılır, düzəlişlər olunur. “Müfəttiş”dəki ab-hava, dövr, quruluş tamam başqadır. Əgər mən o zamanda olsaydım, əlbəttə, istəyərdim, vəzifəm bələdiyyə rəisi olsun və mən yaxşı yaşayım. (Gülür). Həmin obrazı yaratmaq, tamaşaçıya düzgün çatdırmaq aktyor kimi borcumdur.

 

– Gənc rejissorla işləməyin üstünlüyü, çətinliyi nədədir?

 

– Bilirsiniz, mən müşahidə edirəm. Bir var, rejissora tabe oluram, nə deyirsə, onu edirəm, bir də var, müşahidə edirəm ki, görüm, nizamı düz verirmi, düz işləyirmi. Mənim səhnə təcrübəm deyərdim ki, bir neçə rejissorun təcrübəsinə bərabərdir. Özüm hiss edirəm ki, nə düzdür, nə yolunda getmir. Amma susuram ki, görüm, rejissor nə deyəcək, mən düşündüyümü edə biləcəkmi? Görürəm, yox, bizim gənc rejissorlar hələ o səviyyədə deyil, onlar hazır deyillər. İkinci tərəfdən bu gün internetdə o qədər hazır tamaşalar var, gir tamaşanın formasını oradan götür, bura qoy. Hazır tamaşalar o qədərdir, deyərdim, tamaşa hazırlamaq elə də çətin deyil. Baxıb, nəyə isə oxşadacaqsan də!

 

– Rejissorlardan kimə tabe olmusunuz?

 

– Birinci növbədə Tofiq Kazımova. Ona çox inanmışam və bu teatra da onun mənə olan inamına görə gəlmişəm. Məmnuniyyətlə işləmişəm Ələsgər Şərifovla. Mənim üçün vacib olan Tofiq Kazımovun yüksək sənətkarlığı idi ki, onun inamı ilə bu yerə gəlib çatmışam. Düzdür, Mehdi Məmmədovla da işləmişəm, amma əsasən Tofiq Kazımova tabe olmuşam. Mərahim Fərzəlibəyovla da uzun illər işləmişik. Onun gözəl xüsusiyyəti var ki, yaxşı səhnə quruluşu verir. Düzdür, aktyorla işləmək qabiliyyəti siz deyən yoxdur. Yəni hər şeyi aktyorun öhdəsinə buraxır ki, özün tap, işlə, oyna. Amma ümumi kompozisiyası gözəl və maraqlı olur.

 

– İllər keçəndən sonra aktyorun gənclik həyəcanı ilə təcrübəli vaxtlarının həyəcanı arasında fərq olur, yoxsa püxtələşəndən sonra sənətkar üçün çox şey adiləşir? Məsələn, elə sizi götürək…

 

– Əlbəttə, o dövrlə indiki vaxt arasında böyük fərq var. O dövrdə mən böyük aktyorlarla səhnəyə çıxırdım və təbii ki, onun həyəcanını yaşayırdım. Ümumi cəhət odur ki, mən o vaxt da təbii idim, indi də təbiiyəm.

– Bəs məsuliyyət hissində, işə münasibətdə?

 

– O vaxt da məsuliyyətli idim, indi də məsuliyyətliyəm. Necə ola bilər, aktyor səhnədə məsuliyyətsiz olsun? Mən sənətkar övladıyam. Nənəm də, anam da, atam da sənətkar olub. Onların işə olan münasibətini, məsuliyyətini görmüşəm. Ona görə də öz işimə heç vaxt səthi, qeyri-ciddi yanaşmamışam. Zalda beş nəfər də olsa, imkan vermərəm tamaşaçı “bu nə oyun idi, Rafael göstərdi” desin. Mən Sofya xanımın, Məlik müəllimin oğluyam. Həyatda da, səhnədə də özümü məsuliyyətsiz apara bilmərəm ki, kimsə desin, elə ata-anadan belə oğul?

 

– Neçə yaşınızdan sonra hiss elədiniz ki, sizi Məlik Dadaşova, Sofya Hüseynovaya görə yox, özünüzə görə tanıyırlar?

 

– Bu gün də istəyirəm məni atama-anam görə tanısınlar. Məsələn, istəyirəm, oğluma görə məni tanısınlar. Desinlər, Rafael filankəsin atasıdır. Amma arzu etmirəm ki, atamı-anamı mənə görə tanısınlar. Çünki onlar elə səviyyəyə qalxmışdılar ki, ora çatmaq mümkün deyil.

– Məlik Dadaşova münasibət birmənalı olmayıb, onu istəməyənlər çox olub. Gəncliyinizdə sizə münasibətdə bunun təsiri olubmu?

 

– Bilirsiniz, Məlik müəllimin hüququ var idi ki, narazılığını, tələblərini hər yerdə desin. Ona görə də belə şeyləri kəskin şəkildə deyirdi, dilə gətirirdi və haqlı idi. Bir var başını aşağı salırsan, axınla üzürsən, bir də var, Məlik müəllim kimi liderlik keyfiyyətlərin olur və ondan istifadə edirsən. Onun ətrafında olan bəzi insanlar münasibətlərinə övladı da qatırdılar. Mən bunu çox kəskin şəkildə öz həyatımda hiss etmişəm. Məsələn, uzun müddət ad almamışam. Bu nəyin nəticəsidir? 60 yaşında xalq artisti olmuşam. Halbuki, 30 yaşımdan populyaram. Hamıdan gec ad aldım, hamıdan gec ev aldım. Nəyə görə bir çox tədbirlərdə iştirak etməmişəm, filmlərə çəkilməmişəm? Bütün bunların səbəbi atama olan münasibətə görə olub. Elə bilirsiniz, Məlik müəllim özü yağ-bal içində yaşayırdı? Onu yaşadan xalqın sevgisi, məhəbbəti, sənətinə olan böyük diqqət idi. Elə bilirsiniz, atam hər şeydən razı getdi? Yox! Hətta 70 illiyini də qeyd etmədilər.

– Sizin və atanızın dostları haqqında danışaq…

 

– Atamı deyə bilmərəm, mənim sənət dostum yoxdur. İnanmıram ki, onun da sənət dostu olub. Siz mənə o adamı göstərin ki, dost deyilən kəsdən ziyan çəkməsin. Yoldaşlıq etdiyim, oturub-durduğum adamlar var, onlarla dərdləşə də bilərəm, amma dost bir az çətin məsələdir.

 

– Şöhrəti gündəlik həyatınızda hansı şəkildə hiss edirsiniz?

 

– Hansı şəkildə deyirsinizsə, o cür də hiss edirəm. Hətta sizə deyim, adamlar var, mənim şəklimi telefonunda saxlayır, yeri gələndə, mənimlə bir yerdə olan şəklini başqalarına göstərir. Bu, mənə insan kimi, aktyor kimi yaşamaq, yaratmaq üçün kömək edir. Cavan olanda mənə yaraşıqlı oğlan kimi münasibət bəsləyirdilərsə, indi sənətkar kimi baxırlar. Heç vaxt şöhrətpərəst olmamışam. Hətta özüm bəzən tanınmağın kompleksini yaşamışam, bəzi yerlərdə rahat ola bilməmişəm. Tanınmaq insanı məcbur edir ki, özünü yığışdırsın. Sizə açıq deyim: demək olar, zarafat etmirəm. Çünki mənimlə də zarafat edə bilərlər və bu, mənə xoş gəlməyə bilər. Anam həmişə mənə deyirdi, istəsən də, istəməsən də Allah sənə şöhrəti, sevilməyi verib. Bu, hər aktyora nəsib olmur. Şöhrət rütbəyə çatmaq, ad qazanmaq deməkdir. Qazandığın sevgini qorumaq da adama asan başa gəlmir. İndiyə qədər özümü elə aparmışam ki, bir adam haqqımda əyri danışa bilməz.

 

– Hacı İsmayılov bizimlə müsahibədə demişdi ki, tanınmağıma görə qohumlar işlə bağlı, düşdükləri çətinliklə bağlı ağız açırlar ki, məsələn, uşağı işə düzəlt, filankəsə zəng et tapşır və s. Sizdə vəziyyət nə yerdədir, uşağı işə düzəltdirmək üçün sizə müraciətlər olur?

 

– Hacı müəllim çox populyar və sevilən aktyordur. Ona görə düz deyir, insan tanınanda ondan kömək istəyirlər. Çünki sənin əlin hansısa qapılara çatır. Anam həmişə deyərdi, bəzi yerlərə gedəndə sən mənim yanımda ol. Deyirdim, nə danışırsan, sən xalq artistisən, “Şöhrət” ordeni almısan, mənə nə ehtiyac duyursan, özün o qapını döyərsən də, açarlar da. Deyirdi, yox, mən başqa, sən başqa. Tanınmaq, sevinmək tamam başqa hissdir. O mənada, adama övladın da, ətrafın da köməkliyi dəyir. Məsələn, bizim əmimiz qızı Brilyant Dadaşova. Tanınan, sevilən adamdır, bütün qohum-əqrəba üz tutur ki, kömək et, filan işi həll elə. Bizdə daha çox qadınlardır, ona görə sözləri olanda çox vaxt Brilyanta deyirlər. Amma yeri gələndə, məni də qoşurlar. Əl tutmaq, kömək etmək gözəl şeydir. Deyir, əl tutmaq Əlidən qalıb. Amma biz öz gücümüzdən artıq kömək edə bilmərik. Çox təəssüf ki, sənin ümid etdiyin qapı üzünə açılmır. Ya da açılırsa, həll etmirlər. Bax, bu pisdir. Çünki sən kimisə ümid edirsən ki, mən gedərəm, zəng edərəm. Özü də tam təmənnasız. Əstəğfürullah, öz payıma deyirəm ki, kimdənsə nə isə götürürəm. Qətiyyən! O qədər adama kömək eləmişəm ki… Elə Naxçıvanın özündə kömək ediblər, qardaşım üçün çox şeyi həll etmişəm. Naxçıvan əhlinə minnətdaram,  sağ olsunlar. Amma elə vaxtlar olub, çox pis olmuşam, ağız açmışam, etməyiblər. Eləyin də, nə olar, kömək edəndə pis olur? Xahiş etmişəm, filankəs işsizdir, iş verin, ailəsini dolandırsın. Adamı arxayın etmişəm ki, danışdım, sənə iş verəcəklər, sonra zəng edib ki, düzəlmədi…

 

– Dolanışıq necədir?

 

– Şükür, şikayətim yoxdur. Allah ulu öndərimizə qəni-qəni rəhmət eləsin. 2002-ci ildə gözəl təşəbbüslə teatra gəldi ki, sizə təqaüd verəcəyəm. Cənab prezident İlham Əliyevdən çox razılıyıq, atasının yolunu ləyaqətlə davam etdirir, bizim imkanları bir az da artırıb. Min manat prezident təqaüdü alıram, mənim üçün böyük köməkdir. Anama deyirdim, neçə ildir teatrda külüng vurub nə qazanmısan? Deyirdi, hər şeyi qoyuram bir kənara, bu yaşlı vaxtımda prezident təqaüdü alıram, mənə böyük kömək olur, əlimdən tutur.

 

 

– Toylara tamada gedən aktyorların həmişə tərəfində olmusunuz, onlara haqq qazandırmısınız. Aktyorun toya getməsinə pis baxanlar da olur…

 

– Aktyor tam təmin olunubsa, adamı çağırıb deyərlər, sənin nədən korluğun var ki, toya gedirsən? Məsələn, ayda 3 min manat pul alan adam 50 manata görə niyə toya getməlidir? Amma cavan aktyorlar toya getməyib nə ilə dolansınlar? Ev yox, dolanışıq yox, insan bəs necə yaşasın? Mən vaxtilə toya getmişəm, tamadalıq etmişəm. Kişi heç vaxt pul qazanmaqdan utanmamalıdır. 

 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles