21.11.2015 / 11:03 xeber –
Baş məşqçi Hamza Hamzaoğlunun vəzifəsindən uzaqlaşdırılmasından sonra məşqçisiz qalan "Galatasaray" klubunun prezidenti Dursun Özbək yeni baş məşqçi axtarışları ilə bağlı açıqlana verib. O, bildirib ki, aktiv axtarışlara bu gündən start veriləcək.
"Türk Telekom Arena"da İdarə Heyətinin iclasından sonra jurnalistlərin qarşısına çıxan Dursun Özbək deyib ki, Hamza Hamzaoğlunun ayrılmasından sonra yaranmış vəziyyəti müzakirə edilsə də, heç bir konkret qərar qəbul olunmayıb.
Klub prezidenti əlavə edib ki, yeni baş məşqçi axtarışları uzun çəkməyəcək. Dursun Özbək Mustafa Dənizli ilə razılıq əldə olunması barədə xəbərləri təkzib edib:
"Mustafa Dənizli Türkiyə üçün dəyərlidir. Çox önəmli, hər bir komandanın istəyəcəyi bir baş məşqçidir. Amma yeni baş məşqçi üçün heç kimlə təmasımız, danışığımız olmayıb".
Dursun Özbək bildirib ki, baş məşqçi postuna həm yerli, həm də əcnəbi mütəxəssis gətirilə bilər. Bununla bağlı yekun qərar bu gündən başlayan axtarışların gedişində veriləcək.
mənbə :
lent.az
Şərh yaz.