Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

Nigar Arpadarai: "Pilotları Bakıda süreti saatda 340 kilometre çatdıra bilecekler"

Nigar Arpadarai: "Pilotları Bakıda sürəti saatda 340 kilometrə çatdıra biləcəklər"

21/11/2015

16:44


21.11.2015 / 16:36 xeber –

“Azərbaycan son illərdə böyük miqyaslı tədbirlərə ev sahibliyi edib. Avropa Oyunlarını çox uğurlu keçirib, öz imzamızı atdıq. Ondan sonra yeni bir mərhələyə qədəm qoyduq. Bu da "Formula-1 "yarışını keçirməkdir”. Bu fikirləri APA TV-nin “APAsport” layihəsinin qonağı, Bakı Şəhər Həlqəsi Əməliyyat Komitəsinin (BŞHƏK) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

 

2015-ci ilə Avropa Oyunlarının möhtəşəm təşkilatçılığı ilə damğasını vuran Azərbaycan 2016-cı ildə daha bir nəhəng yarışa ev sahibliyi edəcək. Dünyanın ən yaxşı pilotlarının qatılacağı "Formula-1" yarışının mərhələlərindən biri Bakıda keçiriləcək.

 

N. Arpadarai bildirib ki, tamaşaçı marağına görə futbol üzrə dünya çempionatı və Yay Olimpiya Oyunlarından sonra üçüncü pillədə qərarlaşan "Formula-1" yarışlarının paytaxtımızda startını böyük qürur hissi ilə gözləyirlər: “Ümid edirik ki, Azərbaycanda da bu yarış çox möhtəşəm keçiriləcək. Bu işə tam məsuliyyətlə yanaşırıq və tərəfimizdən lazımı tədbirlər görülür. Bizim trasın layihəsi Hermen Tilke bürosu tərəfindən hazırlanıb və artıq Beynəlxalq Avtomobil Federasiyasına təqdim olunub. Əsas tikinti işlərinə gələn il başlayacağıq. Əlbəttə, işlər çoxdur. Marşalların, könüllülərin cəlb olunması da vacib amillərdəndir”.

 

Şöbə rəhbərinin sözlərinə görə, Bakıda baş tutacaq yarış iyul üçün nəzərdə tutulsa da, sonradan iyun ayına keçirilməsinə qərar verilib: “Yeni mövsümün əsas təqvimi dekabrda təsdiqlənəcəyindən tarixin dəyişdirilə biləcəyindən məlumatlı və buna hazır idik. Lakin işimiz bir qədər sıxlaşdı. Tikinti işləri, əməliyyatlarla bağlı bir sıra məsələlər var ki, daha sürətlə getməlidir”.

 

Bəhreyn Motoidman Federasiyası ilə saziş imzalayan BŞHƏK digər promouterlərlə də işbirliyi qurmağı planlaşdırır. N. Arpadarai bildirib ki, yarış Bakıda ilk dəfə keçiriləcəyindən digər ölkələrin təcrübəsi Azərbaycan üçün çox önəmlidir: “Biz gələn həftə Abu-Dabidə olacaq yarışı da canlı izləyib, lazımı təcrübəni öyrənəcəyik. Bəhreyn Motoidman Federasiyası bizə məhz marşalların təlimində, onların komandamıza cəlb olunması işində kömək edəcəklər”.

 

Bakıda keçiriləcək "Formula-1" yarışları şəhər trasında keçiriləcəyindən BŞHƏK eynitipli traslara üstünlük verən Sinqapur və Monakonun Əməliyyat Komitəsi ilə daha sıx əməkdaşlıq edəcək. N. Arpadarai bildirib ki, Sinqapurun təcrübəsini daha yaxşı öyrəniblər: “Hətta bu şəhərdə olacaq yarışdan 1 ay öncə oraya yollanmışdıq. Tikinti, təbliğat və digər işlərin necə getdiyini yerindəcə öyrəndik, təlimlərə qatıldıq. Biz məhz Sinqapur modelini Bakıda tətbiq etməyə çalışacağıq”.

 

Şöbə rəhbəri Bakı trasının əlavə üstünlüklərindən də danışıb. Belə ki, bolidlər Hökumət evinin qarşısından start götürərək saat əqrəbinin əksi istiqamətində irəliləyəcək və İçərişəhərin ətrafı boyunca dövr edəcəklər. Bakı bulvarı ilə hərəkət edərək yenidən finiş xəttinə – Hökumət evinə yaxınlaşacaqlar. Bu da yarışları izləyən fanatların paytaxtımızın 3 simasını görə bilməsi deməkdir.

 

N. Arpadarai Rusiyadan sonra postsovet ölkələri arasında ikinci olaraq Azərbaycanın ev sahibliyi edəcəyi mərhələnin özəlliyinə görə digərlərindən fərqlənəcəyinə inam ifadə edib: “Sürətinə görə şəhər trasları arasında birinci, ümumi traslar arasında isə İtaliyanın Monsa trasından sonra ikinci olacağıq. Biz bolidlərin Bakıda saatda 340 km-ə qədər sürət artıra biləcəyini gözləyirik. İçərişəhər ətrafında olan hissə hərəkət üçün kifayət qədər çətindir. Enişlər və yoxuşlar var. Fikrimcə, bu konfiqurasiya çox gözəl qurulub”.

 

O, Əməliyyat Komitəsinə cəlb olunacaq marşal və könüllülərin də sayını açıqlayıb. Şöbə rəhbəri qeyd edib ki, bu say ümumilikdə 5 min olacaq ki, onlardan da 4 minini könüllülər təşkil edəcək.

 

BŞHƏK rəsmisi yarışın yayım məsələlərinə də aydınlıq gətirib. Onun sözlərinə görə, Azərbaycan da daxil olmaqla 21 ölkədə keçiriləcək mərhələlərin yayım danışıqlarını yerli federasiyalar deyil, "Formula-1" rəhbərliyi özü aparır: “Azərbaycan kanallarının da yayım hüququnu alması mümkündür. Ancaq bu mərhələdə biz iştirak etmədiyimizdən dəqiq nə isə söyləyə bilməyəcəm”.

 

"Formula-1" kəndi haqda da məlumat verən N. Arpadarai bildirib ki, əsas məqsədlərdən biri də yarışın çox əyləncəli proqramlarla zəngin olmasıdır: “Çünki bileti alacaq insanlar tək "Formula-1" yarışını izləməyəcəklər. Onlar 3 gün ərzində – səhərdən axşamadək bu kənddə olacaq əyləncələrdən də yararlana biləcəklər. Burada konsertlər də nəzərdə tutulub. Çalışacağıq ki, insanlarımız üçün, Azərbaycana gələcək qonaqlar üçün bu proses festival xarakterli olsun”.

 

Şöbə rəhbəri iyunun 19-21-də baş tutacaq yarış zamanı nəqliyyatın axınının tənzimlənməsi üçün atacaqları addımları da açıqlayıb. Onun sözlərinə görə, 187 ölkədə 500 milyondan çox azarkeşin izlədiyi "Formula-1"in Bakı mərhələsi çərçivəsində şəhər sakinlərinin narahatlıqlarını minimuma endirməyi planlaşdırırlar: “Təbii ki, yolların bağlanması baxımından insanlar üçün müvəqqəti narahatlıqlar olacaq. Bəli, həmin həftə ərzində çox güman ki, mərkəzi küçələrdə yollar məhdudlaşdırılacaq. Biz indidən başlayaraq, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi, Bakı Şəhər İcra Hakimiyyəti və aidiyyəti qurumlarla işləyirik, planlarımızı qururuq. Bəzi marşrutların istiqamətləri də dəyişdiriləcək. Biz bununla bağlı NİİM-lə birgə hamını vaxtından əvvəl xəbərdar edəcəyik ki. Amma bütün bu çətinlikləri minimuma endirməyə çalışacağıq. Əsas işlər – tribunaların quraşdırılması, təhlükəsizlik maneələrinin qoyulması gələn il aparılacaq".

 

"Formula-1" yarışı ilə əlaqədar Bakının hansı küçələrində asfalt örtüyünün yenidən dəyişdiriləcəyi və qənbər daşlar olan hissəsinin necə qorunacağı da dəqiqləşib. N. Arpadarai bildirib ki, xarici mütəxəssislərin də köməkliyi ilə aparılacaq bu işlər çox keyfiyyətlə görüləcək: “6 kilometr olan Bakı Şəhər Həlqəsi boyunca bütün ərazidə yeni asfalt qatı salınacaq. Bu, "Formula-1" standartların uyğun olan asfalt qatıdır və son dərəcə keyfiyyətlidir. Artıq orada aidiyyəti olan qurumlar müəyyən işlərə start veriblər. Məsələn, kanalizasiya işləri, hansısa boruların dəyişdirilməsi ilə bağlı işlər gedir. Çünki bu asfalt qatı qoyulduqdan sonra orada hansısa problemin çıxmamalıdır. Qənbər daşlarına gəlincə, bizim üçün çox önəmlidir ki, onlar olduğu kimi qalsınlar. Bu səbəbdən də onların üzərinə xüsusi bir örtük qatı qoyulacaq və həmin qatın üzərindən asfalt qatı salınacaq. Yarış bitdikdən sonra isə bütün bunlar yığışdırılacaq, həmin hissə tam zədələnməmiş qalacaq”.

 

Beynəlxalq Avtomobil Federasiyası ilə 10 illik müqavilə imzalayan Azərbaycan Avtomobil Federasiyası növbəti illərdə yarışın Bakıdan kənarda, stasionar trasda təşkil etmək fikrində deyil. N. Arpadarai bildirib ki, hazırda belə bir plan yoxdur və yarışın mərkəzdə gerçəkləməsi şəhərimizi regional bir mərkəz kimi göstərməyə hesablanıb.

 

BŞHƏK ölkəmizə gələcək turistlərin və yarışı izləyəcək insanlarının sayının təxminən 30-40 min olacağını gözləyir. N. Arpadarai bildirib ki, azarkeşlər üçün 19 min 500 oturacaq quraşdırılacaq, 20 min tamaşaçı isə yarışı ayaq üstə üzləyə biləcək. “Düşündük ki, təhlükəsizlik baxımından da bu say Bakının qəbul edəcəyi bir saydır”. 

 

"Formula-1"in yeni mövsümünün təqvimi elan olunduqdan sonra Bakı mərhələsinin biletləri satışa çıxarılacaq. N. Arpadarai bunun təxminən dekabrın ilk 2 həftəsinə təsadüf edəcəyini deyib.

 

Dünyanın bütün məşhur pilotlarının yarışda iştirak üçün Bakıya gələcəyini deyən şöbə rəhbəri hansısa məşhur simanın kənarda qalacağına inanmadığını söyləyib. Nigar Arpadarai qeyd edib ki, ilk “üçlük”də qərarlaşacaq pilotlara veriləcək kuboklar hazırda dizayn mərhələsindədir.

 

mənbə :
lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles